• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün573
mod_vvisit_counterDünən1452
mod_vvisit_counterBu həftə7102
mod_vvisit_counterBu ay30931
mod_vvisit_counterÜmumi2498196

Tarix: 20 Apr., 2024

İnteraktiv dərs keçirilib

İyun 13-də Heydər Əliyev Muzeyindən muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün 15 iyun Milli Qurtuluş Gününə həsr olunan interaktiv dərs keçirilib.
İnteraktiv dərsdə   ümummilli lider Heydər Əliyevin keçdiyi şərəfli həyat yolu ilə bağlı muzeydə qorunan nadir tarixi sənədlər, elmi nəşrlər, xatirə əşyaları haqqında, həmçinin ictimai-siyasi fəaliyyəti ilə bağlı məlumat verilib. Bildirilib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmiz ağır vəziyyətə düşmüş, müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. Məhz belə bir taleyüklü məqamda Azərbaycan xalqı öz gələcəyini görkəmli dövlət xadimi Heydər Əliyevə etibar etdi. Xalqın təkidi ilə Bakıya qayıdan ümummilli lider 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Beləliklə ulu öndərin yenidən rəhbərliyə gəlməsi insanların qəlbində sönmüş müstəqillik arzularını alovlandırdı.
Qeyd olunub ki, Azərbaycan xalqının taleyində dönüş anı olan 1993-cü ilin 15 iyunundan ötən hər il ümummilli liderimizin misilsiz xidmətləri daha dərindən dərk olunur. Çünki ulu öndər Heydər Əliyev Azərbaycanın inkişaf yolunu müəyyənləşdirib, milli-mənəvi dəyərlərimizin, müstəqil dövlətçiliyimizin konseptual əsaslarını işləyib hazırlayıb, milli ruhun və ideologiyanın yüksəlişinə təkan verib. Ulu öndərin fədakar və yorulmaz fəaliyyəti sayəsində müstəqil və milli maraqlara əsaslanan siyasət yürüdən ölkəmiz dünya birliyində mövqeyini gücləndirdi, regionun sabit inkişaf edən nüfuzlu dövlətinə, dünyada etibarlı tərəfdaşa çevrildi. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Bu gün qazanılan bütün nailiyyətlərin əsasında ümummilli lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Aparılan yenidənqurma və quruculuq tədbirləri nəticəsində Naxçıvan Muxtar Respublikasının qazandığı bugünkü nailiyyətlər məhz dahi liderin muxtar respublika haqqında düşüncə və arzularının uğurla yerinə yetirilməsinin göstəricidir.Şagirdlərin diqqətinə çatdırılıb ki, muxtar respublikamızın ən ucqar dağ kəndlərində belə yeni məktəb binalarının inşası, maddi-texniki bazasının möhkəmləndirilməsi, gələcəyimiz olan uşaqların müasir tədris şəraiti yaradılan   məktəb binalarında təhsil alması        Milli Qurtuluşumuzun  bəhrələridir.
Dərs muxtar respublikanın 200-dən çox təhsil müəssisəsində izlənilib.
Qeyd edək ki, 2020-2021-ci tədris ilində muxtar respublika muzeyləri, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi,  Şahmat və STEAM  mərkəzləri  ilə ümumtəhsil məktəbləri arasında ümumilikdə 57 interaktiv dərs keçirilib. Azərbaycanın tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri ilə bağlı keçirilən interaktiv dərslər şagirdlərin tariximizlə bağlı biliklərinin, dünyagörüşlərinin artmasında mühüm rol oynayır.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg