• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün909
mod_vvisit_counterDünən699
mod_vvisit_counterBu həftə4088
mod_vvisit_counterBu ay32466
mod_vvisit_counterÜmumi2462955

Tarix: 28 Mart, 2024

Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Lisey peşəkar kadrların hazırlanmasına öz töhfəsini verəcək

Müstəqillik illərində Naxçıvanda müasir təhsil infrastrukturu yaradılıb, maddi-texniki baza möhkəmləndirilib, ümumtəhsil məktəblərinin ixtisaslı pedaqoji kadrlarla təminatı diqqət mərkəzində saxlanılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə ən ucqar dağ və sərhəd kəndlərində belə yeni təhsil ocaqları inşa olunub, ümumtəhsil məktəblərində təhsil şəraiti şəhər məktəbləri səviyyəsinə çatdırılıb.

Artıq muxtar respublika məktəbliləri ənənəvi yanaşmadan fərqli olaraq praktik məşğələlərə əsaslanan STEAM təhsili ilə robotexnika, 3D modelləşdirmə və çap, proqramlaşdırma, nano və neyrotexnologiyalar, mühəndislik və dizaynerlik üzrə bilik və bacarıqlar qazanır, mühəndislik səriştələri əldə edirlər. Təhsilə göstərilən qayğının nəticəsidir ki, hər il ali və orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarında yüksək nəticələr əldə olunur, bilikli, intellektual, vətənpərvər gənc nəsil yetişdirilir. Hər il Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qəbul imtahanlarında yüksək bal toplamış məzunlarla görüşü, onları mükafatlandırması qədim diyarda təhsil sahəsinə göstərilən diqqət və qayğının daha bir ifadəsidir. Muxtar respublikada şagirdlərin daha yaxşı biliklər əldə etməsi, onların fənlər üzrə istedad və bacarıqlarının aşkar edilməsi və inkişafı, həmçinin gələcək ixtisas seçiminin istiqamətləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində təmayüllü liseylərin yaradılması da təhsil sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir. Muxtar respublikada yaradılan liseylər artıq ixtisaslı kadrların hazırlanmasına öz töhfəsini verir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə yaradılan Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey texniki dəqiq elmlər sahəsi üzrə kadrların hazırlanması sahəsində muxtar respublikada nümunəvi bir təhsil ocağına çevrilib. Naxçıvan Qızlar Liseyində də yüksək savada malik, dünyagörüşlü, vətənpərvər, milli-mənəvi dəyərlərimizə sadiq əsl Azərbaycan xanımları yetişdirilir. 
Bu tədris ilindən isə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində yeni bir təhsil ocağı – Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Lisey fəaliyyətə başlayacaq. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 4 avqust tarixli Sərəncamı ilə yaradılan lisey muxtar respublikada kimya və biologiya fənləri üzrə şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsinə öz töhfəsini verəcək. 
Mayın 7-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi 2022-2023-cü tədris ili üzrə liseyə qəbul imtahanı keçirib. Liseyə ümumtəhsil məktəblərinin VII-VIII siniflərini bitirən qəbul imtahanında ən yüksək nəticə göstərən 120 şagird qəbul olub. Müasir tədris vasitələrilə təmin olunan liseydə təhsil ümumi orta (VII-IX), tam orta (X-XI) olmaqla, iki səviyyədə həyata keçiriləcək. Tədris prosesi isə muxtar respublika ümumtəhsil məktəblərinin ən təcrübəli, eyni zamanda sertifikasiya nəticəsi ən yüksək olan müəllimləri tərəfindən xüsusi təsdiq edilmiş tədris proqramı əsasında aparılacaq.
Liseyə qəbul olan şagirdlər təbiət elmləri üzrə öz bilik və bacarıqlarını dərinləşdirərək gələcəkdə müvafiq ixtisaslara yiyələnmək arzusu yolunda ilk qazandıqları uğurun liseyə qəbul olmanın sevincini yaşayırlar.
İsmayıl Əliyev: – Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbdə təhsil aldığım müddətdə kimya-biologiya fənlərinə marağım böyük olub. Müəllimlərimiz məktəbimizdə yaradılan müasir fənn kabinələrinin imkanlarından istifadə edərək bizə bu fənlər üzrə yaxşı biliklər aşılayıblar. Dövlətimizə minnətdarlığımı bildirirəm ki, Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Lisey yaradıldı. Mən də liseyə keçirilən qəbul imtahanında ən yüksək nəticə göstərərək 511 bal topladım. Çalışacağam ki, liseydə yaradılan müasir tədris şəraitindən istifadə edərək öz bilik və bacarıqlarımı inkişaf etdirəm. Məqsədim gələcəkdə yaxşı həkim olmaqdır.

Zərifə Bünyatova: – Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbdə təhsil almışam. Kimya-Biologiya Təmayüllü Liseyə keçirilən qəbul imtahanında 497 bal toplamışam. Bu liseyin yaradılması biz şagirdlərin kimya və biologiya fənləri üzrə istedad və bacarıqlarının inkişafına kömək edəcək. Liseydə yaradılan müasir tədris şəraiti, heç şübhəsiz ki, bizə fənləri əyani şəkildə daha dərindən  mənimsəmək və yüksək nəticələr əldə etmək üçün geniş imkanlar açacaq. Arzum liseydə yaxşı təhsil almaqla gələcəkdə tibb sahəsində yaxşı bir mütəxəssis olmaqdır.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg