• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün795
mod_vvisit_counterDünən997
mod_vvisit_counterBu həftə5872
mod_vvisit_counterBu ay29701
mod_vvisit_counterÜmumi2496966

Tarix: 19 Apr., 2024

STEAM təhsil metodu üzrə təkmilləşdirmə təlimlərinə start verilib

Noyabrın 17-dən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə müəllimlərin STEAM təhsili üzrə təkmilləşdirmə, yeni bacarıqlara yiyələnməsi nəzərə alınaraq növbəti təlimlərə start verilib.
STEAM təhsil metodunun əhatə dairəsinin genişləndirilməsi və inkişafı üçün ixtisaslaşmış kadrlar tələb olunur. Bunun üçün də müəllimlərin asudə vaxtının səmərəli təşkili, innovativ təhsil metodu olan STEAM üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən mütəmadi olaraq təlimlər təşkil olunur. Bu günədək 400-ə yaxın müəllim belə təlimlərdə iştirak edib. Bu sahədə görülən işlərin davamı olaraq 17-18 noyabr tarixlərində Ağbulaq İstirahət Mərkəzində təşkil olunan yeni təlimlərə də 54 müəllim cəlb olunub. Ümumilikdə bu günədək STEAM təhsil metodu ilə bağlı Ağbulaqda təşkil olunan təlimlərdən 150 müəllim və 150 şagird yararlanıb
Təhsil Nazirliyinin təlimçi-mütəxəssisləri Ceyran Məmmədova, Fuad Babayev, Ələkbər Əliyev, Nailə Kazımova və Mirhəsən Tahirov tərəfindən keçiriləcək təlimdə müəllimlərə proqram əsasında STEAM təhsilinin mahiyyəti, TinkerCad proqramında modelləşdirmə, micro:bit və aurdino texnologiyası, kodlaşdırmanın aparılması, 3D modelləşdirmə, 3D printerin iş prinsipi, scratch kodlama bloku, robot təhsil dəstlərinin idarə olunması və lego EV3 modelindən istifadə bacarıqları öyrədiləcək.
Qeyd edək ki, proqrama həmçinin Ağbulaq İstirahət Mərkəzi ilə tanışlıq, səhər, nahar və şam yeməkləri, müxtəlif idman oyunları ilə sərbəst vaxtlarını keçirmək üçün sənədli filmlərin nümayişi də daxildir. Həmçinin təlim müddətində müəllimlərin yiyələndikləri bacarıqlar və öyrəndikləri yenilikləri müzakirə etmələri üçün diskussiyalar da təşkil olunacaq.

 


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg