• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün508
mod_vvisit_counterDünən699
mod_vvisit_counterBu həftə3687
mod_vvisit_counterBu ay32065
mod_vvisit_counterÜmumi2462554

Tarix: 28 Mart, 2024

Sədərək rayon məktəblərinin qəbul nəticələri müzakirə edilib

2021-2022-ci tədris ilində buraxılış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrinə görə Sədərək Rayon Təhsil Şöbəsinin tabeliyində olan təhsil müəssisələrinin məzunlarından 52-si tələbə adını qazanmışdır. Uğurlu nəticə göstərən məktəblərin mükafatlandırılması ilə bağlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Mahirə Adnayeva qeyd etmişdir ki, muxtar respublikamızda digər sahələrdə olduğu kimi təhsilə də xüsusi diqqət və qayğı ilə yanaşılır. Bu sahədə görülən işlər öz nəticəsini hər il keçirilən müxtəlif olimpiada, buraxılış və qəbul imtahanlarında göstərir. Bu günün təhsil sistemi və onun keyfiyyəti ölkənin gələcəyinə xidmət edir. Buna görə də hər bir məktəbin rəhbəri, məqsədyönlü şəkildə məktəblilərin, хüsusən məktəbi bitirməkdə оlаn gələcək məzunlаrın təhsilinin kеyfiyyəti ilə məşğul оlmаğı özünün və məktəbin əsаs vəzifəsi hеsаb еtməlidir. Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, təhsilə göstərilən dövlət qayğısı sayəsində muxtar respublikada müasir məktəb binaları inşa edilib, məktəblər tədris avadanlıqları ilə, o cümlədən kompüter və elektron lövhələrlə təmin olunub. Yaradılan şərait nəticəsində müəllimlərimiz və şagirdlərimiz tədris prosesində ən qabaqcıl texnologiyalardan istifadə edirlər. Bu da şagirdlərin yüksək təhsil almasına, istedad və bacarıqlarının aşkar edilməsinə öz töhfələrini verir.
Təhsil naziri qeyd etmişdir ki, Sədərək Rayon Təhsil Şöbəsinin tabeliyində 5 tam orta, 3 məktəbdənkənar və 2 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Hazırda ümumtəhsil məktəblərində 121 sinifdə 1844 şagird təhsil alır ki, onların da təlim-tərbiyəsi ilə 166 müəllim məşğul olur. Təhsilə göstərilən dövlət qayğısı sayəsində rayon ərazisində yerləşən ümumtəhsil müəssisələrində müasir tədris şəraiti yaradılıb. Məktəblərdə 206 kompüter və 18 elektron lövhə quraşdırılıb. Məktəblərin kitabxanaları 20 mindən çox latın qrafikalı bədii ədəbiyyat və 22 mindən çox dərsliklə təmin olunmuş, bütün təhsil müəssisələrində idman zalları, açıq idman qurğuları, STEAM kabinələri yaradılmışdır. Müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqələrdə son 4 ildə Sədərək rayonunun ümumtəhsil məktəblərinə təyin olunan gənc kadrlardan 36-sı müəllim kimi fəaliyyətə başlamış, 6-sı isə müxtəlif vəzifələrə təyin olunmuşdur.
Təhsil naziri qeyd etmişdir ki, Sədərək rayonunun ümumtəhsil məktəblərində yaradılan müasir tədris şəraiti şagirdlərin yaxşı təhsil almasına, buraxılış və qəbul imtahanlarında uğurlu nəticə göstərmələrinə öz müsbət təsirini göstərmişdir. 2021-2022-ci tədris ili üzrə də Sədərək rayon ümumtəhsil məktəblərinin məzunlarının 79 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmişdir. Onlardan isə 52-si, yaxud 78 faizi ali və orta ixtisas təhsil müəssisələrinə qəbul olmuş, 5-i 500-700 arası nəticə göstərmişdir. 1 məzun fərqlənmə attestatına layiq görülmüş, 8 şagird isə 2021-2022-ci tədris ilində keçirilən olimpiada və müsabiqələrin qalibi olmuşdur.
Təhsil naziri qazandıqları uğurlu nəticəyə görə Sədərək Rayon Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin pedaqoji kollektivinə təşəkkürünü bildirmişdir.
Sonra Sədərək Rayon Təhsil Şöbəsinin müdiri Sirac Qarayev çıxış edərək 2021-2022-ci tədris ilində gördükləri işlər və 2022-2023-cü tədris ili üzrə gözlənilən nəticələr barədə məlumat vermiş, təhsil müəssisələrində yaradılan şəraitin təhsilin yüksəlməsinə və uğurlu nəticələrin qazanılmasına birbaşa təsir etdiyini vurğulamışdır.
Sonda ötən tədris ilində keçirilən qəbul imtahanlarında əldə etdikləri uğurlu nəticələrə görə Sədərək rayon Heydərabad qəsəbə, Sədərək kənd 1 nömrəli, Qaraağac və Dəmirçi kənd tam orta məktəblərinə diplomlar təqdim edildi, xatirə şəkli çəkildi.

 


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg