• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün602
mod_vvisit_counterDünən1157
mod_vvisit_counterBu həftə4938
mod_vvisit_counterBu ay33316
mod_vvisit_counterÜmumi2463805

Tarix: 29 Mart, 2024

“Məktəblilərin dram müsabiqəsi”nin muxtar respublika mərhələsi keçirilib

Dekabrın 11-də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində məktəblilərin “Dram” müsabiqəsinin muxtar respublika mərhələsi keçirilib.
Dram müsabiqəsi Azərbaycan və dünya xalqlarının şifahi xalq ədəbiyyatının, klassik və müasir ədəbiyyatın təbliği, məktəblilərin maraq və bacarıqlarının, intellektual səviyyə və yaradıcı qabiliyyətlərinin aşkarlanması, müxtəlif məktəbdənkənar istiqamətlər üzrə aktiv yaradıcılıq fəaliyyətinə cəlb olunması ilə fərdi potensiallarının sistemli inkişafı, ümumtəhsil məktəblərinin müvafiq sahələr üzrə sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilir.
Müsabiqə 3 mərhələdə təşkil olunub. I mərhələ 28-30 noyabr tarixlərində keçirilən məktəbdaxili, II mərhələ 5-9 dekabr tarixlərində keçirilən şəhər (rayon), III mərhələ isə bu gün keçirilən muxtar respublika mərhələsidir. Məktəbdaxili seçimdə 150 məktəb üzrə 998, şəhər və rayon mərhələsində 85 məktəb üzrə 567, muxtar respublika mərhələsində isə 14 məktəb üzrə 97 şagird iştirak etmişdir. Müsabiqə ümumtəhsil məktəblərinin V-XI sinif şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvlərinin iştirakı ilə keçirilmişdir. İştirakçılar əvvəlcədən müəyyənləşdirilən mövzulardan biri üzrə 5 dəqiqədən az 15 dəqiqədən artıq olmamaqla tamaşalarını təqdim ediblər.
Sonra ifalar Münsiflər Heyəti tərəfindən 10 ballıq sistem üzrə qiymətləndirilib. Bu zaman aktyor sənətinin əsasını təşkil edən hadisələrə münasibət, geyim, aktyor oyunu və obrazlı ifası, səhnə danışığına riayət edilməsi, səhnə və musiqi tərtibatı kimi meyarlar əsas götürülüb.
Qaliblər fevral ayında Təhsil və Mədəniyyət nazirlikləri tərəfindən mükafatlandırılacaqdır.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg