• 1 6.jpg
  • 1.jpg
  • 3 li mekteb.jpg
  • 003.jpg
  • 5 nom9.jpg
  • 005.jpg
  • 20.jpg
  • 22.jpg
  • 24.jpg
  • 25.jpg
  • 26.jpg
  • 27.jpg
  • 28.jpg
  • 111.jpg
  • 112.jpg
  • 112u.jpg
  • 152.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 603.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1939
mod_vvisit_counterDünən2529
mod_vvisit_counterBu həftə9121
mod_vvisit_counterBu ay1939
mod_vvisit_counterÜmumi1519541

Tarix: 01 Dek., 2022

Müəllimlərin “STEAM yay məktəbinə” start verilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən STEAM təhsil metodunun ümumtəhsil məktəblərində tətbiqinin genişləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. STEAM tədris edən müəllimlər üçün kurslar təşkil olunur. Bu tədbirlərin davamı olaraq müəllimlərin asudə vaxtının səmərəli təşkili, innovativ təhsil metodu olan STEAM üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi  məqsədilə Ağbulaq İstirahət Mərkəzində “STEAM Yay Məktəbi” təşkil olunub. “STEAM Yay Məktəbi” nə muxtar respublikanın ümumtəhsil məktəbində STEAM tədris edən 50 müəllim cəlb olunub. Avqustun 7-də müəllimlər Təhsil Nazirliyindən Ağbulaq İstirahət Mərkəzinə yola salınıblar. Müəllimlər Mərkəzdə yerləşdikdən sonra “STEAM Yay Məktəbi”nin açılışı olub. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə keçirilən “STEAM Yay Məktəbi”nin açılış tədbirində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının sektor müdiri Murad Babayev bildirib ki, artıq muxtar respublika məktəbliləri ənənəvi yanaşmadan fərqli olaraq, praktik məşğələlərə əsaslanan STEAM təhsili ilə robototexnika, 3D modelləşdirmə və çap, proqramlaşdırma, nano və neyro texnologiyalar, mühəndislik və dizaynerlik üzrə bilik və bacarıqlar qazanır, mühəndislik səriştələri əldə edirlər.
Qeyd olunub ki, STEAM təhsil metodunun əhatə dairəsinin genişləndirilməsi və inkişafı ixtisaslaşmış kadrlar tələb edir. Bu məqsədlə Heydər Əliyev adına tam orta məktəbdə yaradılan STEAM  Tədris Mərkəzinin imkanlarından yararlanaraq bu günədək 400-ə yaxın müəllim təlimlərdən yararlanıb. Eyni zamanda təlim keçən müəllimlər üçün beynəlxalq təcrübəyə malik mütəxəssislər tərəfindən təlimlər keçirilib, 21-i müəllim STEAM təlimçisi sertifikatını əldə edib. Qeyd olunub ki, müəllimlərin asudə vaxtının səmərəli təşkili, innovativ təhsil metodu olan STEAM üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə Ağbulaq İstirahət Mərkəzində keçirilən “STEAM Yay Məktəbi” bu istiqamətdə görülən işlərin davamıdır. Məktəbin təşkilində məqsəd STEAM dərslərini tədris edən müəllimləri müvafiq istiqamətdə peşəkar inkişafa sövq etmək və biliklərini təkminləşdirmək, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə innovativ texnologiyalardan istifadə qabiliyyətinin yüksəldilməsinə nail olmaqdır.
Qeyd olunub ki, yay məktəbində proqram üzrə müəllimlər STEAM düşüncəsi və metodikası, XXI əsr bacarıqları, fənlərarası əlaqə, layihə əsaslı öyrənmə, innovativ təlim metodikaları kimi istiqamətlərdə məlumatlarla tanış olacaqlar. Proqram əsasında müəllimlərə microbit vasitəsilə kodlama, müxtəlif mühəndis-dizayn həllərinin prototipləşdirilməsi və digər bu kimi istiqamətlərdə praktik biliklər veriləcək və təlimi uğurla başa vuran müəllimlər Təhsil Nazirliyi tərəfindən “STEAM Yay Məktəbi”ndə iştirak etdiklərinə görə sertifikatla təmin ediləcəklər.
STEAM üzrə təlimçi müəllim Ceyran Məmmədova “STEAM yay məktəbi” haqqında məlumat verərək bildirib ki, Təhsil Nazirliyi tərəfindən müəllimlərin istifadəsi üçün 20 ədəd notebook, 5 ədəd 3D printer və çap materialı, 10 ədəd ardino və 20 ədəd mikrobit dəsti və STEAM layihələrinin hazırlanmasına lazım olan digər ləvazimatlar ayrılmışdır.
STEAM təlimçisi Fuad Babayev qeyd edib ki, STEAM yay məktəbinin proqramina uyğun olaraq müəllimlər Humanoid robot, Qdee starter və makeblock mbot təhsil dəstlərinin kodlaşdırmasi və funksiyalarınin idarə olunması izah olunacaq. Həmçinin CNC-də isə müxtəlif materiallar üzərində kəsmə, oyma əməliyyatlarının yerinə yetirilməsi, layihə konstruksiyalarının hazırlanması müəllimlərə çatdırılacaq.
Qeyd edək ki, “STEAM Yay Məktəbi”ndə müəllimlərə robot proqramlaşdırması, robot texnologiyaların tədqiqində mikro:bit və arduino bloklarının kodlaşdırılması praktik tətbiqlərlə izah olunacaq. Proqrama həmçinin Ağbulaq İstirahət Mərkəzi ilə tanışlıq, səhər, nahar və şam yeməkləri, müxtəlif idman oyunları ilə sərbəst vaxtlarını keçirmək üçün sənədli filmlərin nümayişi də daxildir.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg