• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün511
mod_vvisit_counterDünən1973
mod_vvisit_counterBu həftə2484
mod_vvisit_counterBu ay34816
mod_vvisit_counterÜmumi2502081

Tarix: 23 Apr., 2024

Məktəbli uşaqlara qış geyimləri verilib

Muxtar respublikamızda bütün qəbildən olan uşaqlar hər cür dövlət qayğısı ilə əhatə olunmuşdur. Bu mənada sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, aztəminatlı ailələrdən olan uşaqların sağlam böyümələri, biliklərə yiyələnmələri, milli və mənəvi dəyərlərə sadiq vətəndaş kimi yetişmələri, problemlərinin yerindəcə həll olunması istiqamətində tədbirlərin həyata keçirilməsi daim diqqətdə saxlanılan məsələlərdəndir.

2018-ci ilin sentyabrın 5-də  hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 44, sağlamlıq imkanları məhdud 275, aztəminatlı ailələrin övladlarından isə 70 olmaqla, ümumilikdə, 389 uşaq məktəbli geyimi və dərs ləvazimatları ilə təmin edilmişdir.

Həmin tədbirlərin davamı olaraq noyabrın 7-də Naxçıvan Muxtar Respublikasının Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə yuxarıda adıçəkilən kateqoriyalardan olan məktəblilərə qış geyimləri təqdim olunub.

 

Bu münasibətlə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində təşkil olunan tədbirdə təhsil naziri Rəhman Məmmədov, əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək qeyd ediblər ki, cəmiyyətimizin əsas özəyi olan ailələrin sosial müdafiəsinin gücləndirilməsi, təhsilin və səhiyyə xidmətinin səviyyəsinin artırılması, uşaq yaradıcılığının dəstəklənməsi xalqımızın milli və mənəvi dəyərlərinə əsaslanan dövlət-uşaq siyasətinin təməlini təşkil edir.

Vurğulanmışdır ki, uşaq və gənc­lərimizin layiqli vətəndaş kimi böyüməsi, təhsil alması, cəmiyyətdə mövqe tutması üçün dövlətimiz tərəfindən bütün imkanlar səfərbər edilib, uşaqların fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsi sahəsində əhəmiyyətli addımlar atılıb.

Sonda aztəminatlı ailələrdən olan, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş məktəbli uşaqlara, sağlamlıq imkanları məhdud şagirdlərə qış geyimləri verilib.

Qeyd edək ki, hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 46, sağlamlıq imkanları məhdud 278, aztəminatlı ailələrin övladlarından isə 70 olmaqla, ümumilikdə, 394 uşaq isti qış geyimi ilə sevindiriliblər.

Məktəbli formaları Naxçıvan şəhərində təhsil və əmək və əhalinin sosial müdafiəsi nazirləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri tərəfindən, rayonlarda isə qeyd olunan bu aidiyyəti təşkilatların və rayon İcra Hakimiyyətlərinin nümayəndəsi tərəfindən şagirdlərə təqdim olunmuşdur.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg