• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün916
mod_vvisit_counterDünən1157
mod_vvisit_counterBu həftə5252
mod_vvisit_counterBu ay33630
mod_vvisit_counterÜmumi2464119

Tarix: 29 Mart, 2024

Ölkəmizdə ilk dəfə olaraq məktəbəqədər tərbiyə müəssisələrinə işə qəbul müsabiqə yolu ilə həyata keçirilir

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən məktəbəqədər təhsil müəssisələrinə işə qəbul üçün elan edilmiş müsabiqənin test imtahanlarına start verilib.
“Naxçıvan Muxtar Respublikasında pedaqoji heyətin dövlət ümumi təhsil, məktəbəqədər təhsil və peşə təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 14 aprel tarixli qərarına uyğun olaraq ilk dəfə keçirilən müsabiqəyə 33 tərbiyəçi-müəllim, 9 musiqi rəhbəri və 1 tibb bacısı olmaqla ümumilikdə 43 vakant vəzifə çıxarılıb. Tərbiyəçi-müəllim vəzifəsi üzrə 31, musiqi rəhbəri vəzifəsi üzrə 24, tibb bacısı vəzifəsi üzrə 5 namizəd olmaqla 60 namizədin qeydiyyatdan keçdiyi müsabiqədə ayrı-ayrı vəzifələr üzrə test imtahanının strukturu və işə qəbul qaydaları müəyyən fərqliliklə həyata keçirilir. Belə ki, tərbiyəçi-müəllim vəzifəsi üçün test imtahanının strukturu tədris metodikası, təlim strategiyası, məktəbəqədər pedaqogika və uşaq psixologiyası üzrə 60, musiqi rəhbəri vəzifəsi üçün ixtisas üzrə 40, tədris metodikası və təlim strategiyası istiqamətində 20, tibb bacısı vəzifəsi üzrə isə 60 ixtisas sualından ibarətdir.
Tərbiyəçi-müəllim vəzifəsi üzrə keçid balını (24) toplamaqla ən yüksək nəticə göstərən namizəd vəzifəyə təyin olunur. Tibb bacısı üzrə keçid balını (40) toplayan namizədlər klinik tapşırıq mərhələsində iştirak edəcəklər. Musiqi rəhbəri üzrə keçid balını (24) toplamış namizədlər üçün qabiliyyət imtahanı keçiriləcək.
Onu da qeyd edək ki, ali və orta ixtisas təhsilli namizəd tərəfindən eyni bal toplanıldıqda, ali təhsilli namizədə, keçid balını toplamış namizədlərin hamısı ali təhsilli və ya orta ixtisas təhsilli olduqda isə ixtisas fənni üzrə daha çox bal toplayan namizədə üstünlük verilir. İxtisas fənni üzrə toplanılan bal eyni olduqda pedaqoji stajı daha çox olan, pedaqoji staj eyni olduqda isə diplom göstəriciləri daha yaxşı olan namizədə üstünlük verilir.

 


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg