• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün357
mod_vvisit_counterDünən997
mod_vvisit_counterBu həftə5434
mod_vvisit_counterBu ay29263
mod_vvisit_counterÜmumi2496528

Tarix: 19 Apr., 2024

Vl qrant müsabiqəsinin qalibi Günel Quliyevanın layihəsinin bağlanış tədbiri keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən Təhsildə inkişaf və innovasiyalar üzrə Vl qrant müsabiqədə qalib olan Günel Quliyevanın "Sağlamlıq imkanları məhdud şagirdlər üçün sağlam psixoloji mühit yaratmaq məqsədi ilə müəllim, valideyn və şagird arasındakı münasibətləri tənzimləmək" layihəsinin bağlanış tədbiri keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının  baş məsləhətçisi Sahil Əlizadə layihənin müasir dövr üçün aktual problemlərdən biri olduğunu qeyd edib. Bildirib  ki, iki istiqamət üzrə nəzərdə tutulan  layihədə məqsəd  həm inklüzivlik, həm də məktəb-valideyn əlaqələrinin tənzimlənməsidir. Culfa Rayon Təhsil Şöbəsinin müdiri Mehdixan Əliyev iştirakçıların diqqətinə çatdırıb ki, bu il Culfa rayonunda  iki layihə qrant qazanıb. Onlardan biri də Günel Quliyevanın layihəsidir. Layihənin əsas məqsədi sağlamlıq imkanları məhdud şəxslərə qarşı yaranan mənfi situasiyaların aradan qaldırılması və bununla da onlar üçün sağlam psixoloji mühit yaratmaqdır.
Tədbirdə layihənin eksperti, V qrant müsabiqəsinin  qalibi Xədicə Məmmədova keçirilən qrant layihələrin əhəmiyyətindən, innovativ müəllimlər üçün yaratdığı imkanlardan bəhs edib. Mövcud layihənin məqsəd və vəzifələri barədə məlumat verərək, uğurla həyata keçirildiyi üçün layihə rəhbərinə təbriklərini çatdırıb.
Layihə rəhbəri Günel Quliyeva layihə çərçivəsində görülən işlər barədə təqdimat edərək bildirib  ki, Culfa rayon ümumitəhsil məktəblərində mövcud psixoloji mühiti araşdırmaq üçün 8 məktəbdə şagirdlərlə söhbətlər aparılmış və sorğu anketlər keçirilmişdir. Əldə olunan nəticələr əsasında  təlim materialları hazırlanmış, məktəb psixoloqları və müəllimlər üçün təlimlər təşkil edilmişdir. Təlimlər Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun psixoloq və pedoqoqları eyni zamanda öz fəaliyyətində seçilən təlimçilər tərəfindən uğurla  keçirilmişdir.
Dizə kənd orta məktəbinin psixoloqu Dünya Ağayeva keçirilən təlimlərin bundan sonrakı fəaliyyətlərində əhəmiyyətindən bəhs edib.
Sonda təlimlərdə iştirak edən   məktəb psixoloqlarına və müəllimlərə sertifikatlar təqdim olunub.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg