• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün26
mod_vvisit_counterDünən1452
mod_vvisit_counterBu həftə7179
mod_vvisit_counterBu ay30384
mod_vvisit_counterÜmumi2497649

Tarix: 20 Apr., 2024

Naxçıvanda şəhid ailələrinə və qazilərə mənzillər və avtomobillər təqdim olunub

İyunun 9-da – Milli Qurtuluş Günü ərəfəsində Naxçıvanda 5 şəhid ailəsinə və qaziyə mənzillər, 6 qaziyə isə avtomobillər təqdim olunub.
Heydər Əliyev Muzeyində bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Azərbaycan xalqının tarixində mühüm əhəmiyyətə malik olan əlamətdar gün - Milli Qurtuluş Günü ərəfəsində şəhid ailələrinə və müharibə iştirakçılarına mənzillər və avtomobillər təqdim olunur. Milli Qurtuluş Günü müstəqil dövlətçiliyimizin və ərazi bütövlüyümüzün təminatıdır. 1993-cü il iyunun 15-də ümummilli liderimiz Heydər Əliyevin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışı Azərbaycanı parçalanmaq və işğal təhlükəsindən xilas edərək sabitlik və inkişafa qovuşdurub. Milli Qurtuluşun bəhrəsi olaraq güclü Azərbaycan dövləti və onun qüdrətli ordusu yaradılıb, torpaqlarımız işğaldan azad olunub, tarixi Zəfər qazanılıb. Ölkə Prezidenti cənab İlham Əliyevin də dediyi kimi, “1993-cü ildə ölkəmiz demək olar ki, parçalanırdı, vətəndaş müharibəsi gedirdi və məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində biz bu ağır sınaqdan üzüağ çıxa bildik. Məhz bugünkü Zəfərin təməli, bax o vaxt qoyulmuşdur”. “Milli Qurtuluşdan başlanan yol xalqımızın rifahını yüksəltmiş, sosial islahatların əhatə dairəsi genişlənmişdir”, - deyən Ali Məclisin Sədri bildirib ki, bu tədbirlər sırasında şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən qayğı, onların sosial-məişət şəraitinin yaxşılaşdırılması xüsusi yer tutur. Təqdim olunan yeni mənzillər və avtomobillər də bu diqqətin daha bir ifadəsidir.
Ali Məclisin Sədri şəhidlərimizin əziz xatirəsinə ehtiramını bildirib, şəhid ailələrinə və qazilərə yeni mənzillərində rahat həyat arzulayıb, onları qarşıdan gələn Milli Qurtuluş Günü, eləcə də mənzillər və avtomobillərlə təmin olunmaları münasibətilə təbrik edib.
Sonra Ali Məclisin Sədri mənzillərin orderlərini və avtomobillərin açarlarını təqdim edib.
Şəhid Vüsal Yusifovun həyat yoldaşı Nahidə Lətifova, şəhid Elməddin Həsənovun atası Elşən Həsənov, qazilərdən Miryaqub Seyidov, Əli Bayramov və avtomobillə təmin olunan qazi Sahil Hacıbəyli yaradılan şəraitə görə şəhid ailələri və qazilər adından minnətdarlıq ediblər.
Avtomobillə təmin olunan qazi Hüseyn Həsənov deyib: “Muxtar respublikada ərazi bütövlüyümüzün qorunması zamanı şəhid olanların ailələrinə və sağlamlığını itirmiş şəxslərə hər zaman dövlət tərəfindən diqqət və qayğı göstərilir. Bütün bunlar insan amilinə verilən dəyərin ifadəsi və əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət siyasətinin davamıdır. Bu gün ümummilli liderin yolu muxtar respublikada uğurla davam etdirilir, Naxçıvan günü-gündən inkişaf edir, insanların rifahı daha da yaxşılaşır. Milli Qurtuluş Günü ərəfəsində şəhid ailələrinə və qazilərə mənzil və avtomobillərin verilməsi bizim üçün ikiqat bayramdır. Mən Heydər Əliyev adına Hərbi Liseyin məzunu, Vətən müharibəsi iştirakçısıyam. Göstərilən diqqət və qayğıya görə ailəm və döyüş yoldaşlarım adından minnətdarlığımı bildirirəm”.
Sonda xatirə şəkli çəkdirilib, avtomobillərə baxış olub.
Şəhid ailələrinə və qazilərə verilən 2 və 3 otaqlı mənzillər Naxçıvan, Culfa və Ordubad şəhərlərində, Kəngərli rayonunun Qıvraq qəsəbəsindəki yeni yaşayış binalarında yerləşir. Tam təmir olunan mənzillərə mebel dəstləri qoyulub, lazımi məişət şəraiti yaradılıb.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg