• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1549
mod_vvisit_counterDünən1157
mod_vvisit_counterBu həftə5885
mod_vvisit_counterBu ay34263
mod_vvisit_counterÜmumi2464752

Tarix: 29 Mart, 2024

Naxçıvanda STEAM layihəsi uğurla reallaşdırılır

Yeni tələbləri, çağırışları ilə seçilən müasir dövrdə tərəqqinin hərəkətverici qüvvəsi ölkələrin təbii sərvətlərindən daha çox həmin ölkələrə rəhbərlik edən liderlərin işıqlı ideyaları və mövcud insan kapitalıdır. Bu baxımdan hüquqi cəmiyyətin qurulmasında əvəzsiz rol oynayan, vətəndaşı cəmiyyətdə ən məhsuldar təfəkkürlü qüvvəyə çevirən, milli və mənəvi dəyərləri qoruyan və tənzimləyən, intellektual potensialı formalaşdıran təhsil sisteminin yeni, daha yüksək səviyyəyə qaldırılması çox böyük strateji məqsədlərə xidmət edir. Qürurla deyə bilərik ki, bu gün ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında təhsilin müasir dövrün tələbləri çərçivəsində inkişafına xüsusi diqqət yetirilir, bu istiqamətdə elmi əsaslara söykənən, gələcəyə hesablanmış kompleks addımlar atılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dediyi kimi: “Yaşadığımız dövr bizdən daha mükəmməl təhsil almağı, elmi biliklərə və peşələrə dərindən yiyələnməyi tələb edir. Gənclik və təhsil məsələlərinə münasibətdə belə bir fikir özünü daha aydın şəkildə büruzə verir ki, güc bilikdədir. Ölkələrin gücü isə onların malik olduqları təhsilli və vətənpərvər gəncliklə, milli kadr potensialı ilə ölçülür. Ümummilli liderimiz Heydər Əliyevin ötən əsrin 70-ci illərində əsasını qoyduğu təhsil strategiyası da ölkəmizdə milli köklərə bağlı, yeni təfəkkürlü və təhsilli gənc kadrların yetişdirilməsinə hesablanıb. Bu gün dahi şəxsiyyətin ideyaları Naxçıvan Muxtar Respublikasında böyük yaradıcı gücə çevrilib. Elm və təhsil quruculuğunda müasir dövrün çağırışları nəzərə alınır, ölkə Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi “Maddi dəyərlərin, iqtisadi potensialın insan kapitalına çevrilməsi” prinsipi ardıcıl şəkildə icra olunur”.
STEAM layihəsi inteqrativ tədris təcrübəsinin uğurlu tətbiqini təmin edən istiqamət kimi
Son illərdə dünyanın elm və texnologiyalar sahəsində sürətli inkişafı, əldə edilən əhəmiyyətli nailiyyətlər qarşıya yeni vəzifələr qoyur - gənclərimizi rəqəmsal texnologiyalar dövrünə hazırlamaq. Nəzərə alaq ki, müasir dövr özü ilə bir sıra yeni peşələr formalaşdırır, PUA və dron istifadəçiləri, smartfon texnikləri və digər bu kimi yeni peşələr yaranır. Gələcəkdə analitik düşüncə və innovativlik, kreativlik, emosional intellekt kimi yeni bacarıqlar daha çox lazım olacaq. Ona görə də şagirdlər yaşadıqları dövrə uyğun ixtiralar etmək üçün hazır olmalıdırlar. Bunun üçün şagirdlərə məktəb yaşlarından rəqəmsal səriştələr aşılanmalı, onlar yeni bacarıqlar qazanmalıdırlar. Bu mənada, təhsildə yeniliklərə böyük ehtiyac yaranır.
Müasir dövrün tələblərinə uyğun təhsil sisteminin qurulması üçün isə başlıca hədəflərdən biri inteqrativ tədris təcrübəsinin inkişafının təmin olunmasıdır. Bu baxımdan Elmdən (Science), Texnologiyadan (Technology), Mühəndislikdən (Engineering), İncəsənətdən (Art) və Riyaziyyatdan (Math) güc alan, fənlər arasında keçidi təmin edən STEAM layihəsi inteqrativ tədris təcrübəsinin uğurlu tətbiqini təmin edən istiqamət kimi əhəmiyyət kəsb edir. Göründüyü kimi, STEAM fənlərin ayrı-ayrılıqda deyil, inteqrasiyalı tədrisini nəzərdə tutur, şagirdlərdə XXI əsr bacarıqlarını, kreativlik, tənqidi düşüncə, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə bacarıqlarını inkişaf etdirir.
100-dən çox təhsil müəssisəsində STEAM kabinələri yaradılıb, 50 təhsil müəssisəsində işlər davam etdirilir
Yeniliklərin daim tətbiq edildiyi, müxtəlif istiqamətlərdə zəruri islahatların vaxtında aparıldığı, yeni çağırışlara uyğun tədbirlərin həyata keçirildiyi Naxçıvan Muxtar Respublikasında STEAM layihəsinin reallaşdırılması məsələsi də diqqətdə saxlanılır. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə 2020-2021-ci tədris ilindən muxtar respublikada STEAM layihəsinin tətbiqinə başlanılıb. Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” 2021-ci il 7 iyun tarixli Sərəncamı isə muxtar respublikada təhsilin müasir dövrün tələblərinə uyğun inkişafı üçün böyük önəmə sahib mühüm dövlət sənədidir. Sərəncama uyğun olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində STEAM Təlim-Tədris Mərkəzi yaradılmalıdır. Bundan başqa, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ümumtəhsil məktəblərində STEAM kabinələrinin yaradılmasını və hər il “STEAM təhsil festivalı”nın keçirilməsini təmin etməlidir.
Ötən dövrdə görülən işlərə nəzər yetirdikdə bir daha əminliklə deyə bilərik ki, dövlət sənədinin icrası istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, yeni-yeni uğurlar əldə olunub. Sərəncamın icrası ilə bağlı hazırda Təhsil Nazirliyinin tabeliyində STEAM Təlim-Tədris Mərkəzi qurulur. 106 təhsil müəssisəsində artıq STEAM kabinələri yaradılıb, hazırda növbəti 50 təhsil müəssisəsində kabinələrin yaradılması istiqamətində işlər davam etdirilir. STEAM təhsilinin tətbiqi sahəsində işlərin davamı olaraq Naxçıvan Müəllimlər İnstitutunda və “Naxçıvan” Universitetində də bu gün STEAM kabinəsi fəaliyyət göstərir.
Naxçıvanda 370 müəllim STEAM dərslərini tədris edir, 22 mindən çox şagird isə STEAM təhsilinə cəlb olunub
Muxtar respublikada bu günədək 22 mindən çox şagird STEAM təhsilinə cəlb olunub. Bu isə onun göstəricisidir ki, Naxçıvanda STEAM-ı tədris edəcək hazırlıqlı müəllim kadrların sayı durmadan artır.
Ötən il Ali Məclis Sədrinin tapşırığı ilə Heydər Əliyev adına tam orta məktəbdə STEAM Tədris Mərkəzi üçün yer ayrılıb, mərkəz və kabinələr müasir dizaynda mebel avadanlıqları, elektron lövhə, kompüter, 3D printer, öyrədici STEAM qurğuları, elektron komponentlər, dəftərxana ləvazimatları və təlim dəstləri ilə təmin olunub, dərsliklər və tədris proqramları nəşr edilib. Mərkəzin imkanlarından yararlanaraq bu günədək 220-si bu mərkəzdə, 150-si isə onlayn qaydada olmaqla, 370 müəllim təlimlərdə iştirak edib, onlarda STEAM dərsləri tədris etmək bacarığı formalaşıb. Onlardan 20-si isə təlimçi kimi formalaşdırılıb. Yerli təlimçilər isə bu gün müəllim kadrların hazırlanması işinin davamlılığının təmin edilməsinə töhfə verirlər.
Nazirliyin tabeliyində yeni qurulan STEAM Təlim-Tədris Mərkəzində də işlər davam etdirilir. Burada da müasir dizaynda mühəndis emalatxanası, 3D printer otağı, dron uçuş otağı, elm otağı və kitabxana, informatika, incəsənət və texnologiya, təlim, robotexnika otaqları olacaq. Əlavə olaraq xidməti otaqlar və layihələrin nümayişi üçün sərgi salonu da nəzərdə tutulub. Mərkəz zəruri avadanlıqlarla, müxtəlif modellərdə və ölçülərdə 3D printer, CNC-lazer dəzgahı, tədris əsaslı robotlar və elektron komponentlər, emalatxana və tədris ləvazimatları, elektron lövhə və kompüterlə təmin ediləcək.
Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə, STEAM Tədris Mərkəzində Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən onlayn təlimlərdə muxtar respublikanın ümumtəhsil məktəblərindən müəllimlər də qoşulublar. Görülən işlərin davamı olaraq, Türkiyə Respublikasından dəvət olunan “Robotistan Elektronik Şirkəti”nin beynəlxalq təlimçiləri tərəfindən muxtar respublikanın 20 müəllimi üçün təlimlər keçirilib, müvəffəqiyyət qazanan müəllimlərə təlimçi sertifikatı verilib. Bura muxtar respublikanın ümumtəhsil məktəbləri ilə yanaşı ali və orta ixtisas təhsili müəssisələrinin müəllimləri də cəlb olunub.
İstedadlı və bacarıqlı şagirdlərdən ibarət şagird bankı yaradılacaq
Muxtar respublikada tədrisin sistemli şəkildə aparılması yüksək nəticələrin əldə olunmasına şərait yaradır. Nazirliyin məlumatında qeyd olunur ki, ilk mərhələdə məktəblərdə təhsil alan istedadlı və bacarıqlı şagirdlərdən ibarət şagird bankı yaradılacaq, STEAM dərslərinin tədrisi üçün 2 illik dərs proqramları hazırlanacaq. Daha sonra proqrama uyğun olaraq həftənin 6 günü dərsdən sonra şagirdlər mərkəzə cəlb ediləcəklər. STEAM dərsləri “3D çap”, “Microbit və arduino ilə proqramlaşdırma”, “Elektrik mühəndisliyi”, “Robototexnika”, “CNC lazer kəsiciləri”, “Pilotsuz uçuş aparatları (tədris dronları)” üçün hazırlanmış tədris proqramı üzrə aparılacaq. Orada şagirdlər həm proqram əsasında, həm də öz ideyaları ilə texnoloji layihələr reallaşdıra biləcək, elmi araşdırmalar aparacaq, prototiplər yaradacaq, robot modelləri quracaq və onları məhsula çevirəcəklər.
Onu da qeyd etmək lazımdır ki, muxtar respublikanın Təhsil Nazirliyi tərəfindən şagirdlərdə innovativ təhsil metoduna dair biliklərin inkişaf etdirilməsi məqsədilə hər ay muxtar respublikanın ümumtəhsil məktəblərinin VI və VII siniflərində təhsil alan şagirdlər üçün STEAM təhsili ilə bağlı interaktiv dərslər təşkil olunur.
Məktəblərin dərslik və ədəbiyyatla təminatı diqqətdə saxlanılır
Ötən müddət ərzində STEAM təhsil metodunun tətbiqi, xarici ədəbiyyatların Azərbaycan dilinə tərcümə olunması ilə bağlı işlər də davam etdirilib, “Robot layihələri” kitabı 500 nüsxə nəşr edilərək bütün ümumtəhsil məktəblərinə və Uşaq-Gənclər Yaradıcılıq mərkəzlərinə təqdim olunub. Həmçinin STEAM üzrə tədrisin təşkili məqsədilə məktəblərin dərsliklərlə və ədəbiyyatlarla təminatı diqqətdə saxlanılıb. Bunlarla yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən bütün ümumtəhsil məktəbləri və Uşaq-Gənclər Yaradıcılıq mərkəzlərinə 249 ədəd “Robotexnikanın əsasları” kitabı verilib. Ümumilikdə, ümumtəhsil məktəblərinə STEAM təhsil metoduna aid 1349 ədəd kitab verilib. “STEAM: incəsənət 3D modelləşdirmə” və “STEAM: mikrobit layihələri” kitabları Azərbaycan dilinə tərcümə edilərək nəşrə hazırlanıb.
Muxtar respublikada ilk - “STEAM təhsil festivalı”
Ali Məclis Sədrinin müvafiq sərəncamının icrasına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvanda ilk dəfə olaraq iyunun 11-də “STEAM təhsil festivalı” keçiriləcəkdir. Burada tələbə və şagirdlər 10 kateqoriya üzrə texno bilik və bacarıqlarını nümayiş etdirəcəklər. Məktəblilər “Robotunu yarat” (STEAM open - sərbəst layihələr), “Mancanaq robot” (Catapult robot), “Lego Sumo”, “3D bacarıqlar” (3D skills), “Labirint həll edən robot” (Labyrinth solving robot), “Sənayə robot qol” (Industrial robot arm)”, “Short MOVIE”, “Mikro:bit coding” kateqoriyaları üzrə, tələbələr isə “Yaşıl texnologiyalar” (Greentech), “Sosial texnologiyalar (Social technologies) kateqoriyaları üzrə müsabiqələrdə iştirak edə biləcəklər.
Festivala hazırlıq işləri yüksək səviyyədə görülüb. Belə ki, muxtar respublikada ilk dəfə olaraq Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində 40 təhsil müəssisəsindən 105 şagirdin STEAM təhsil metodu əsasında hazırladığı 111 ixtiraçılıq və tədqiqatçılıq layihələrindən ibarət texnosərgi, VI-XI siniflərdə təhsil alan 68 şagirdin iştirakı ilə “Robotunu yarat” müsabiqəsi, “Xətt izləyən robot”, “Mancanaq robot”, “Sosial texnologiyalar” və “Lego Sumo”, “3D Bacarıqlar” və “Labirint robot” müsabiqələri keçirilib. Müsabiqələr şagirdlərin bilik və bacarıqlarını üzə çıxarmaqla yanaşı, STEAM layihələrinin yerinə yetirilməsi bacarığı ilə seçilən istedadlı şagirdləri aşkar etmək, onların öz layihələri ilə “STEAM təhsil festivalı”nda iştirakına zəmin yaratmaq, eyni zamanda robot layihələri üzrə keçirilən ölkə və beynəlxalq səviyyəli müsabiqələrə hazırlamaqdır. Müsabiqə və yarışlarda qalib olan komandalar Təhsil Nazirliyi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar.
Festivaldan bir gün əvvəl - iyunun 10-da Naxçıvanda daha bir əhəmiyyətli tədbir “STEAM təhsili: reallıqlar və perspektivlər” mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçiriləcək. Konfransın keçirilməsinin əsas məqsədi ölkəmizdə, o cümlədən muxtar respublikada ümumi və ali təhsildə tətbiq edilən STEAM təhsilinin elmi-nəzəri və praktik cəhətdən əhəmiyyətinin müzakirə olunması, əldə edilən biliklərin layihə təlimi vasitəsilə təbii elmlər, texnologiya, mühəndislik, riyaziyyat və incəsənət kimi fənlərdə səmərəli tətbiqinin nəticələrini təhlil etməkdir. Həmçinin ümumi təhsildə STEAM təhsilinin gələcək perspektivləri haqqında yeni yanaşmaları müəyyənləşdirmək üçün STEAM təlim metodunun aktual məsələləri ilə maraqlanan təhsil işçilərini bir araya gətirmək də konfransın başlıca məqsədləri sırasında yer alır.
STEAM təhsil metodu sahəsində görülən işlər artıq öz bəhrəsini verir
STEAM təhsil metodu sahəsində görülən işlər artıq öz bəhrəsini verib, şagirdlər ölkə səviyyəli müsabiqələrdə muxtar respublikanı layiqincə təmsil ediblər. Naxçıvanlı şagirdlər “SAF 2021” və “TEKNOFEST-2022” festivallarında iştirak edərək uğurlu nəticələr qazanıblar.
Muxtar respublikada təhsil sahəsində həyata keçirilən genişmiqyaslı tədbirləri nəzərə alaraq qətiyyətlə deyə bilərik ki, istedadlı uşaqların aşkarlanması və düzgün istiqamətdə yetişdirilməsində mühüm rol oynayan STEAM-ın tətbiqi gələcəyin peşəkar gənclərinin yetişməsinə öz töhfəsini verəcəkdir. Bu istiqamətdə həyata keçirilən kompleks tədbirlər isə, bütövlükdə, xalqın və dövlətin gələcək müqəddəratına hesablanmış iqtisadi resursların insan kapitalına çevrilməsi prinsipinin əməli iş müstəvisinə çəkilməsinin əyani ifadəsidir.
Rauf Kəngərli
AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri

 


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg