• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün4924
mod_vvisit_counterDünən1304
mod_vvisit_counterBu həftə9109
mod_vvisit_counterBu ay41441
mod_vvisit_counterÜmumi2508706

Tarix: 25 Apr., 2024

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı respublika ifa müsabiqəsində Naxçıvan Dövlət Texniki Kollecinin komandası birinci yerin qalibi olub

Mayın 4-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi və Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 99-cu ildönümünə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı respublika ifa müsabiqəsinin qala konserti və mükafatlandırılma mərasimi keçirilib.
Müsabiqədə Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri rəqs nominasiyası üzrə “Qoçəri”  yallısı ilə çıxış edib. Münsiflər heyyətinin yekun qərarına əsasən  kollecin komandası birinci yerə layiq görülüb. Yekun konsertdə qaliblərə təşkilatçıların fəxri fərmanları  və hədiyyələr təqdim olunub. Qeyd edək ki, 1 fevral – 5 may 2022-ci il tarixlərini əhatə edən, ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı respublika ifa müsabiqəsində Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin tələbələri iştirak ediblər.
Müsabiqəyə üç minə  yaxın tələbə qatılıb.
Müsabiqənin keçirilməsində  əsas məqsəd ümummilli lider Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlətin qurulmasında misilsiz xidmətlərini gənclərə aşılamaq, gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək, istedadlı gəncləri üzə çıxarmaqdan ibarət olub.
Müsabiqə 4 nominasiya üzrə (şeir, bəstəkar mahnıları, təsnif və xalq mahnıları, milli rəqs) 3 mərhələdə keçirilib. Naxçıvan Muxtar Respublikasının peşə və orta ixtisas təhsili müəssisələri  üzrə  20 aprel 2022-ci il tarixdə keçirilən zona müsabiqəsində Naxçıvan Dövlət Texniki Kolleci birinci yerə layiq görülərək respublika müsabiqəsində yarışmağa haqq qazanıb və göstərdiyi nəticə ilə yarışın qalibi olub.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg