• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün559
mod_vvisit_counterDünən1452
mod_vvisit_counterBu həftə7088
mod_vvisit_counterBu ay30917
mod_vvisit_counterÜmumi2498182

Tarix: 20 Apr., 2024

Ordubad rayonunun Kələki kəndində kompleks quruculuq işləri aparılıb

Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım yerinə yetirilsin”.
Müstəqillik illərində muxtar respublikada ulu öndərin arzuları reallığa çevrilib. Bu gün muxtar respublikanın paytaxtı ilə yanaşı, bütün rayonları özünün yeni inkişaf dövrünü yaşayır. Ordubad rayonu da öz simasını dəyişir, yeni görkəm alır, kəndlərinin inkişafı, abadlaşdırılması diqqətdə saxlanılır. Rayonun abadlaşdırılan yaşayış məntəqələrindən biri də Kələkidir. Hərtərəfli dövlət qayğısı ilə əhatə olunan kənddə insanların rahatlığına xidmət edən kompleks quruculuq tədbirləri görülüb. Kələki kənd məktəbi müasir
tədris imkanlarına malikdir
Noyabrın 24-də Ordubad rayonunun Kələki kənd tam orta məktəbi istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəbdə yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, Kələki kənd tam orta məktəbi üçün 2003-cü ildə yeni bina tikilib, 2022-ci ildə məktəb binası yenidən qurulub. 2 mərtəbəli məktəbdə 11 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, şahmat sinfi, direktor, direktor müavini, kompüter, psixoloq, müəllimlər otaqları, hərbi kabinə, STEAM kabinəsi, kitabxana və qarderob yerləşir. Məktəbin kitabxana fondunda 2562 kitab vardır.
STEAM kabinəsində 1 elektron lövhə, 2 kompüter quraşdırılıb. Kabinə 3D printer, mikrobit, arduino setləri və digər öyrədici STEAM qurğuları, həmçinin yeni nəşr olunan ədəbiyyat və dərsliklərlə təchiz edilib. Şagirdlər hazırladıqları “Elektron kitab” və “Balanslaşdırılmış mexatronika” layihələrini təqdim ediblər.
Müəllim Səmra Hüseynova yaradılan şəraitə görə minnətdarlıq edib.
Təhsil sisteminin informasiya texnologiyaları əsasında təkmilləşdirilməsi və interaktiv təlim metodlarından istifadə yüksək nəticələrin qazanılmasına imkan verir. Məktəbdə internetə çıxışı olan 13 kompüter və 3 elektron lövhə quraşdırılıb. Elektron lövhəli siniflər keçirilən dərslərin əyaniliyini təmin edir. Belə ki, şagirdlər istənilən kimyəvi reaksiyanın, fiziki və bioloji proseslərin izahını və videogörüntülərini, müxtəlif cihazların, qurğuların, texniki vasitələrin işləmə prinsiplərini elektron lövhədə izləyə, eləcə də virtual tədris mübadiləsi apara bilirlər. Bu isə tədris materiallarının daha yaxşı mənimsənilməsinə köməklik edir.
Ali Məclisin Sədri elektron lövhəli sinifdə Milli Dəyərlər Muzeyi ilə 200-dən artıq təhsil müəssisəsi arasında “Milli-mənəvi dəyərlərimiz” mövzusunda keçirilən interaktiv dərsi izləyib.
Kimya-biologiya və fizika laboratoriyalarında cihaz və avadanlıqlar quraşdırılıb, şagirdlərin biliklərinin təcrübi əsaslarla möhkəmləndirilməsi təmin edilib. Hərbi kabinə isə gənclərin hərb sənətinə marağının artırılmasına və onların vətənpərvər ruhda böyüməsinə imkan verəcəkdir. Şahmat sinfi, eləcə də açıq idman qurğuları gənclərin fiziki və əqli cəhətdən sağlam böyüməsinə hesablanıb.
Sonra məktəbin pedaqoji kollektivi ilə görüş olub.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov və müəllim Sara Hacı çıxış ediblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kələki kənd tam orta məktəbinin yenidənqurmadan sonra istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib, gələcək tədrisdə uğurlar arzulayıb.
Binanın həyətində bufet və qazanxana tikilib, açıq idman qurğuları quraşdırılıb, yaşıllıq salınıb.

 


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg