• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün133
mod_vvisit_counterDünən2156
mod_vvisit_counterBu həftə4006
mod_vvisit_counterBu ay27211
mod_vvisit_counterÜmumi2494476

Tarix: 17 Apr., 2024

Sosial qayğıya ehtiyacı olan məktəbli uşaqlara qış geyimləri verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 15 mart 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası uğurla davam etdirilir.
Dövlət Proqramının icrası istiqamətində növbəti tədbir noyabrın 26-da keçirilmişdir. Sosial qayğıya ehtiyac olan məktəblilər qış geyimi ilə təmin edilmişdir. Bu münasibətlə təşkil olunan tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək qeyd ediblər ki, muxtar respublikamızda sağlamlıq imkanları məhdud uşaqların hərtərəfli inkişafı üçün ardıcıl tədbirlər görülür. Belə uşaqların sosial müdafiəsi, reabilitasiyası, təhsili və cəmiyyətə inteqrasiyası daim diqqətdə saxlanılır, bu kateqoriyadan olan uşaqlar məktəbəqədər müəssisələrdə, ümumtəhsil məktəblərində təhsilə cəlb olunurlar. Bu sahədə görülən sistemli tədbirlərdən biri də Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 13 dekabr 2021-ci il tarixli “Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində Distant Təhsil Mərkəzinin yaradılması və fəaliyyət qaydasının təsdiq edilməsi barədə” Qərarına uyğun olaraq Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin nəzdində fəaliyyət göstərən Distant Təhsil Mərkəzinin yaradılmasıdır. Mərkəzin fəaliyyəti ilə sağlamlıq imkanları məhdud uşaqlara zəruri bilik, bacarıq və vərdişlər aşılanır, onların cəmiyyətə uyğunlaşması və təhsil almaq imkanı təmin edilir. Həmçinin muxtar respublikada audio və elektron kitabxana xidmətləri yaradılmış, görmə qabiliyyəti məhdud şəxslərə brayl kurslar təşkil edilmişdir. Nitq problemləri olanlar üçün isə defektoloji bölmə yaradılmışdır.
Qeyd olunmuşdur ki, muxtar respublikada həyata keçirilən kompleks tədbirlər öz bəhrəsini vermiş, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası istiqamətində yeni mərhələnin təməli qoyulmuşdur. Bu gün sosial qayğıya ehtiyacı olan uşaqların qış geyimləri ilə təmin olunması da bu kateqoriyadan olan uşaqlara göstərilən dövlət qayğısının bariz ifadəsidir.
Tədbirdə sosial qayğıya ehtiyacı olan şagirdlərin valideynləri adından çıxış edən Nahidə Əliyeva bu kateqoriyadan olan uşaqlara göstərdiyi dövlət qayğısına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirdi.
Sonra hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 54, sağlamlıq imkanları məhdud 283, hərəkət qabiliyyəti məhdud 24, aztəminatlı ailələrin övladlarından isə 162 olmaqla, ümumilikdə 523 uşağa isti qış geyimi hədiyyə olunub.
Qeyd edək ki, bu kateqoriyadan olan şagirdlər sentyabr ayında məktəbli geyimi və dərs ləvazimatları ilə də təmin edilmişdir.
Qış geyimləri Naxçıvan şəhərində Təhsil və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri tərəfindən, rayonlarda isə qeyd olunan bu aidiyyəti təşkilatların və rayon icra hakimiyyətlərinin nümayəndəsi tərəfindən şagirdlərə təqdim olunmuşdur.
Distant təhsilə cəlb olunan hərəkər qabiliyyəti məhdud uşaqlara isə evlərində qış geyimləri verilmişdir.

 


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg