• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün579
mod_vvisit_counterDünən831
mod_vvisit_counterBu həftə4659
mod_vvisit_counterBu ay28488
mod_vvisit_counterÜmumi2495753

Tarix: 18 Apr., 2024

Naxçıvanlı şair və yazıçılarla dərnək üzvlərinin görüşü keçirilib

18 May 2022-ci il  tarixində Naxçıvan Muxtar Respublikası  Yazıçılar Birliyinin üzvləri ilə Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvlərinin görüşü təşkil olunub.
Görüşdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının sektor müdiri Rasim Rüstəmov bildirib ki, muxtar respublikada dövlətimiz tərəfindən şagirdlərin təhsili ilə yanaşı onların asudə vaxtlarının səmərəli təşkili də diqqətdə saxlanılır.
Qeyd olunub ki, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində də dərnək üzvlərinin asudə vaxtlarının səmərəli təşkili, onların istedad və bacarıqlarının üzə çıxarılması üçün mühüm tədbirlər görülür.
Diqqətə çatdırılıb ki, yazıçı və şairlərlə görüşlərin, onların əsərlərinin müzakirələrinin keçirilməsi dərnək üzvlərinin yaradıcılığa marağın artırılmasında, yaradıcı şagirdlərin üzə çıxarılmasında mühüm rol oynayır. Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev, “Şərq qapısı” qəzetinin məsul katibi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, əməkdar jurnalist Muxtar Məmmədoğlu, Azərbaycan Milli Elmlər  Akademiyasının Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov, Naxçıvan Yazıçılar Birliyinin üzvü şair  Alməmməd Eldaroğlu muxtar respublikada yazıçı və şairlərə göstərilən dövlət qayğısından danışıblar, öz əsərlərindən Naxçıvanın dünəni və bu günü ilə bağlı seçmələri təqdim ediblər.
Görüşdə Yazıçılar Birliyinin üzvü şair Alməmməd Eldaroğlunun yeni çapdan çıxan “Dağlar Qartalı” kitabı haqqında da dərnək üzvlərinə  məlumat verilib. Bildirilib ki, ikinci Qarabağ müharibəsində  şəhid olan, ölümündən sonra “Azərbaycan bayrağı” ordeni, ”Vətən uğrunda”, ”Xocavəndin azad olunmasına görə”, ”Şuşanın azad olunmasına görə”  və “Hərbi xidmətlərə görə”  medalları ilə təltif olunan kəşfiyyat  bölüyü komandiri, baş leytenant Sadıqlı Məmmədhəsən Meydan oğlunun  döyüş yolu, həyatı şair Alməmməd Eldaroğlunun “Dağlar Qartalı” lirik poemasında  öz bədii əksini tapıb.
Şair  Alməmməd Eldaroğlu yeni yazdığı poema ilə bağlı fikir və düşüncələrini dərnək üzvləri ilə bölüşüb, kitabın nüxsələrini  tədbir  iştirakçılarına   imza edərək hədiyyə edib.

 


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg