• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün4930
mod_vvisit_counterDünən1304
mod_vvisit_counterBu həftə9115
mod_vvisit_counterBu ay41447
mod_vvisit_counterÜmumi2508712

Tarix: 25 Apr., 2024

İstiqlal şairi Əhməd Cavadın həyat və yaradıcılığına həsr olunmuş interaktiv dərs keçirilib

Mayın  5-də  Naxçıvan Muxtar Respublikası  Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə İstiqlal şairi Əhməd Cavadın həyat və  yaradıcılığına    həsr olunmuş interaktiv dərs keçirilib.
Ədəbiyyat Muzeyinin bələdçisi tərəfindən aparılan dərsdə  bildirilib ki, son illərdə Azərbaycan ədəbiyyatının bədii fikir salnaməsinə layiqli töhfələr verən görkəmli ədəbiyyat nümayəndələri, şair və mütəfəkkirlərin həyat və yaradıcılıqlarının öyrənilməsi və təbliği istiqamətində də əhəmiyyətli işlər görülür.
Diqqətə çatdırılıb ki, Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 30-cu ilində bu sahədə misilsiz xidmətləri olan görkəmli insanlar da ehtiramla anılır. Onlardan biri də Azərbaycan istiqlal mücadiləsinin nümayəndələrindən olan tanınmış şair Əhməd Cavaddır. Azərbaycan ədəbiyyatı və ictimai fikrinin inkişafında tutduğu əvəzsiz mövqeyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Əhməd Cavadın 130 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalamışdır.
Qeyd olunub ki, qüdrətli söz ustadı və istiqlal şairi Əhməd Cavadın 130 illik yubileyinin muxtar respublikada  təntənəli keçirilməsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin  Sədrinin  müvafiq  sərəncamı ilə  “Tədbirlər Planı” təsdiq edilmişdir. Bu günkü interaktiv dərs də “Tədbirlər Planı” na uyğun olaraq təşkil olunub.
İnteraktiv dərsdə şagirdlərə  şairin  həyat və  yaradıcılığı haqqında geniş məlumat verilərək bildirib ki, 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsinin Seyfəli kəndində anadan olan   Əhməd Cavadın  yaradıcılığı Azərbaycan dövlətçiliyinin, o cümlədən Xalq Cümhuriyyətinin tərənnümü baxımından çox zəngindir. Dövlət müstəqilliyinin əldə olunmasından yaranan milli qürur, sevinc və fəxarət duyğuları milli Azərbaycan poeziyasının nəhəng siması, Azərbaycan istiqlal ədəbiyyatının nəğməkarı, görkəmli şair Əhməd Cavadın yaradıcılığında əsas yeri tutmaqla ədəbiyyatımızda yeni milli poeziya məktəbi yaratmışdır. O, Azərbaycan milli şeirinin ən qüdrətli ustadlarından biri kimi geniş şöhrət qazanmışdır. Romantik fikir və şeirin ön sıralarında dayanan şair yaradıcılığında xalqın istiqlal ideallarını əks etdirmiş və onun bayraqdarına çevrilmişdir. Dövlət müstəqilliyinin əldə olunmasından yaranan yüksək əhvali-ruhiyyə, mənəvi toxtaqlıq, müstəqillik duyğuları, azadlıq sevgisi və Vətən məhəbbəti bu dövrdə yaranan milli poeziya nümunələrində özünə geniş yer tapır ki, Azərbaycan poeziyasının mükəmməl ustadlarından olan Əhməd Cavad yaradıcılığı bu poeziyanın ən gözəl örnəyini təşkil edir.
Məktəblilərin diqqətinə çatdırılıb ki,  bu qüdrətli və vətənpərvər şair Azərbaycanın ilk Dövlət Himninin sözlərini yazıb, dövlət atributlarını vəsf və tərənnüm edib, dövlətçiliyə məhəbbət və Vətənə bağlılıq hisslərini əsərlərində  təbliğ edib. Bu baxımdan görkəmli Azərbaycan şairi Əhməd Cavadın yaradıcılığı dövlətçiliyə sədaqət və tərənnüm dolu nümunələri ilə fərqlənir.
İnteraktiv dərsi muxtar respublikanın 200-dən çox məktəbinin şagirdləri izləyib.

 

 


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg