• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün664
mod_vvisit_counterDünən997
mod_vvisit_counterBu həftə5499
mod_vvisit_counterBu ay44511
mod_vvisit_counterÜmumi2222605

Tarix: 30 Noy., 2023

“Naxçıvan: dünən və bu gün” mövzusunda rəsm müsabiqəsi keçirilib

Fevralın 7-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin  təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 99-cu ildönümü münasibətilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Naxçıvan: dünən və bu gün” mövzusunda rəsm müsabiqəsi keçirilib. Müsabiqədə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq və Texniki Yaradıcılıq Mərkəzinin “Rəsm” dərnəyinin üzvləri iştirak edib. Tədbirdə çıxış edənlər bildirib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin bu qədim yurda göstərdiyi böyük diqqət və qayğı nəticəsində  muxtar respublikada genişmiqyaslı tikinti və quruculuq işləri aparılmış, yollar, körpülər, müasir binalar salınmış və ya yenidən qurulmuş, məktəblər, xəstəxanalar, idman kompleksləri inşa edilmiş, bir sözlə, bütün sahələrdə əsaslı inkişaf əldə olunmuşdur. Görülən işlər sayəsində Naxçıvan Muxtar Respublikası günü-gündən tarixi saxlanılmaqla simasını dəyişir, yeniləşir, müasirləşir, inkişaf edir. Naxçıvanda inkişafın, müasirliyin, birliyin və həmrəyliyin nümunəsi formalaşır. Bu nümunənin işığında isə yaradıcı, fəal gənclik yetişir. Müasir gənclik intellektual və yaradıcılıq potensialını daim artırır, təhsildə və idmanda uğurlar qazanır, müxtəlif dövlət orqanlarında, icra strukturlarında, özəl bölmədə geniş təmsil olunur. Bildirilmişdir ki, müsabiqənin keçirilməsində də  məqsəd muxtar respublikanın inkişaf tarixinə, dünəninə və bugününə nəzər salmaq, şagirdlərin bacarıqlarını və ideyalarını üzə çıxarmaq, onların yaradıcılıq potensialının inkişaf etdirilməsi və istiqamətləndirilməsidir. Qədim diyarımızın təbiəti, Naxçıvanın tarix və memarlıq abidələri, şəhər və kəndlərimizin müasir həyatını əks etdirən mövzularla bərabər, bu yurdun mərd və mübariz insanlarının əks olunduğu rəsmlər müsabiqənin əsas mövzusudur.
Müsabiqədə dərnək üzvlərinə öz bacarıqlarını nümayiş etdirmələri üçün   2 saat vaxt ayrılıb. Bu  vaxt ərzində dərnək üzvləri təsviri sənət janrına müraciət etməklə mövzuya uyğun rəsmlər çəkiblər.
Müsabiqənin yekun nəticələrinə görə I yerə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvü Zenfira Kazımova, II yerlərə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri Günay Zamanova, Südabə Rəhimova, III yerlərə isə Texniki Yaradıcılıq Mərkəzinin dərnək üzvü Səma Əliyeva və  Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri Gülnur Həsənova, Sənan Əsədov layiq görülüblər.
Müsabiqənin yekununda dərnək üzvləri diplomlarla mükafatlandırılıb.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg