• 1 6.jpg
  • 1.jpg
  • 3 li mekteb.jpg
  • 003.jpg
  • 5 nom9.jpg
  • 005.jpg
  • 20.jpg
  • 22.jpg
  • 24.jpg
  • 25.jpg
  • 26.jpg
  • 27.jpg
  • 28.jpg
  • 111.jpg
  • 112.jpg
  • 112u.jpg
  • 152.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 603.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün940
mod_vvisit_counterDünən1222
mod_vvisit_counterBu həftə10083
mod_vvisit_counterBu ay41545
mod_vvisit_counterÜmumi1234318

Tarix: 25 İyun, 2022

“Naxçıvan Saray” kompleksi istifadəyə verilib

“Biz sahibkarlığın inkişafına dövlət siyasətimiz kimi baxırıq. Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq”,- deyən ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi inkişaf strategiyası bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, özəl bölməyə dövlət dəstəyi diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikasında da sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər, qəbul olunan dövlət proqramları yeni istehsal və xidmət sahələri ilə yanaşı, həm də əlverişli investisiya mühiti yaradıb.
Mayın 19-da Naxçıvan şəhərində yeni xidmət kompleksi -“Naxçıvan Saray” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətə başlayıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yeni xidmət kompleksində yaradılan şəraitlə maraqlanıb. Məlumat verilib ki, “Naxçıvan Saray” Məhdud Məsuliyyətli Cəmiyyətinin sahəsi 10 min kvadratmetrdir. Zirzəmi qatı ilə birlikdə 7 mərtəbədən ibarət olan binada otel, şadlıq sarayı, ofis, restoran, mətbəx və avtopark fəaliyyət göstərəcəkdir. Zirzəmidə camaşırxana, işçi heyəti üçün 32 yerlik yeməkxana, 3 anbar, elektrik və digər köməkçi otaqlar yerləşir. Binada 5 mərtəbədən ibarət 538 yerlik avtopark vardır.
Dördüncü mərtəbədə 800 və 340 yerlik olmaqla 2 şadlıq sarayı, həmçinin bu mərtəbədə mətbəx, 5 soyuducu kamera, 4 qarderob, iş və digər xidməti otaqlar yerləşir. Şadlıq saraylarında iclas və konfrans keçirmək üçün proyektor, kürsü və müasir səs sistemi quraşdırılıb.
Binanın beşinci mərtəbəsində 24 standart, 20 superior, 1 deluxe olmaqla, 45 otaqdan ibarət otel fəaliyyət göstərəcəkdir. Eyni zamanda burada iş otaqları və server, eləcə də 80 yerlik restoran vardır. Binada 4 sərnişin və 1 yük lifti quraşdırılıb. Burada kişi və qadınlar üçün idman zalları, istirahət mərkəzlərinin yaradılması da nəzərdə tutulub.
Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov yaradılan şəraitə görə minnətdarlıq edərək deyib ki, muxtar respublikada sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar, eləcə də dövlət dəstəyi nəticəsində özəl sektor iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilib. Bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ümumi daxili məhsul istehsalında özəl bölmənin payı 88 faizi ötüb. Hazırda muxtar respublikada otel biznesinin dünya standartları səviyyəsində qurulması, qonaqların və turistlərin qəbulu üçün silsilə tədbirlər reallaşdırılır. Müasir otellərin istifadəyə verilməsi turizm sektorunun inkişafının dəstəklənməsinə, otel biznesinin genişləndirilməsinə, turistlərin rahatlığının təmin olunmasına, yeni iş yerlərinin yaradılmasına və ümumi inkişafa verilən töhfədir. Bu istiqamətdə atılan addımlardan biri də Naxçıvan şəhərində istifadəyə verilən “Naxçıvan Saray” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Bu cür obyektlərin sayının çoxalması muxtar respublikanın iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, turistlərin yüksək səviyyədə qəbulu, nəqliyyat vasitələri istifadəçiləri üçün rahatlıq yaradacaqdır.
Əməkdaş Səbinə Alquliyeva deyib: “Bu gün muxtar respublikada çoxsaylı turizm kompleksləri, otellər istifadəyə verilir. Bu xidmət sahələrinin açılması Ali Məclis Sədrinin diqqət və qayğısının növbəti nümunəsidir. Mən “Naxçıvan Saray” Məhdud Məsuliyyətli Cəmiyyətində gənc işçi olaraq çalışıram. Burada yüksək iş şəraiti yaradılmış, yüksək əməkhaqqı ilə təmin edilmişik. Bütün bunlara görə minnətdarlıq edirik”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan Saray” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətə başlaması münasibətilə gələcək istifadəçiləri və kollektivi təbrik edərək deyib: Bu gün muxtar respublikada xidmət sahəsində yeni bir ünvan - “Naxçıvan Saray” Məhdud Məsuliyyətli Cəmiyyəti istifadəyə verilir. Yeni xidmət sahələrinin yaradılması ölkəmizin mədəni inkişafının göstəricisidir. O ölkələrdə bu cür xidmətlər təşkil olunur ki, orada inkişaf, sabitlik, dövlət-xalq birliyi var və özəl bölmənin inkişafı üçün şəffaf şərait yaradılıb. Azərbaycanda da inkişaf və sabitlik var, ümummilli liderimizin yolu sədaqətlə davam etdirilir. Bütün bunların nəticəsidir ki, insanların yaşayış şəraiti yaxşılaşır, yeni iş yerləri açılır və turistlərə yüksək mədəni xidmət göstərilir.
Ali Məclisin Sədri “Naxçıvan Saray” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılmasında əməyi olanlara təşəkkürünü bildirərək deyib: Bu xidmət obyekti xüsusi layihə əsasında qurulub. Tikinti işlərinə nəzarət olunmuş, layihənin düzgün yerinə yetirilməsinə dair mütəmadi tapşırıqlar verilib. Nəticədə muxtar respublika üçün müasir və hər cür şəraiti olan xidmət sahəsi yaradılıb. Burada təkcə otel və restoran deyil, ümumilikdə hibrid xidmətlər təşkil olunub. Yəni muxtar respublikanın paytaxtı Naxçıvan şəhərinə gələn qonaqların, eyni zamanda yerli sakinlərin muxtar respublikadan kənara gedərkən avtomobillərini saxlamaları üçün burada qapalı avtopark qurulub. Eyni zamanda cəmiyyətin Naxçıvan şəhərindəki avtovağzala yaxın yerdə olması turistlərin uzağa getmədən otel və restoran xidmətlərindən istifadəsinə imkan verəcəkdir. Şadlıq saraylarından sakinlər və gələn qonaqlar istifadə edəcəkdir. Müasir dövrün tələbi insanlara müxtəlif xidmətləri bir yerdə göstərməkdən ibarətdir. Bu saray da bir neçə xidmətləri eyni vaxtda yerinə yetirəcəkdir. Gələcəkdə sarayda digər xidmət sahələri də yaradılacaq və kompleks formada fəaliyyət göstərəcəkdir. Bu da ilkin mərhələdə 63 nəfərin işlə təmin olunduğu kompleksdə əlavə iş yerlərinin açılmasına imkan verəcəkdir.
Ali Məclisin Sədri deyib: Burada çalışanların əksəriyyəti gənclərdir. Bu da yaxşı haldır. Hazırda dünyada əsas diqqət yetirilən məsələlərdən biri də xidmət sahələrində çalışacaq kadrların hazırlanmasıdır. Bu gün Naxçıvanda xidmət sahələrində çalışanların əksəriyyəti müasir dövrün tələblərinə uyğun yetişən gənclərdir. Bu gün böyük vəsait sərf olunmuş “Naxçıvan Saray” Məhdud Məsuliyyətli Cəmiyyəti gənclərin ixtiyarına verilir. Onlar da buranın fəaliyyətinə və qorunmasına səy göstərməlidirlər.
Ali Məclisin Sədri yeni xidmət kompleksinin muxtar respublikanın həyatında önəmli yer tutacağına əminliyini bildirib, yaradılanların qorunması və qurulanlardan səmərəli istifadə olunması, cəmiyyətin tanıdılması və xidmətin təşkili barədə tapşırıqlar verib.
Bina istilik və yanğınsöndürmə sistemləri ilə təchiz edilib, həmçinin müasir işıqlandırma, mərkəzi video-nəzarət sistemi, transformator və generator quraşdırılıb, ərazi abadlaşdırılıb.

 


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg