• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün43
mod_vvisit_counterDünən5078
mod_vvisit_counterBu həftə10575
mod_vvisit_counterBu ay41638
mod_vvisit_counterÜmumi2508903

Tarix: 26 Apr., 2024

Naxçıvanda yüksək bal toplamış məzunlarla görüş olub

Avqustun 26-da Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış məzunlarla görüş keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən bütün məzunları, onların valideynlərini və təhsil ictimaiyyətini təbrik edib, gələcək təhsildə gənclərə uğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov deyib ki, 2021-2022-ci tədris ilində ümumtəhsil məktəblərini tam orta təhsil bazasından bitirən məzunlardan 19-u “Qızıl”, 22-si “Gümüş” nişana, 64-ü fərqlənmə attestatına, ümumi orta təhsil bazasından isə 55-i fərqlənmə attestatına layiq görülüb. Buraxılış və qəbul imtahanlarının nəticələrinə əsasən ali təhsil müəssisələrinə sənəd verən abituriyentlərin 1573-ü, yaxud 56 faizi 200 baldan yuxarı nəticə göstərib. Hazırda məzunların ali təhsil müəssisələrinə ixtisas seçimi aparılır. Muxtar respublika üzrə 254 məzun 500-dən yuxarı bal toplayıb. Rəhman Məmmədov muxtar respublika təhsilinin inkişafına göstərilən diqqət və qayğıya görə bütün təhsil işçiləri adından minnətdarlıq edib.

Valideyn Lətifə Zeynalova çıxış edərək valideynlər, qəbul imtahanlarında 692 bal toplayan muxtar respublika birincisi, məktəbi “Qızıl” nişanla bitirmiş Nərmin Vəliyeva isə məzunlar adından minnətdarlıq ediblər. Nərmin Vəliyeva söz verib ki, harada təhsil almalarından, harada yaşamalarından asılı olmayaraq ümummilli liderimiz Heydər Əliyev ideyalarının davamçıları olacaq, Naxçıvan gəncliyinin adını daim zirvələrdə tutacaq, ölkəmizin çiçəklənməsinə öz töhfələrini verəcəklər.

Sonra ali məktəblərə qəbul imtahanlarında 500-700 arası bal toplayan məzunlara mükafat təqdim olunub.

Ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan məzunlardan Nigar Kərimova, Ülviyə Axundova, Arzu Hüseynova, Mayıl Səfərli, Hüseyn Paşazadə və Vüsal Hüseynli göstərilən qayğıya görə minnətdarlıq edib, ixtisaslı kadr kimi yetişəcəklərinə söz veriblər.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg