• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün620
mod_vvisit_counterDünən1093
mod_vvisit_counterBu həftə1713
mod_vvisit_counterBu ay25542
mod_vvisit_counterÜmumi2492807

Tarix: 16 Apr., 2024

Gənc müəllimlər arasında “Pedaqoji fikir tarixindən” kitabının müzakirəsi keçirilib

21 aprel 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə gənc müəllimlər arasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il Sərəncamı  il təsdiq olunan  "Oxunması zəruri olan kitabların" siyahısına daxil edilən publisist-politoloq Reyhan Mirzəzadənin “Pedaqoji fikir tarixindən” kitabının müzakirəsi keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin baş məsləhətçisi Sahil Əlizadə çıxış edərək bildirib ki, bu əsərin  “Oxunması zəruri olan kitabların” siyahısına əlavə edilməsi gənc nəslin  maariflənməsinə verilən dəyərin bariz nümunəsidir. Kitab muxtar respublikanın təhsil ictimaiyyəti üçün çox dəyərli nəşrlərdən, vətənə gərəkli şəxsiyyətlərin yetişməsi üçün görülən vacib işlərdən biridir. O vurğulayıb ki, Azərbaycan pedaqoji fikri zəngin inkişaf yolu keçmiş, tarixin müxtəlif dövrlərində yaşayıb fəaliyyət göstərmiş böyük mütəfəkkirlər, maarifçilər, müəllimlər, şair və yazıçılar pedaqoji fikir tariximizi çox dəyərli əsərləri ilə daha da zənginləşdirmişlər.
Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının sədri Gülxanım Orucova bildirib  ki, artıq  bir neçə ildir Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən aprel ayı “Mütaliə aylığı” elan olunur. Bu ayda təsdiq olunan iş planına uyğun olaraq həm şagirdlər, həm də müəllimlərin mütaliəsi üçün müxtəlif tədbirlər keçirilir, yeni-yeni yaradıcı layihələr icra olunur. Bu ay ərzində Naxçıvan Gənc Müəllimlər Assosiasiyası tərəfindən də müəllimlər arasında kitab müzakirələri təşkil olunur, “Mütaliəçi müəllim” layihəsi və “Ən yaxşı mütaliəçi müəllim” müsabiqəsi keçirilir. Bu gün keçirilən kitab müzakirəsi də həmin tədbirlərdən biridir.
Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının sədr müavini Səkinə Əsgərova qeyd edib  ki, “Pedaqoji fikir tarixindən” kitabı da hər bir vətəndaşın şəxsiyyət kimi inkişafına, mənəviyyatına xidmət edir, bu kitab gələcək müəllimlər üçün də həmişə aktuallığını qoruyub saxlayacaqdır.
Sonra kitabın müzakirəsinə başlanılıb. Gənc müəllimlər kitabın müəllimlərin fəaliyyətinin istiqamətləndirilməsində, gənc nəslin təlim-tərbiyəsində mühüm rol oynadığını bildiriblər. Müzakirədə 50-dən artıq müəllim iştirak edib.

 


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg