• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün991
mod_vvisit_counterDünən997
mod_vvisit_counterBu həftə6068
mod_vvisit_counterBu ay29897
mod_vvisit_counterÜmumi2497162

Tarix: 19 Apr., 2024

Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında fəaliyyət göstərən ümumtəhsil məktəblərində 15 sentyabr - Bilik Günü münasibəti ilə tədbirlər keçirilib

Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında fəaliyyət göstərən məktəblərdə əvvəlcə şəhidlərimizin  əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himnimiz səsləndirilib.
Tədbirlərdə çıxış edən şəhər və rayon icra hakimiyyətlərinin başçıları Azərbaycan ordusunun keçdiyi Zəfər yolundan danışıblar. Bildirilib ki, 44 günlük Vətən müharibəsində və sonrakı dövrlərdə ordumuzun apardığı hərbi əməliyyatlarda döyüş meydanında əsgər və zabitlərimizin göstərdiyi şücaət xalqımızın zəfər tarixinə qızıl hərflərlə yazılıb. Şəhidlərin döyüş yolu və vətənpərvərliyi gələcək nəsillər üçün nümunə olduğu vurğulanıb.
Qeyd edilib ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqsaylı təxribatın qarşısı qətiyyətlə alınıb, düşmən xeyli itkilər verərək geri çəkilib. Aparılan hərbi əməliyyatlarda vətənpərvər övladlarımız mətanətlə düşmənə sinə gərib, şəhidlik zirvəsinə ucalıblar. Bu gün məktəblərə qədəm qoyan gənclərimiz də hərtərəfli biliklərə yiyələnəcək, xalqımızın vətənpərvər övladları kimi qəhrəmanlarımızın şərəfli yolunu davam etdirəcəklər. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasında təhsil yüksək dövlət qayğısı ilə əhatə olunub. Hər il diyarımızda yeni məktəb binaları tikilib müəllim və şagirdlərin ixtiyarına verilir. Şərur rayonunun Dərvişlər, Çərçiboğan, Babək rayonunun Göynük, Ordubad rayonunun Əndəmic, Dırnıs kənd tam orta məktəbləri və Babək rayonunun Araz kənd ümumi orta məktəbinin yeni binaları isə bu ilin təhsil quruculuğu ərməğanlarıdır. Hazırda Naxçıvan şəhərində STEAM Təlim-Tədris Mərkəzi, Distant Təhsil Mərkəzi, Şərur rayonunda Alışar, Həmzəli, Vərməziyar, Babək rayonunda Sirab, Vayxır və Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbi, Ordubad rayonunda Pəzməri, Xanağa, Unus, Kələki və Azadkənd tam orta məktəblərinin də tikintisi və ya yenidənqurulma işləri davam etdirilir.
Təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, məktəblərin informasiya-kommunikasiya texnologiyaları və zəngin kitabxanalarla təchiz olunması, peşəkar və gənc müəllimlərlə  komplektləşdirilməsi hər il tədrisin keyfiyyətini artırır. Belə ki, 2021-2022-ci tədris ili üzrə ümumtəhsil məktəblərini 2990 məzun bitirib, onlardan 2848-i ali və orta ixtisas məktəblərinə keçirilən qəbul imtahanlarında iştirak edib. İmtahanda iştirak edən məzunlardan 2101-i ali və orta ixtisas  təhsil müəssisələrinə qəbul olunub. Muxtar respublika üzrə 254 məzun 500-dən yuxarı bal toplayıb.
İcra hakimiyyəti başçıları və digər çıxış edənlər təhsil ictimaiyyətini, məktəblərin kollektivlərini Bilik Günü münasibətilə təbrik edib, tədrisdə uğurlar arzulayıb, şagirdlərə yaradılan şəraitdən istifadə edərək yaxşı təhsil almağı, hərtərəfli biliyə, yüksək dünyagörüşünə və vətənpərvər gənclər kimi yetişməyi tövsiyə ediblər.
Qeyd edək ki, 2022-2023-cü tədris ilində muxtar respublikada “birinci” adını daşıyanların sayı 4510 nəfərdir. Ümumilikdə, muxtar respublikanın ümumtəhsil müəssisələrində 52829 şagird təhsilini davam etdirir.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg