• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün561
mod_vvisit_counterDünən1452
mod_vvisit_counterBu həftə7090
mod_vvisit_counterBu ay30919
mod_vvisit_counterÜmumi2498184

Tarix: 20 Apr., 2024

“Zəfər Günü”nə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-nin Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır. Muxtar respublikamızda da Zəfər Günü təntənəli şəkildə qeyd edilir. Noyabrın 4-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Zəfər Günü”nə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirmişdir ki, 44 günlük müharibə Azərbaycan xalqının nə qədər vətənpərvər, böyük xalq olduğunu, milli birliyini, həmrəyliyini bütün dünyaya sübut etdi. Azərbaycan tarixi torpaqlarına - Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə, digər şəhər və rayonlarımızda törədilən soyqırımlar zamanı həlak olan günahsız insanların qisası döyüş meydanında alındı, işğalçı Ermənistana layiq olduğu yer göstərildi. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü ordumuz, rəşadətli əsgər və zabitlərimizdir.
Nazir qeyd etmişdir ki, muxtar respublikamızda da “Zəfər Günü” təntənəli şəkildə qeyd edilir, bu istiqamətdə bir sıra tədbirlər, müsabiqələr keçirilir. Belə müsabiqələrdən biri də Azərbaycan xalqının əzm və iradəsinin, gücünün və müasir ordu quruculuğunun ölkəmizin qələbəsini təmin edən mühüm amillər olduğunun şagirdlərə aşılanması və milli ruhda tərbiyə olunaraq yetişdirilməsi məqsədilə məktəblərimizdə keçirilən Zəfər Gününə həsr edilmiş “Yaradıcılıq müsabiqə”sidir.
Müsabiqənin əhəmiyyəti vurğulanaraq bildirilmişdir ki, müsabiqənin təşkili Vətənimizin suverenliyi uğrunda Azərbaycan əsgərinin döyüş rəşadəti və şəhidlərimizin xatirəsini əbədiləşdirərək gələcək nəsillər üçün yeni bədii mətnlərin yaradılması və yaradıcı potensialı olan hər bir kəsi müsabiqəyə cəlb etməklə mövzu baxımından müasir ədəbi əsərlərin yazılmasına stimul verəcəkdir. Müsabiqədə şanlı zəfərimiz şagirdlərin gözü və təfəkkürü ilə kompozisiya, şeir, mahnı, rəqs, rəsm və əl işlərində öz əksini tapmışdır.
Daha sonra Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbin tarix müəllimi Azad Şirzadov müzəffər ordumuzun 44 gün ərzində döyüş meydanında gücünü göstərərək qələbə qazanması, Zəfərə gedən yolda qarşılaşan çətinliklər barədə ətraflı məlumat verərək bildirmişdir ki, Azərbaycan əsgərinin rəşadəti, şücaəti, xalqımızın birliyi və həmrəyliyi nəticəsində düşmənin müqaviməti qırılmış, tarixi ədalət bərpa edilmişdir.
Sonra “Yaradıcılıq müsabiqəsi”nin qalibləri mükafatlandırıldı. Müsabiqənin yekun nəticələrinə əsasən səhnələşdirmə və ya kompozisiya üzrə 4, rəsm işləri üzrə 6, əl işləri üzrə 6, milli musiqi, mahnı və rəqslər üzrə 6, şeir üzrə 6 olmaqla, ümumilikdə 28 qalib müəyyənləşdirilib. Qaliblər Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin diplomları ilə təltif olunublar.
Sonra Kanal 35 televiziyasının “Yaradıcılıq müsabiqəsi” ilə bağlı hazırladığı videoçarxa baxış olmuşdur.
Tədbirin bədii hissəsində isə vətən, torpaq haqqında müdriklərin kəlamları səsləndirilmiş, müsabiqə qalibləri və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri tərəfindən şeir, mahnı və rəqs nömrələri təqdim edilmişdir.
Sonda “Yaradıcılıq müsabiqəsi”ndə şagirdlər tərəfindən çəkilən rəsm əsərləri və əl işlərindən ibarət sərgiyə baxış olmuşdur.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg