• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün658
mod_vvisit_counterDünən831
mod_vvisit_counterBu həftə4738
mod_vvisit_counterBu ay28567
mod_vvisit_counterÜmumi2495832

Tarix: 18 Apr., 2024

Məktəblərin dərsliklərlə təminatı diqqətdə saxlanılır

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddincisessiyasındaAli Məclisin Sədri tərəfindən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə digər mühüm məsələlərlə yanaşı, yeni tədris ilinə hazırlığın görülməsi ilə də bağlı tapşırıq verilib. Ötən müddətdə bu tapşırıqların icrası istiqamətində bir sıra işlər görülüb. Həyata keçirilən tədbirlərdən biri də şagirdlərin dərsliklərlə vaxtında təminatıdır. Bunun üçün nazirlik tərəfindən ümumtəhsil məktəblərindəki dərsliklərin təhlili aparılmış, yeni dərsliklərə tələbat müəyyənləşdirilmiş, cari ilin aprel ayında 243 min dərsliyin sifarişi verilmişdi. Sifariş verilən kitabların 118 mini artıq muxtar respublikaya gətirilib və növbəti günlərdə digər dərsliklərin də gətirilməsi təmin ediləcək. Qeyd edək ki, bir neçə ildir, Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə keçirilən müşavirədəAli Məclisin Sədri tərəfindən verilən tapşırıqların icrası məqsədilə Təhsil Nazirliyi ali məktəblərin professor, müəllim heyətləri ilə birlikdə yeni dərslik və dərs vəsaitlərinin müzakirəsini həyata keçirir. Ötən tədrisilində də nazirlik tərəfindən VII və X sinif Fizika, Kimya, Biologiya, Tarix, Coğrafiya, III sinif Azərbaycan dili və Riyaziyyat dərsliklərinin müzakirəsi təşkil edilmiş, müzakirələrdə bildirilən təkliflər əsasında dərsliklərin təkmilləşdirilməsi ilə bağlı yekun rəylər hazırlanaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndərilmişdir. Ötən tədris ili üzrə müzakirələri aparılan, müvafiq düzəlişlər edilərək yenidən nəşr olunan dərsliklər də artıq növbəti tədris ilindən şagirdlərə paylanılacaq. Hər biri mənəvi zənginlik, gələcəyin intellektli gənclərinin formalaşması üçün mühüm əhəmiyyət kəsb edən dərsliklərin paylanması isə sentyabr ayının əvvəllərinədək həyata keçiriləcək. Dərsliklərin şagirdlərə əvvəlcədən paylanması tədris ili başlananadək onların bütün dərsliklərlə təmin edilməsinə və kitabların məzmunu ilə tanış olmasına şərait yaradır. Vaxtında və pulsuz paylanan dərs vəsaitləri bu sahəyə olan dövlət qayğısının nəticəsidir. Bu qayğı müqabilində məktəblilərin üzərinə düşən vəzifə biliklərə daha dərindən yiyələnmək və təqdim olunan vəsaitləri qoruyaraq onlardan düzgün istifadə etməkdir.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg