• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1184
mod_vvisit_counterDünən1157
mod_vvisit_counterBu həftə5520
mod_vvisit_counterBu ay33898
mod_vvisit_counterÜmumi2464387

Tarix: 29 Mart, 2024

Ümumtəhsil müəssisələrinin informasiya sistemi üzrə seminar keçirilmişdir

Muxtar respublika rəhbərinin təhsilə göstərdiyi diqqət və qayğı  nəticəsində təhsil müəssisələrinə 5500-dən çox kompüter verilmiş, ümumtəhsil məktəblərində 600-dən çox elektron lövhə quraşdırılmışdır. Bu da ümumtəhsil məktəblərində müasir təlim üsullarının tətbiqinə, əyaniliyin təmin olunmasına geniş imkanlar yaratmışdır.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi də təhsildə idarəetmənin  təkmilləşdirilməsi, təhsilin keyfiyyətinin artırılması üçün mövcud imkanlardan səmərəli istifadə etməyə çalışır, elektron məlumat bazasının yaradılmasını diqqətdə saxlayır. Bu istiqamətdə görülən tədbirlərdən biri də təhsilin idarəolunmasının məlumat sistemləri üzrə əlaqələndirici kadrların hazırlıq səviyyəsinin artırılmasıdır.

19  oktyabr 2018-ci il tarixdə Naxçıvan Muxtar  Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Şəhər və Rayon Təhsil şöbələrinin baş məsləhətçiləri və təhsil müəssisələrinin Təhsilin idarəolunmasının məlumat sistemi üzrə əlaqələndiricilərinə seminar keçirilmişdir.

Seminarda Ümumi Təhsil Müəssisələrinin İnformasiya Sistemi (UTİS)  proqramının tətbiqi, əsas xüsusiyyətləri və əhəmiyyəti haqqında ətraflı məlumat verilmişdir.

Vurğulanmışdır ki, muxtar respublika üzrə təhsil müəssisələrinin şagird və müəllim heyəti haqqında bütün məlumatların ümumiləşdirilməsi və saxlanılması məqsədilə Ümumi Təhsil Müəssisələrinin İnformasiya Sistemi (UTİS) proqramı   tətbiq olunur. Bu proqramın tətbiqi nəticəsində ümumtəhsil məktəblərinin maddi bazası, sinif komplektləri, kitabxana fondları, laboratoriyaları, həmçinin şagird kontingenti,  şagirdlərin təhsil müəssislərinə qəbulu və yerdəyişməsi, təhsil haqqında dövlət sənədlərinin verilməsi, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar, müəllimlərin təhsili, cari iş fəaliyyəti və digər bu kimi məlumatları əhatə edən elektron məlumat bazası yaradılmışdır.

Bu gün keçirilən seminarın da əsas məqsədi bu məlumatların müntəzəm yenilənməsi prosesində əlaqələndirici kadrların peşəkarlıq səviyyəsini artırmaqdır. Sonra seminar iştirakçılarına proqramla işləmə qaydaları haqqında məlumat verilmiş, Təhsilin idarəolunmasının məlumat sisiteminin əlaqələndiricilərinin  vəzifələri və məsuliyyəti ilə bağlı müzakirələr aparılmış, onları maraqlandıran suallar cavablandırılmışdır.

Seminarın sonunda isə “Ümumi Təhsil Müəssisələrinin İnformasiya Sistemi” üzrə istifadəçi təlimatı seminar iştirakçılarına paylanmışdır.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg