• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün432
mod_vvisit_counterDünən1304
mod_vvisit_counterBu həftə4617
mod_vvisit_counterBu ay36949
mod_vvisit_counterÜmumi2504214

Tarix: 25 Apr., 2024

“Mütaliə aylığı”nda keçirilən tədbirlərdə 20 mindən artıq şagird iştirak edib

Aprelin 29-da Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən elan olunan “Mütaliə aylığı”nın yekununa həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirmişdir ki, gənc nəslin dünyagörüşünün formalaşmasında, onların bədii təxəyyülünün inkişafında, mütaliə mədəniyyətinin, oxu vərdişlərinin artırılmasında və hərtərəfli inkişaf etmiş bir vətəndaş kimi yetişməsində mütaliənin rolu müstəsna əhəmiyyətə malikdir. Muxtar respublikada şagirdlərdə mütaliə mədəniyyətinin formalaşmasında məktəb kitabxanalarının rolu və əhəmiyyəti nəzəri alınaraq kitabxanalar zəruri avadanlıqlarla təchiz olunmuş, kompüterlə təminatı istiqamətində zəruri tədbirlər görülmüş, kitabxana fondu dərslik və bədii ədəbiyyatla zənginləşdirilmişdir. Təhsil naziri qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin  2017-ci il 28 avqust tarixli  “Oxunması zəruri olan kitablar haqqında”  Sərəncamı da bu istiqamətdə görülən işlərin davamı olmaqla yanaşı, həm də uşaq, yeniyetmə və gənclərin Azərbaycançılıq ideologiyasına bağlı, vətənə, xalqa sədaqət ruhunda tərbiyəsində mühüm rol oynayır.
Muxtar respublika məktəblərində yaradılan şəraitin şagirdlərin mütaliəyə cəlb edilməsinə, onlarda mütaliə mədəniyyətinin formalaşdırılmasına geniş imkanlar açdığını bildirən təhsil naziri qeyd etmışdır ki, tədris ili ərzində şagirdlərin elmi-kütləvi və bədii ədəbiyyat nümunələrinin oxusuna təşviq edilməsi istiqamətində davamlı tədbirlər keçirilir. Tədbirlərin əhatə dairəsinin genişləndirilməsi, şagirdlərin kütləvi olaraq mütaliəyə cəlb edilməsi baxımından 2019-cu ildən Təhsil Nazirliyi tərəfindən aprel ayı muxtar respublikanın ümumtəhsil məktəblərində “Mütaliə aylığı” elan edilir.Cari tədris ilində də muxtar respublikanın ümumtəhsil məktəblərində “Mütaliə aylığı”nın keçirilməsi ilə əlaqədar olaraq Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planına uyğun olaraq aprel ayı ərzində müxtəlif tədbirlərkitab müzakirələri, dram, inşa, şeir, sürətli oxu müsabiqələri, şagirdlərlə şair və yazıçıların görüşləri, konfrans, dəyirmi masa və görkəmli ədiblərin muzeylərindən interaktiv dərslər və digər tədbirlər keçirilmişdir. Keçirilən tədbirlərə ümumilikdə 20 mindən çox şagird cəlb olunmuşdur. Bununla yanaşı, ümumtəhsil məktəblərində kitabxanaların fəaliyyətinin gücləndirilməsi məqsədilə kitabxanaçılar üçün kurslar da təşkil olunmuşdu.
Rəhman Məmmədov qeyd etmişdir ki, əvvəlki illərdə olduğu kimi bu tədris ilində də “Mütaliə aylığı” çərçivəsində keçirilən tədbirlər istedadlı şagirdlərin üzə çıxarılmasında, biliklərinin artırılmasında mühüm rol oynamaqla yanaşı, onlarda mütaliəyə marağın yaradılmasına, vətənpərvər, dünyagörüşlü formalaşmasına öz töhfəsini vermişdir.
Təhsil naziri təhsilə göstərdiyi diqqət və qayğıya görə təhsil işçiləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını bildirmiş, “Mütaliə aylığı” çərçivəsində təşkil edilən müsabiqələrin qaliblərini təbrik etmişdir.
Tədbirdə Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Dürdanə Quliyeva, Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Əmir İmanov çıxış edərək muxtar respublikada məktəblilərin təhsili üçün yaradılan nümunəvi tədris şəraitindən və  mütaliə aylığının əhəmiyyətindən danışıblar.
Tədbirdə “Mütaliə aylığı” çərçivəsində keçirilən tədbirlərdən ibarət videoçarxa baxış olub, “Mütaliə aylığı” çərçivəsində keçirilən müsabiqələrin qaliblərinə, şer hekayə yazan, kitabı çap olunan şagirdlərə  diplomlar və kitablar təqdim olunub.
Bədii hissə ilə davam edən tədbirdəHeydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Gənc Heydərçilər” dərnəyinin üzvləri  elm, təhsil, məktəb, müəllim,  kitab və mütaliə haqqında fikirlər səsləndirib, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri  “Uzundərə rəqsi”, “Köçəri” yallısı, “Mənim doğma məktəbim” mahnısı və digər müsiqi və rəqs nömrələri ilə çıxış ediblər.
Tədbirdə Şərur şəhər 2 nömrəli tam orta məktəbinin IX sinif şagirdi Sabrina Mədətova və II yaradıcılıq müsabiqəsində 1-ci yerin qalibi, Şərur Rayon Kərimbəyli kənd tam orta məktəbinin şagirdi Dəniz Abdullazadə  öz şerlərini, Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai  mətəbin  IV sinif şagirdi Nərmin Fətullayeva İslam Səfərlinin  “Müəllim”  şerini, Kəngərli Rayon Xok  kənd tam orta məktəbinin VII sinif  şagirdi Sehri Məmmədova Asim Yadigarın “Zəfər yolu”şerini bədii qiraət ediblər.
Sonra tədbirin iştirakçıları kitab sərgisinə baxıblar. Sərgidə oxunması zəruri  olan kitablar, o cümlədən muxtar respublikanın mədəniyyəti, tarixi ilə bağlı kitablar, Təhsil Nazirliyinin xətti ilə  nəşr olunan kitablar, şagirdlərin, müəllimlərin yazdıqları kitablar sərgilənib.

 


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg