• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün639
mod_vvisit_counterDünən1452
mod_vvisit_counterBu həftə7168
mod_vvisit_counterBu ay30997
mod_vvisit_counterÜmumi2498262

Tarix: 20 Apr., 2024

Culfa rayonunda 25 məktəbdən 19-u muxtar respublika göstəricisindən yüksək nəticə göstərib

2021-2022-ci tədris ili üzrə Culfa Rayon Təhsil Şöbəsinin tabeliyində olan təhsil müəssisələrinin məzunlarından 238-i tələbə adını qazanmışdır. Uğurlu nəticə göstərən məktəblərin mükafatlandırılması ilə bağlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Culfa Rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev qeyd etmişdir ki, ümumtəhsil məktəblərində təlim-tərbiyə şəraitinin yaxşılaşdırılması, məktəblərin əsaslı təmiri və onların müasir avadanlıqlarla, o cümlədən informasiya-kommunikasiya texnologiyaları ilə təchizi, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi ümumi təhsilin keyfiyyətinə birbaşa təsir göstərən əhəmiyyətli tədbirlərdəndir. Bu tədbirlərin sayəsində ümumi təhsil üzrə keyfiyyət göstəricilərində, xüsusilə də buraxılış imtahanları və ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrində irəliləyişlər müşahidə edilməkdədir. Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, muxtar respublikamızda təhsilə göstərilən yüksək dövlət qayğısının nəticəsində ötən illərdə olduğu kimi 2021-2022-ci tədris ilində də həm kəmiyyət, həm də keyfiyyət baxımından yüksək nəticələr əldə olunmuşdur. Bu qayğının nəticəsidir ki, ötən tədris ilində imtahanda iştirak edən məzunların 76 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmuşdur.
Təhsil naziri qeyd etmişdir ki, Culfa Rayon Təhsil Şöbəsinin tabeliyində 25 tam orta məktəb fəaliyyət göstərir. Təhsilə göstərilən dövlət qayğısı sayəsində rayon ərazisində yerləşən bütün ümumtəhsil müəssisələrinin infrastrukturu yenilənib, müasir tədris şəraiti yaradılıb. Məktəblərdə 620 kompüter və 78 elektron lövhə quraşdırılıb. Məktəblərin kitabxanaları 79 mindən çox latın qrafikalı bədii ədəbiyyat və 62 mindən çox dərsliklə təmin olunmuş, bütün təhsil müəssisələrində idman zalları, açıq idman qurğuları, STEAM kabinələri yaradılmışdır. Müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqələrdə son 4 ildə Culfa rayonunun ümumtəhsil məktəblərinə təyin olunan gənc kadrlardan     64-ü müəllim kimi fəaliyyətə başlamış, 25-i isə müxtəlif vəzifələrə təyin olunmuşdur.
Təhsil naziri qeyd etmişdir ki, Culfa rayonunun ümumtəhsil məktəblərində yaradılan müasir tədris şəraiti şagirdlərin yaxşı təhsil almasına, buraxılış və qəbul imtahanlarında uğurlu nəticə göstərmələrinə öz müsbət təsirini göstərmişdir. Ötən tədris ili üzrə Culfa rayon ümumtəhsil məktəblərindən 283 məzun ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmiş, onlardan da 238-i, yaxud 84 faizi ali və orta ixtisas təhsil müəssisələrinə qəbul olmuşdur. 2021-2022-ci tədris ilində muxtar respublika üzrə 47 məktəb ali və orta ixtisas təhsil müəssisələrinə qəbul nəticələrinə görə 100 faiz nəticə göstərmişdir ki, onlardan da 11-i Culfa Rayon Təhsil Şöbəsinin tabeliyində olan məktəblərdir. 32 məzun 500-700 arası nəticə göstərmiş, 5 məzun gümüş nişana, 2 məzun isə fərqlənmə attestatına layiq görülmüşdür. 15 şagird 2021-2022-ci tədris ilində keçirilən olimpiada və müsabiqələrin qalibi olmuşdur.
Culfa rayonunda fəaliyyət göstərən 25 məktəbdən 19-u qəbul nəticələrinə görə muxtar respublika orta göstəricisindən yüksək nəticə əldə etmişdir.
Təhsil naziri qazandıqları uğurlu nəticəyə görə Culfa Rayon Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin pedaqoji kollektivinə təşəkkürünü bildirmişdir.
Sonra Culfa Rayon Təhsil Şöbəsinin müdiri Mehdixan Əliyev çıxış edərək 2021-2022-ci tədris ilində gördükləri işlər və 2022-2023-cü tədris ili üzrə gözlənilən nəticələr barədə məlumat vermiş, təhsil müəssisələrində yaradılan şəraitin təhsilin yüksəlməsinə və uğurlu nəticələrin qazanılmasına birbaşa təsir etdiyini vurğulamış, bu qayğıya görə minnətdarlığını bildirmişdir.
Sonda ötən tədris ilində keçirilən qəbul imtahanlarında əldə etdikləri uğurlu nəticələrə görə Culfa şəhər 2, Yaycı kənd 1 və 2 nömrəli, Saltaq, Milax, Ərəfsə, Xanəgah, Göydərə, Kırna, Camaldın, Ləkətağ, Qazançı, Boyəhməd, Teyvaz, Qızılca, Xoşkeşin, Şurud, Əbrəqunus, Gülüstan kənd tam orta məktəblərinə diplomlar təqdim edildi, xatirə şəkli çəkildi.

 


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg