• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün438
mod_vvisit_counterDünən1452
mod_vvisit_counterBu həftə6967
mod_vvisit_counterBu ay30796
mod_vvisit_counterÜmumi2498061

Tarix: 20 Apr., 2024

“Şahin” hərbi-idman oyununda ölkə üçüncüsü olan "Ordubad" komandasının üzvləri mükafatlandırılıb

Sonda komandanın üzvülərinə Təhsil Nazirliyinin təşəkkürnamələri təqdim olunub.Məktəbin hərbi rəhbəri Aləm Hacıyev  hərbi rəhbərərlərin peşəkarlıq səviyyələrinin artırılması istiqamətində  muxtar respublikada  görülən işlərin nəticəsiz qalmadığını bildirib, göstərilən dövlət qayğısına görə minnətarlıq edib.Təhsil naziri Sabirkənd tam orta məktəbinin komandasının üzvlərinə,  məktəbin kollektivinə və hərbi rəhbəri Aləm Hacıyevə təşəkkür edib, təhsildə uğurlar arzulayıb.Bildirilib ki, muxtar respublikanın şagirdləri hərbi vətənpərvərlik istiqamətində keçirilən yarışlarda da yüksək nəticə əldə edirlər. Ordubad rayonunun Sabirkənd tam orta məktəbinin komandası da “Şahin” hərbi-idman oyununda ölkə üçüncüsü olmaqla bunu bir daha təsdiq etdi.Elə bu məqsədlə də  ümumtəhsil məktəblərində  hərbi hazırlıq və idman dərslərinə  mühüm əhəmiyyət verilir. Bunun nəticəsidir ki, son illər gənclər arasında hərbi təhsilə maraq da xeyli artmışdı. 2021-ci tədris ilində muxtar respublikanın ümumtəhsil məktəblərindən  Heydər Əliyev adına Hərbi Liseyə 156, Ali Hərbi Məktəblərə 124, Xüsusi təyinatlı məktəblərə isə 32 şagird qəbul olunmuşdur.Qeyd olunub ki,  “Gənclərin çağırışaqədərki hazırlığı” fənnini tədrisi şagirdlərin  milli mənlik və vətənpərvərlik ruhuda böyüməsində mühüm rol oynayır. Bu fənn öz məzmunu etibarı ilə şagirdlərdə  vətənpərvərlik, əqidəlilik, dözümlülük, cəsurluq, intizam və şəxsi məsuliyyət hissi kimi mənəvi keyfiyyətlərin inkişaf etdirilməsini, mülki müdafiə və ilkin tibbi yardım bacarıqlarının formalaşdırılmasını nəzərdə tutur.  Bildirilib ki, Şagirdlərin  hərbi vətənpərvərlik  ruhunda tərbiyyə olunmasında çarışaqədərki hazırlığı fənnini tədris edən hərbi rəhbərlərin  üzərinə böyük vəzifə düşür. Hərbi rəhbərlərin yeni təlim metodlarından istifadə bacarıqlarının və dərslərə yaradıcılıqla yanaşılması vərdişlərinin təkmilləşdirilməsi  məqsədi ilə təlim toplantılar keçirilir.  Təhsil naziri şagirdlərin hərbi hazırlığının və vətənpərvərlik tərbiyəsinin yüksəldilməsində “Gənclərin çağırışaqədərki hazırlığı” fənnini tədris edən müəllimlərin rolundan da danışaraq bildirib ki,   hazırda muxtar respublika ümumtəhsil məktəblərində 198   hərbi rəhbər fəaliyyət göstərir. Onlar daim dövlət qayısı ilə əhatə olunublar. Belə ki, 2022-ci ilin yanvarın     1-dən Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının  qiymətləndirilməsi aparılımış gənclərin  çağrışaqədərki hazırlıq rəhbərlərinin  aylıq vəzifə maaşları orta hesabla 40 faiz artırılıb, hərbi rütbəyə görə aylıq vəzifə maaşlarına  əlavələr edilib.      Mayın 13-də bu münasibətlə tədbir keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikasının  təhsil naziri  Rəhman Məmmədov muxtar respublikada təhsilə göstərilən dövlət qayğısından danışıb. Bildirilib ki, bu gün muxtar respublikada şagirdlərin təhsili ilə yanaşı, onların  hərbi vətənpərvərlik ruhunda tərbiyyə olunması da daim diqqət mərkəzində saxlanılır. Ümumtəhsil məktəbləri inşa olunarkən    şagirdlərin hərbi hazırlığının və vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi məqsədilə məktəblərdə  hərbi kabinələr  də yaradılır. Ölkə başçısının sərəncamı ilə yaradılan  Heydər Əliyev adına Hərbi Lisey də ölkəmizdə ixtisaslı hərbçi kadr hazırlığına öz töhfəsini verir. Burda oxumaq istəyənlərin sayında hər il artım müşahidə olunur. Elə 44 günlük vətən müharibəsində də liseyin məzunları  torpaqlarımızın azad olunmasında böyük şücaət göstərdilər.      Şahin-hərbi idman oyununda qalib olan komandanın  üzvləri Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən mükafatlandırılıb.      Yarışa muxtar respublika mərhələsinin qalibi kimi qatılan "Ordubad" komandası uğurlu nəticəyə müvəffəq olub. Təmsilçimiz 3-cü yerə sahib çıxaraq mükafatçılar sırasına düşüb.   Məktəblilərin ordu sıralarında hərbi xidmətə hazırlanmasına köməklik göstərilməsi məqsədilə təşkil olunan "Şahin" hərbi-idman oyunu üzrə Azərbaycan birinciliyinin final mərhələsi keçirilib. Bakı şəhərində-Hərbi Qənimətlər Parkının yanında ayrılmış xüsusi ərazidə keçirilən yarışda  müxtəlif bölgələrdən 18 komanda qələbə uğrunda mübarizə aparıb.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg