• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün497
mod_vvisit_counterDünən1157
mod_vvisit_counterBu həftə4833
mod_vvisit_counterBu ay33211
mod_vvisit_counterÜmumi2463700

Tarix: 29 Mart, 2024

Hüseyn Cavidin həyat və yaradıcılığına həsr olunan tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2022-ci il 24 sentyabr tarixdə Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Ölkə Prezidentinin Sərəncamının icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2022-ci il 27 sentyabr tarixdə “Hüseyn Cavidin 140 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilib. Tədbirlər Planına müvafiq olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Hüseyn Cavid adına 5 nömrəli tam orta məktəb və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi tərəfindən Hüseyn Cavidin həyat və yaradıcılığına həsr olunan tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Heyran Əhmədova çıxış edərək bildirmişdir ki, Hüseyn Cavid fəlsəfi müdrikliyin və bədii kamilliyin ahəngdar vəhdətini dolğun təcəssüm etdirən yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə işıqlı səhifələr yazmışdır. O, Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi, milli romantik şeirin və mənzum faciənin banisidir. Hüseyn Cavid öz dəst-xətti ilə Azərbaycan ədəbiyyatında yeni mərhələnin, eləcə də mənzum dramın əsasını qoyan, qəlbinin dediklərini yazan, ömrü boyu həqiqətin əsiri olan, ancaq gözəlliyə tapınan qeyri-adi bir mütəfəkkir idi. Faciəli ömrün qəmli dastanını yazan Hüseyn Cavidin söykəndiyi həqiqətin bir mənası olub: xalqını azad, xoşbəxt, millətini birlikdə, vətənini isə sivil dövlətlərin sırasında görmək. O, istedadlı şair, mahir pedaqoq, dərin elmi analitik təfəkkürə malik ədəbiyyatşünas, zəmanəsinin qəbul edilən mütəfəkkiri idi. Lakin Cavid ədəbiyyat tariximizdə daha çox dramaturq kimi tanınıb.
Qeyd edilmişdir ki, Cavid dramaturgiyası Azərbaycan teatrının inkişafına qüvvətli təsir göstərib, Avropa ənənələrinin milli teatra gətirilməsinə səbəb olub. Onun dramaturji istedadını və milli teatrımıza xidmətini yüksək qiymətləndirən ədəbiyyatşünaslar məhz buna görə Cavidi “Şərqin Şekspiri” kimi xarakterizə ediblər. Beləliklə, Cavid irsi Azərbaycan ədəbiyyatının qızıl fonduna həmişəlik daxil olub.
Sonra Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Qanun Məmmədov çıxış edərək Hüseyn Cavidin həyat və yaradıcılığı, ədəbiyyatımızda “Ana” dramının tutduğu yer haqqında tədbir iştirakçılarına ətraflı məlumat verərək bildirmişdir ki, Hüseyn Abdulla oğlu Rasizadə 1882-ci il oktyabr ayının 24-də Azərbaycanın qədim elm və sənət, mədəniyyət mərkəzlərindən biri olan Naxçıvan şəhərində ruhani ailəsində anadan olmuşdur. İlk ibtidai təhsilini evdə atasından alan, sonra isə 1891-1896-cı illər arasında mollaxanada davam etdirən Hüseyn 1896-1898-ci illərdə görkəmli maarifpərvər ziyalı və istedadlı pedaqoq Məhəmmədtağı Sidqinin “Tərbiyə” məktəbində oxumuş, daha sonra isə regionun pedaqoji mərkəzlərindən sayılan Təbrizin “Talibiyyə” mədrəsəsinin müdavimi olmuşdur.
Qeyd edilmişdir ki, filosof şair, böyük dramaturq Hüseyn Cavid Azərbaycan ədəbiyyatı tarixində romantizm ədəbi cərəyanın ən qüdrətli sənətkarlarından biridir. O, bütün ədəbi fəaliyyəti boyu həqiqəti, insanpərvərliyi və gözəlliyi tərənnüm etmişdir. Şərq poetik fikri zəminində yüksələn və dünya romantizm ənənələrindən uğurla bəhrələnən filosof-şair Azərbaycan poeziyasında fəlsəfi lirikanın dəyərli nümunələrini meydana gətirmişdir. Qüdrətli sənətkar humanist ideallar uğrunda mübarizəyə səsləyən mənzum faciələri və tarixi dramları ilə Azərbaycan dramaturgiyasında yeni mərhələnin təməlini qoymuşdur. Parlaq xarakterlərlə zəngin olub, bir neçə nəslin estetik zövqünü formalaşdıran və ölkəmizdə teatr mədəniyyətinə yeni nailiyyətlər qazandıran bu dramaturgiya milli teatr salnaməsində “Cavid teatrı” kimi özünəməxsus layiqli yer tutur. Ədibin “İblis”, “Şeyx Sənan”, “Xəyyam”, “Topal Teymur” kimi, ümumilikdə 10-dan çox pyesinin hər biri özü-özlüyündə bir sənət şedevridir.
Sonra tədbirin bədii hissəsində 5 nömrəli tam orta məktəbin şagirdləri tərəfindən Hüseyn Cavidin şeirləri səsləndirmiş, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dram dərnəyinin səhnələşdirdiyi Hüseyn Cavidin “Ana” dramı, Naxçıvan Qızlar Liseyinin şagirdləri tərəfindən səhnələşdirilmiş “Qız məktəbində” tamaşaları nümayiş etdirilmişdir.
Tədbirdə Hüseyn Cavid adına 5 nömrəli tam orta məktəbin müəllim və şagirdləri iştirak etmişdir.

 


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg