• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün754
mod_vvisit_counterDünən1093
mod_vvisit_counterBu həftə1847
mod_vvisit_counterBu ay25676
mod_vvisit_counterÜmumi2492941

Tarix: 16 Apr., 2024

Məktəbdənkənar təhsil müəssisələri tərəfindən şagirdlərin qış tətili səmərəli təşkil olunacaq

Yanvarın 27-dən ümumtəhsil məktəblərində məktəblilərin qış tətili başlayır. Belə ki, “Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli, 66 nömrəli qərarına əsasən, ümumi təhsil müəssisələrində 27-31 yanvar tarixlərində 5 gün qış tətili müəyyən edilib. Bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir. Qeyd edək ki, qış tətilindən sonra ümumi təhsil müəssisələrində ilk dərslərə 1 fevral 2023-cü il tarixidən başlanılacaq. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən məktəblilərin qış tətili günlərində asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.  Təhsil Nazirliyinə birbaşa tabe 35  məktəbdənkənar təhsil müəssisəsinin hər birində  qış tətili dövründə şagirdlərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə  tədbirlər planları hazırlanıb. Şagirdlər məktəbdənkənar təhsil müəssisələrində yaradılan innovativ dərnəklərdə bilik və bacarıqlarını artırmaqla yanaşı öz vaxtlarını səmərəli keçirəcək. Həmçinin Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Bacarıqlı əllər”, “Bijuteriya” dərnəklərinin üzvləri tərəfindən hazırlanan əl işlərinin sərgisi və “Ebru sənəti” dərnəyinin üzvü Baxşəli Aylinin “Könlümün bağçası” adlı  fərdi  sərgisi təşkil olunacaq. Həmçinin dərnək üzvlərinin Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasına ekskursiyası təşkil olunacaq. Dövlət Film Fondunda ekskursiyada olan məktəblilər həmdə burda uşaq filmlərinə tamaşa etmək şansı əldə edəcəklər. Həmçinin mərkəzin dərnək üzvlərini arasında müxtəlif bilik yarışlarının, əyləncəli oyunların  keçirilməsi də  nəzərdə tutulub.
Naxçıvan Muxtar Respublikası Turist Diyarşünaslıq və Texniki Yaradıcılıq mərkəzləri tərəfindən də bir sıra əyləncəli tədbirlərlə yanaşı, məktəblilərin Naxçıvan Dövlət Tarix, Döyüş Şöhrəti, Milli Dəyərlər muzeylərinə, Hüseyn Cavidin ev muzeyinə və məqbərəsinə ekskursiyaları təşkil olunacaq.
Rayonlarda fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələri tərəfindən də şagirdlərin tarix diyarşünaslıq muzeylərinə və digər tarixi abidələrə ekskursiyalarının təşkil olunması, müxtəlif idman yarışlarının və digər tədbirlərin keçirilməsi nəzərdə turulur.
Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Televiziya və Radio Verilişləri Redaksiyası da qış tətili günlərində şagirdlərin asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə  televiziya və radio  proqramlarında uşaq verilişlərinə,  filmlərinə  və digər bu kimi proqramlara geniş yer verəcək.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg