• 1 6.jpg
  • 1.jpg
  • 3 li mekteb.jpg
  • 003.jpg
  • 5 nom9.jpg
  • 005.jpg
  • 20.jpg
  • 22.jpg
  • 24.jpg
  • 25.jpg
  • 26.jpg
  • 27.jpg
  • 28.jpg
  • 111.jpg
  • 112.jpg
  • 112u.jpg
  • 152.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 603.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün2020
mod_vvisit_counterDünən2529
mod_vvisit_counterBu həftə9202
mod_vvisit_counterBu ay2020
mod_vvisit_counterÜmumi1519622

Tarix: 01 Dek., 2022

Ordubad rayonunda məktəb tikintiləri davam etdirilir

Bu gün muxtar respublikada dövlətimiz tərəfindən təhsilin inkişafına hərtərəfli diqqət və qayğı göstərilir, bu sahədə ardıcıl tədbirlər həyata keçirilir, təhsil müəssisələrinin maddi tədris bazası möhkəmləndirilir, infrastrukturu yenilənir. Elə bunun nəticəsidir ki, ötən dövr ərzində muxtar respublikada 200-dən çox təhsil müəssisəsi üçün binalar tikilib və ya əsaslı şəkildə yenidən qurulub. Hazırda 17 təhsil müəssisəsində binaların tikintisi və ya yenidən qurulması davam etdirilir.
Ordubad rayonunda da təhsil müəssisələrinin infrastrukturunun, maddi tədris bazasının möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib, ümumtəhsil məktəblərində müasir tədris şəraiti yaradılıb. Elə bunun nəticəsidir ki, müstəqillik illərində rayonda fəaliyyət göstərən 34 məktəbdən 33-ü yenidən qurularaq şagird və müəllimlərin ixtiyarına verilib. Bu tədbirlərin davamı olaraq hazırda rayonun Azadkəndində və Pəzməridə yeni məktəb binaları tikilir, Xanağa, Unus və Kələki kəndlərində isə məktəb binaları yenidən qurularaq tədris imkanları genişləndirilir. Tədrisin keyfiyyətinin yüksəldilməsi üçün geniş imkanlar açan, müasirtipli 270 şagird yerlik 3 mərtəbədən ibarət Azadkənd tam orta məktəbində 2-si elektron lövhəli olmaqla, 15 sinif otağı, hərbi kabinə, kimya, biologiya və fizika laboratoriyaları, şahmat, kompüter sinfi, müəllimlər otağı,kitabxana, bufet, idman zalı və açıq idman qurğuları fəaliyyət göstərəcək.  Bərpa edilərək müasir madditexniki təchizatla, avadanlıqla pedaqoji kollektivin və şagird kontingentinin ixtiyarına veriləcək Xanağa kənd tam orta məktəbində də şagirdlərin rahat təhsil almaları üçün geniş imkanlar yaradılması nəzərdə tutulub. 288 şagird yerlik müasirtipli 2 mərtəbəli yeni məktəb binasında 2-si elektron lövhəli olmaqla, 16 sinif otağı,1 kompüter sinfi, hərbi kabinə, kimya, biologiya və fizika laboratoriyaları fəaliyyət göstərəcək. Qeyd edək ki, 2004-cü ildə tikilən məktəb binasına yeni korpus əlavə olunub. Məktəbin həyətində açıq idman qurğuları da yaradılacaq. Yenidən bərpa olunaraq müasir təhsil ocaqları sırasına qoşulmağa hazırlaşan Ordubad rayon Kələki kənd tam orta məktəbində də müasir tədris şəraiti yaradılaraq şagirdlərin ixtiyarına veriləcək. 2 mərtəbədən ibarət olacaq 88 şagird yerlik yeni məktəb binasında müasirsinif, müəllimlər və direktor, kitabxana və digər otaqlar, laboratoriya, kompüter, şahmat və elektron lövhəli otaqlar, idman zalı və hərbi kabinə yenilənəcək. Yenidən bərpa olunan təhsil ocaqlarından biri də 2 mərtəbədən ibarət Unus kənd tam orta məktəbidir. 120 şagird yerlik məktəbdə 15 sinif otağı, hərbi kabinə, kimya, biologiya və fizika laboratoriyaları, şahmat, kompüter sinfi, elektron lövhəli sinif, müəllimlər otağı, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları fəaliyyət göstərəcək. Rayonun Pəzməri kəndində 2021-ci ilin aprel ayında inşaat işlərinə başlanan məktəb binasında tikinti işləri artıq yekunlaşmaq üzrədir. 66 şagird yerlik 2 mərtəbəli yeni binada 12 sinif otağı, hərbi kabinə, kimya, biologiya və fizika laboratoriyaları, şahmat, kompüter sinfi, elektron lövhəli sinif, müəllimlər otağı, kitabxana, bufet fəaliyyət göstərəcək. Qeyd edək ki, yenidən qurulan təhsil müəssisələrinin müasir tədris vəsaitləri və informasiya texnologiyaları ilə təminatına da xüsusi diqqət yetirilir. Bu məktəblərin hamısında STEAM kabinələri yaradılacaq, məktəblər müasir kompüterlər, elektron lövhələrlə təmin olunacaq. Məktəblərdə yeni texnologiyaların tətbiqi həm tədris prosesinin keyfiyyətinin yüksəldilməsinə, həm də şagirdlərə informasiya-kommunikasiya texnologiyalarının mənimsədilməsinə öz töhfəsini verəcək. Şagirdlər STEAM kabinələrinin imkanlarından istifadə edərək gələcəyin xüsusi qabiliyyət və istedada malik, yaradıcı, yenilikçi, təşəbbüskar şəxsiyyəti kimi formalaşacaqlar. Ordubad rayonunda təhsilə göstərilən qayğı isə artıq öz nəticəsini verir. Şagirdlər təhsilə göstərilən diqqət və qayğıdan, onlar üçün yaradılan müasir tədris şəraitindən yararlanaraq uğurlu nəticələr əldə edirlər. Elə təhsilə göstərilən qayğının nəticəsidir ki, qəbul imtahanlarında 170 abituriyent 200-500, 23 abituriyent isə 500-700 intervalında bal toplayıb, onlardan 4-ü “Qızıl”, 2-si “Gümüş” nişana layiq görülüb. Qeyd edək ki, 5 kənddə yenidən qurulan məktəb binaları da 500-ə yaxın şagirdin təhsil şəraitinin yüksəldilməsinə, 100-dən artıq müəllimin isə iş şəraitinin yaxşılaşmasına təsir göstərəcək. Bu isə, öz növbəsində, yüksək təhsil ənənələri olan rayonda tədrisin səviyyəsini yüksəldəcək.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg