• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün619
mod_vvisit_counterDünən997
mod_vvisit_counterBu həftə5696
mod_vvisit_counterBu ay29525
mod_vvisit_counterÜmumi2496790

Tarix: 19 Apr., 2024

Ümummilli liderin xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turnirinin açılış mərasimi keçirilib

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş beynəlxalq şahmat turnirinin açılış mərasimi keçirilib. İlk turun oyunlarına start verilib.
Naxçıvan şəhərində yerləşən Şahmat Mərkəzində keçirilən açılış mərasimində Naxçıvan MR Şahmat Federasiyasının sədri, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Seymur Talıbov çıxış edərək şahmatçıları salamlayıb, qeyd edib ki, Naxçıvanda hər il ulu öndərin xatirəsinə həsr edilən ənənəvi şahmat turniri keçirilir. Bu il yenidən turnirə start verilməsi və çoxsaylı şahmatçının, eləcə də valideynlərin, şahmat sevərlərin yarışa maraq göstərməsi sevindirici haldır. Federasiya sədri vurğulayıb ki, turnir ümummilli liderin anadan olmasının 99-cu ildönümünə həsr olunub. Hər bir azərbaycanlı üçün ulu öndərin xatirəsi əzizdir və turnirin keçirilməsinin ulu öndərin adına bağlı olması da böyük əhəmiyyət kəsb edir. Çıxışının sonunda isə hər bir iştirakçıya uğurlar arzulayıb.
Gənclər və idman naziri Ramil Hacı çıxış edərək turnir iştirakçılarına uğurlar arzulayıb və Naxçıvanın şahmat mərkəzi olmasını, eləcə də turnirin əhəmiyyətini yarış iştirakçılarına çatdırıb.
Turnirin baş hakimi Emin Hacıyev isə yarış qaydalarını və reqlamenti iştirakçıların diqqətinə çatdırıb.
Daha sonra Naxçıvan MR Şahmat Federasiyasının sədri, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Seymur Talıbov və Naxçıvan MR gənclər və idman naziri Ramil Hacı rəmzi olaraq şahmat taxtası üzərində ilk gedişi edib.
Qeyd edək ki, mayın 14-dək davam edəcək çempionatda dörd ölkədən Azərbaycan, İran, Türkiyə və Ukraynadan olmaqla 214 zəka sahibi mübarizə aparır.
Reqlamentə əsasən, turnir İsveçrə sistemi üzrə 9 turdan ibarətdir. Hər bir şahmatçıya  FİDE standartı ilə 90 dəqiqə vaxt verilir. 1-ci gedişdən başlayaraq, hər gedişdən sonra 30 saniyə əlavə olunur. Turnirdə yerlər toplanmış xalların cəminə görə müəyyən ediləcək. İki və ya daha çox şahmatçı eyni xal toplayarsa, yerlər əlavə göstəricilərə əsasən müəyyən olunacaq.
Qeyd edək ki, turnirdə muxtar respublikamızı 81 şahmatçı təmsil edir.

 


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg