• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün4822
mod_vvisit_counterDünən1304
mod_vvisit_counterBu həftə9007
mod_vvisit_counterBu ay41339
mod_vvisit_counterÜmumi2508604

Tarix: 25 Apr., 2024

“1 iyun-Uşaqların Beynəlxalq müdafiəsi Günü” münasibətilə tədbir keçirilib

“1 iyun-Uşaqların Beynəlxalq müdafiəsi Günü” münasibətilə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, Mədəniyyət, Təhsil, Səhiyyə nazirliklərinin və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində tədbir keçirilmişdir. Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, təhsil naziri Rəhman Məmmədov, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev, səhiyyə nazirinin müavini Samrat Gəncəyeva çıxış edərək muxtar respublikada uşaqlara göstərilən dövlət qayğısından danışmış, uşaqları əlamətdar gün münasibətilə təbrik etmişlər. Bildirmişlər ki, muxtar respublikada bütün uşaqların, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası, sağlamlıqlarının qorunması, təhsil almaları, asudə vaxtlarının səmərəli təşkil edilməsi daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə lazımi tədbirlər həyata keçirilir. Tədbirdə Mərkəzin uşaqları ilə bərabər Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbində təhsil alan uşaqlar da iştirak etmişdir.  Sonra Naxçıvan şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinin direktoru Rəsmiyyə Xasıyeva uşaqlara göstərilən qayğıya görə Mərkəzin kollektivi və valideynlər adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova minnətdarlığını bildirmişdir. Tədbirin bədii hissəsində uşaqlara M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının aktyorlarının ifasında səhnəciklər nümayiş etdirilmişdir.Sonra  uşaqlara hədiyyələr təqdim olunmuşdur.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg