• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün4806
mod_vvisit_counterDünən1304
mod_vvisit_counterBu həftə8991
mod_vvisit_counterBu ay41323
mod_vvisit_counterÜmumi2508588

Tarix: 25 Apr., 2024

Yolunuz açıq olsun!

El arasında “Yolun açıq olsun!” sözlərini, adətən, kimsə harasa gedəndə deyirlər. Ancaq bu sözün həm də müxtəlif məna çalarları var. Yol barədə mövcud olan bir sıra aforizmlər bunun ən gözəl nümunəsidir. Məsələn, “Xoşbəxtliyin yolu zəhmət və cəsarətdən keçir” (Balzak), “Əgər getdiyiniz yolda çətinlik və maneələr yoxdursa, bilin ki, o yol sizi heç yerə çatdırmaz” (Bernard Şou), “Allahı sevməyin yolu onun yaratdıqlarını sevməkdən keçir” (Əbu Turxan), “Ya bir yol tap, ya bir yol aç, ya da yoldan çəkil” (Konfutsi) və sair.
Bu yollar içərisində bir yol da var: İNKİŞAF YOLU. Bu gün Naxçıvan Muxtar Respublikasının mediası da göstərilən diqqət və qayğı sayəsində məhz bu yolla irəliləyir. Həqiqətən də, ötən müddət ərzində mediamız böyük inkişaf yolu keçib. 101 il bundan əvvəl – 1921-ci ildə muxtar respublikanın mərkəzi mətbuat orqanı olan “Şərq qapısı” qəzeti, 90 il bundan əvvəl – 1932-ci ildə Radio Verilişləri Komitəsi, 1963-cü ildə Naxçıvan televiziyası, 2001-ci ildə “Naxçıvanın səsi” radiosu, 2004-cü ildə “Kanal 35” televiziyası, 2018-ci ildə isə “Nuhçıxan” İnformasiya Agentliyi yaradılıb və bu gün onlar ölkəmizin media məkanında özünəməxsus yerə malikdirlər. Bütün bunlar həm də muxtariyyətimizin bəhrələridir. Çünki muxtariyyətimiz olmasaydı, Naxçıvanda media orqanlarının yaradılması və inkişafı üçün lazımi şərait də olmayacaqdı...
Hər bir media orqanımız müxtəlif illərdə, müxtəlif günlərdə yola çıxsa da, onların amalı, məqsədi birdir: Naxçıvanın ictimai-siyasi və iqtisadi həyatı, həmçinin elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və digər sahələri barədə dəqiq və operativ informasiyaları ictimaiyyətə çatdırmaq, zəngin və çoxçalarlı yazılı salnamə və videoarxiv yaratmaqdır. Fəaliyyətin əsasında isə vicdanlılıq, qərəzsizlik, obyektivlik, peşəkarlıq prinsipləri dayanır. Bu yolda inamla addımlayan media orqanlarımız arasında “Kanal 35” televiziyasının və “Naxçıvanın səsi” radiosunun da özünəməxsus yeri vardır...
Bu arada, qeyd etmək istərdim ki, təhsilə göstərilən diqqət həm bu günümüzə, həm də gələcəyimizə göstərilən diqqətdir. Təhsil elə strateji bir sahədir ki, bununla, bütövlükdə, milli yüksəlişə nail olmaq mümkündür. Bu, faktdır ki, müasir dövrümüzdə təhsildə yalnız müasir texnologiyalara əsaslandıqda, informasiya resurslarından səmərəli istifadə olunduqda yüksək səviyyəli gənc kadrların yetişməsi mümkündür. Məhz bütün bunlar uzaqgörənliklə diqqətdə saxlanılıb, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 18 dekabr tarixli Sərəncamı ilə muxtar respublikada təhsillə bağlı teleradio proqramlarının hazırlanması və yayımını təmin etmək, eləcə də sistemli maarifçilik işinin aparılması məqsədilə Televiziya və Radio Verilişləri Redaksiyası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilib. 2021-ci il yanvarın 1-dən “Kanal 35” televiziyası və “Naxçıvanın səsi” radiosu muxtar respublikadakı təhsil yenilikləri ilə bağlı televiziya və radio proqramları hazırlayıb efirə təqdim edir.
Televiziya ötən müddətdə fəaliyyət istiqamətini müvafiq qanunvericiliyin tələblərinə uyğun qurub, öz yayım profilini təhsil və tədrisyönümlü yaradıcılıq üzərində kökləyib. Muxtar respublikada təhsil yenilikləri, həyata keçirilən təhsil islahatları və təhsil quruculuğu televiziyanın əsas yaradıcılıq bazasını təşkil edib. Bu mənada, televiziya efirində yayımlanan “Təhsil quruculuğu”, “Təhsilə dair”, “Mütaliə vaxtı” verilişləri muxtar respublikanın təhsil ictimaiyyətinin, şagird və tələbə kontingentinin marağını əks etdirməyi bacarıb, daim izlənilən verilişlər sırasında yer alıb. Televiziyanın təhsil profilli digər maraqlı layihəsi “Uğur yolu” telelayihəsidir. Verilişdə muxtar respublikanın təhsil müəssisələrində bilik və istedadı ilə fərqlənən şagirdlərin idman və təhsil sahəsində qazandıqları uğurlar tamaşaçıların diqqətinə çatdırılmaqdadır. “Kanal 35” televiziyasının ölkə teleməkanında həyata keçirdiyi yeniliklərdən biri isə açıq və interaktiv dərslərin yayımını həyata keçirməkdir. Bu mənada, “Açıq dərs” və “İnteraktiv dərs” verilişlərinin adını qeyd etmək lazımdır.
Təhsil Nazirliyinin tabeliyinə keçdikdən sonra “Naxçıvanın səsi” radiosu da öz işini təhsilyönümlü qurmağa nail olub, yeni-yeni layihələrlə dinləyicilərin diqqət və marağını çəkməyi bacarıb. Təhsilyönümlü proqramlar içərisində “Məktəb illəri”, “Salam Naxçıvan”, “Hər şey bizdə”, “Şənbə söhbətləri” və adını çəkmədiyimiz digər radioverilişlər dinləyici kütləsi qazanmağa nail olub.
Ölkənin ilk təhsil televiziyası olan “Kanal 35” televiziyasının və “Naxçıvanın səsi” radiosunun fəaliyyətində böyük yenilik yaradacaq, ekran vizuallığını daha da artıracaq və təhsil ictimaiyyətinin maraqlarını əks etdirəcək mühüm hadisələr gerçəkləşib. Bunlardan biri müasir üslubda dizayn edilən yeni efir studiyasının təqdim edilməsi, digəri isə yeni saytın fəaliyyətə başlamasıdır. Öncə onu qeyd edim ki, yenistudiya öz müasir üslublu görkəmi ilə burada müxtəlif mövzulu studiya verilişlərinin hazırlanmasına imkan verəcəkdir. Belə ki, “Sağlam həyat”, “Təhsilə dair” kimi şəbəkə verilişlərinin artıq yeni studiyada təqdim edilməsi televiziyanın vizuallığına müsbət təsir göstərib. Ötən zamanlarda televiziya əməkdaşları veriliş çəkilişlərini virtual studiya, yaxud müxtəlif ünvanlarda həyata keçirirdilərsə, artıq yeni studiya sayəsində bütün bu çətinliklər geridə qalacaq, studiya sistemli maarifçilik işinin aparılmasına mühüm töhfə verəcəkdir.
Qısa zaman çərçivəsində öz yaradıcı fəaliyyətində, müsbət mənada, ciddi dönüş yaradan kollektiv sosial şəbəkə platformalarında da aktivliyini qoruyub, hazırlanmış veriliş və proqramlar müxtəlifsosialşəbəkə platformalarında, o cümlədən “sosial şəbəkə nəhəngi” adlandırılan “YouTube”da yerləşdirilib. Bu da televiziya tamaşaçılarının izləyə bilmədiyi mühüm materialları qismən izləməyə imkan verir, radionun daha sosialşəbəkə istifadəçiləri tərəfindən dinlənilməsinə şərait yaradırdı.
İstifadəyə verilən yeni sayt isə televiziya və radio üçün daha geniş imkanlar açır. Belə ki, saytın fəaliyyətə başlaması təhsil ictimaiyyətini və ümumtəhsil məktəblərində təhsil alan şagirdləri maarifçilik işinə, sağlam böyümə amalına, vətənpərvərlik hissinə, tariximizə və milli-mənəvi dəyərlərimizə daha yaxın etdi. Ümidvarıq ki, yaradılan bu şərait əməkdaşların üzərindəki məsuliyyəti daha da artıracaq, proqram siyasətində sistemli işin aparılması diqqət mərkəzində saxlanılacaq və televiziya yeni layihələrlə, təhsilyönümlü proqramlarla tamaşaçıların, dinləyicilərin daha çox rəğbətini qazanacaqdır.
Saytın fəaliyyətə başlamasının digər bir mühüm ictimai təsiri ondan ibarət olacaq ki, onun vasitəsilə muxtar respublikanın təhsil sahəsindəki yüksək potensialı, bu sahədə yaradılmış mükəmməl infrastruktur, təhsildə əldə edilmiş yeniliklər daha geniş kütləyə çatdırılacaqdır. Həmçinin ölkəmizin digər bölgələrində yaşayan şagird və müəllimlər də sayt vasitəsilə “Kanal 35” televiziyasını izləyə, “Naxçıvanın səsi” radiosunu isə dinləyə biləcəklər. Yəni bu o deməkdir ki, hər iki əhəmiyyətli informasiya resursu artıq ölkə miqyasında da təhsilin inkişafına töhfə vermək qüdrətinə qovuşur.
Təbii ki, bütün bunlar Naxçıvan Muxtar RespublikasıAli Məclisinin Sədri cənab Vasif Talıbovun muxtar respublikanın kütləvi informasiya vasitələrinə göstərdiyi yüksək diqqət və qayğının nəticəsində mümkün olmuşdur. Biz bunun növbəti nümunəsini təhsil televiziyası və radiosunun internetsaytının və müasir studiyasının yaradılmasında görürük. Muxtar respublikamızın mediasının inkişafına göstərdiyi qayğıya görə biz media nümayəndələri Ali Məclisin Sədrinə daim minnətdarıq.
Hər iki əlamətdar hadisə münasibətilə Televiziya və Radio Verilişləri Redaksiyasının kollektivini təbrik edir, fəaliyyətlərində yeniyeni uğurlar arzulayırıq. Əziz həmkarlarımıza “Yolunuz açıq olsun!” deyirik.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg