• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün473
mod_vvisit_counterDünən997
mod_vvisit_counterBu həftə5550
mod_vvisit_counterBu ay29379
mod_vvisit_counterÜmumi2496644

Tarix: 19 Apr., 2024

“20 Yanvar-Azərbaycan xalqının qəhrəmanlıq tarixi” mövzusunda interaktiv dərs keçirilib

20 Yanvar faciəsi təkcə Azərbaycan xalqına deyil, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilən dəhşətli terror aktıdır. Bu fikir Naxçıvan şəhərindəki Xatirə Muzeyi ilə muxtar respublikanın 200-dən çox ümumtəhsil məktəbi arasında “20 Yanvar-Azərbaycan xalqının qəhrəmanlıq tarixi” mövzusunda keçirilən interaktiv dərsdə səsləndirilib.
Bildirilib ki, yanvarın 19-dan 20-nə keçən gecə tökülmüş qanlar Azərbaycan xalqının müstəqillik uğrundakı mübarizə əzmini qıra bilməmiş, igid oğullarımız şəhidlik zirvəsinə yüksələrək xalqımızın yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini bütün dünyaya, ən əsası isə faciənin təşkilatçılarına nümayiş etdirmişlər. Vurğulanıb ki, 1990-cı il yanvarın 20-də, Qanlı Yanvar hadisələrinin törədilməsindən 8 saat əvvəl Sədərəyə də erməni silahlı dəstələrinin hücumları başlanıb və bununla da 20 Yanvar faciəsinin ilk qanlı səhifəsi yazılıb, ilk şəhidlər verilib. İnteraktiv dərsdə şagirdlərin diqqətinə çatdırılıb ki, görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilmişdir. Bu gün Azərbaycan həqiqətlərinin dünyaya olduğu kimi çatdırılması üçün bütün imkanlardan istifadə edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi üçün ardıcıl tədbirlər həyata keçirir.
Sonra  Vətən müharibəsində qazandığımız böyük qələbə haqqında şagirdlərə məlumat verilərək bildirilib ki, bu tarix illər, əsrlər keçsə də Azərbaycan xalqının yaddaşından silinməyəcək. Vətənimizin bu zəfər tarixini bizə yaşadan, bu torpaqlar uğrunda qanından, canından keçən şəhidlərimizi hər zaman uca tutmalı, unutmamalı, unutdurmamalıyıq. Torpaqlarımızın bütövlüyü uğrunda gedən bu müharibə bundan sonrakı nəsillərə əsl qəhrəmanlıq ərmağanı, həmrəylik, birlik nümunəsidir. Biz daha 20 Yanvar faciəsini, torpaqlarımızın işğal tarixlərini 44 günlük Vətən müharibəsinin şanlı qələbəsi ilə əvəz etdik. Biz 20 Yanvar faciəsini bizə yaşadanlara bir daha sübut etdik ki, xalqımızın birliyini, mübarizə əzmini heç bir qüvvə qıra bilməz. Xalqımız milli tarixinin ən möhtəşəm səhifəsini yaşadı. Bu müharibə igidlərimizin nəyə qadir olduğunu bir daha sübut etdi. Hərbçilərimiz böyük şücaət, qəhrəmanlıq göstərərək işğal altında olan torpaqlarımızı geri qaytardı. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi.
Muzeydəki eksponatlar barədə şagirdlərə vəlumat verilərək  bildirilib ki, Xatirə Muzeyində Bakıda və Naxçıvanda baş verən həmin hadisələri əks etdirən çoxsaylı eksponatlar var. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsinin əbədiləşdirildiyi muzeydə ümummilli lider Heydər Əliyevin 20 Yanvar faciəsi ilə bağlı imzaladığı fərmanların surətləri, şəhidlərin fotoşəkilləri, şəxsi sənədləri, döyüş fəaliyyətlərini əhatə edən materiallar, eyni zamanda qəhrəmanlıq tariximizin müxtəlif dövrlərinə aid kitablar nümayiş etdirilir.
Qeyd edək ki, həmin gün muxtar respublikanın bütün ümumtəhsil məktəblərində bir dərs saatı 20 Yanvar faciəsinə həsr olunub.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg