• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün631
mod_vvisit_counterDünən1157
mod_vvisit_counterBu həftə4967
mod_vvisit_counterBu ay33345
mod_vvisit_counterÜmumi2463834

Tarix: 29 Mart, 2024

Muxtar respublikada yeni nasos stansiyası istifadəyə verilib

Muxtar respublikada meliorasiya və irriqasiya sistemlərinin yenidən qurulması, müasir hidrotexniki qurğuların tikilməsi diqqətdə saxlanılır. Torpaqların su təminatının yaxşılaşdırılması əkinçilikdə yüksək məhsuldarlığın əldə olunmasına və ərzaq təhlükəsizliyinə töhfə verir, tələbat yerli istehsal hesabına ödənilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair” Tədbirlər Planına uyğun olaraq bu sahədə işlər davam etdirilir, yeni nasos stansiyaları tikilir, torpaq sahələri əkin dövriyyəsinə qatılır. Aprelin 27-də Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 2200 hektar torpaq sahəsini suvarma suyu ilə təmin edəcək yeni nasos stansiyası və təzyiqli boru xətti istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Yəhya Allahverdiyev məlumat verib ki, su Araz çayından öz axını ilə kanal vasitəsilə suqəbuledici hovuza verilir. Nasos stansiyasına suyun verilməsi üçün 70 metr uzunluğunda sugətirici kanal tikilib, kanalın döşəməsi və yamacları daşla bərkidilib. Hovuzun girişində təmir zamanı suyun çay ilə əlaqəsini kəsmək üçün hidravlik qapı və su ilə daxil olan tullantı və balıqları saxlamaq üçün metal qəfəs quraşdırılıb. Hovuzdan su nasos stansiyasına diametri 720 millimetr olan 3 boru vasitəsilə daxil olur. Nasos stansiyasında 1-i ehtiyat olmaqla hər birinin su sərfi saatda 2000 kubmetr olan 3 nasos, gücü 800 kilovat olan 3 elektrik mühərriki və nasosların hər birinin girişində siyirtmə, eyni zamanda nasosların çıxışında 25 atmosfer təzyiqə davam gətirən temperatur kompensatoru, əks klapan və tənzimləyici siyirtmə qoyulub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Ölkəmizdə, eyni zamanda muxtar respublikada kənd təsərrüfatı sahəsində mühüm işlər görülür. Torpaqların icarəyə verilməsi və əkin dövriyyəsinə qatılması, yeni suvarma sistemlərinin qurulması vacib məsələdir. Ölkəmizdə bu istiqamətdə xüsusi layihələr həyata keçirilir. Çünki torpaqların əkilməsi bol məhsul istehsalına, yeni iş yerlərinin yaradılmasına və idxaldan asılılığın azaldılmasına xidmət edir. Bu gün dünyada gedən proseslərə nəzər saldıqda görürük ki, ölkələr bir-birinə təzyiq vasitəsi kimi ərzaq və enerji sahələrindən istifadə edir. Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında hər iki sahədə görülən işlərin nəticəsidir ki, həm ərzaq məhsulları və enerji ilə etibarlı təminat həyata keçirilir, həm də bu sahələr üzrə ixrac imkanları yaranır.
Ali Məclisin Sədri deyib: Yeni istifadəyə verilən nasos stansiyası hesabına əkin dövriyyəsinə qatılan torpaq sahələri heç vaxt əkilməyib. Bu məhsuldar torpaqların əkin dövriyyəsinə qatılması üçün nasos stansiyasının qurulmasına ehtiyac var idi. Qərar qəbul olundu və bu gün stansiya istifadəyə verilir. Bu da imkan verəcək ki, toxumçuluq təsərrüfatı üçün ayrılan torpaq sahələri su ilə təmin olunsun. Eyni zamanda nasos stansiyasının istifadəyə verilməsi ilə yeni iş yerləri açılıb. Nasos stansiyası 2000 hektardan artıq ərazini suvarma suyu ilə təmin edəcəkdir ki, bu da muxtar respublikanın ərzaq təhlükəsizliyinə töhfədir. Nasos stansiyasının su debitinin artıq olması gələcəkdə ətraf ərazilərdə də yeni yeraltı şəbəkələrin qurulmasına və torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına imkan verəcəkdir.  Həmçinin Araz çayı üzərində olan panton nasos stansiyasında yenidənqurma işləri başa çatandan sonra 10 min hektara yaxın torpaq su ilə təmin olunacaqdır. İstifadəyə verilən nasos stansiyası həmin layihənin bir hissəsidir. Bütün bunların görülməsi üçün mütəxəssislər lazımdır. Artıq muxtar respublikada bu sahədə mütəxəssislər yetişib. Bugünkü nasos stansiyasının qurulması, istifadəyə verilməsi, yeraltı şəbəkələrin çəkilməsi də yerli mütəxəssislər tərəfindən həyata keçirilib.
Ali Məclisin Sədri bu işlərin həyata keçirilməsində əməyi olanlara təşəkkür edib, nasos stansiyasının qurulmasında iştirak edənlərə hədiyyələr təqdim edib, xatirə şəkli çəkdirilib.
Sonra Ali Məclisin Sədri nasos stansiyasını işə salıb.
Bildirilib ki, suyun boru xətti ilə geri qayıdarkən yaratdığı əks zərbə nəticəsində baş verəcək qəza zamanı nasos stansiyasının su ilə dolma təhlükəsinin qarşısını almaq üçün xətt üzərində əks klapan, ehtiyat xətt, drenaj və artezian nasosu quraşdırılıb. Stansiya nasosları su ilə doldurmaq üçün vakuum sistemi ilə təmin olunmuş, nasosların iş rejiminə nəzarət üçün çıxış xətləri üzərində ölçü cihazları yerləşdirilib. Stansiyanın yeraltı hissəsinə və nasos aqreqatlarına rahat giriş təmin edilib, pilləkən, platforma, məhəccər quraşdırılıb, iş otaqları tikilib. Stansiyanın maşın zalında aqreqatların təmiri, daşınması məqsədilə 3,2 ton yükqaldırma qabiliyyəti olan elektrik talı quraşdırılıb, binanın ətrafına kilid daş döşənib, 0,7 hektar sahədə yaşıllıq zolağı salınıb. Suyun əraziyə çatdırılması üçün müxtəlif diametrli borularla, ümumilikdə 6600 metr təzyiqli boru xətti çəkilib. Boru xətti üzərində 1 paylayıcı siyirtmə, 2 suboşaldıcı və 1 havaburaxıcı qoyulub.
Nasos stansiyasının boru xətti paylayıcı siyirtmə vasitəsilə Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində istifadəyə verilən 810 hektar qapalı suvarma şəbəkəsinin mövcud xətti ilə birləşdirilib. Boru xəttinin keçdiyi ərazidə qrunt sularının səviyyəsini aşağı salmaq üçün 1000 metr açıq drenaj kanalı qazılıb. Stansiyadan verilən su mövcud və yeni çəkilən xətlərlə Böyükdüz kəndinin yuxarı hissəsinə - Naxçıvan-Sədərək magistral avtomobil yolunun kənarına qədər daşınacaqdır. Bu da öz növbəsində “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsin istifadəsinə ayrılan 1961, Böyükdüz kənd bələdiyyəsinə aid 46 və dövlət ehtiyat fonduna aid 190 hektar olmaqla, ümumilikdə 2200 hektar torpaq sahələrini suvarma suyu ilə təmin etməyə imkan verəcəkdir.
Nasos stansiyasının elektrik təchizatı üçün 110/10 kilovoltluq dəmiryolu yarımstansiyası və 8,8 kilometr 110 kilovoltluq elektrik verilişi xətti bərpa olunub. Nasos yarımstansiyasını qidalandırmaq üçün 1 kilometr uzunluğunda 10 kilovoltluq hava elektrik verilişi xətti çəkilib, qaz açarlı hücrələr, kondensator batareyaları quraşdırılıb. Yarımstansiyada gücü 10/6 kilovoltluq transformator quraşdırılıb, daxili sərfiyyat üçün 10/0,4 kilovoltluq transformator və mühafizə-avtomatika dövrlərini qidalandırmaq üçün isə 110 voltluq sabit cərəyan mənbəyi qoyulub.
Ali Məclisin Sədri əkinlərin aqrotexniki qaydalara uyğun həyata keçirilməsi, torpağın strukturuna uyğun bitkilərin əkilməsi, nasos stansiyalarının ətrafında bağların salınması, muxtar respublikada ehtiyac olan yerlərdə qapalı suvarma şəbəkələrinin qurulması ilə bağlı layihələrin hazırlanması barədə tapşırıqlar verib.
Həmin gün Ali Məclisin Sədri Kəngərli rayonunun Böyükdüz və Xok kəndlərinin 3200 hektar əkin sahəsini suvarma suyu ilə təmin etmək üçün Araz Su Anbarından qidalanan yeni nasos stansiyasının və təzyiqli boru xəttinin layihəsinə də baxıb, işlərin ilin sonuna kimi yekunlaşdırılması barədə tapşırıqlar verib.

 


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg