• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün930
mod_vvisit_counterDünən908
mod_vvisit_counterBu həftə3811
mod_vvisit_counterBu ay36143
mod_vvisit_counterÜmumi2503408

Tarix: 24 Apr., 2024

Culfa rayon ümumtəhsil məktəblərinin şagirdləri “Dram” müsabiqəsinin rayon mərhələsində iştirak ediblər

Azərbaycan və dünya xalqlarının ədəbiyyatları, şifahi xalq ədəbiyyatı, klassik və müasir ədəbiyyat, “Oxunması zəruri olan kitabların siyahısı”na daxil edilən əsərlərin məktəblilər arasında təbliği, məktəblilərin maraq və bacarıqlarının, intellektual səviyyə və yaradıcı qabiliyyətlərinin aşkarlanması məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən “Dram” müsabiqəsinin rayon mərhələsi davam etdirilir.

Yanvarın 26-da Culfa Rayon Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən müsabiqənin rayon mərhələsində 7 məktəb üzrə 48 şagird iştirak edərək öz bacarıqlarını nümayiş etdirmişlər. Komandalar tərəfindən səhnələşdirilən Cəlil Məmmədquluzadənin “Quzu”, “Anamın kitabı”, Səməd Vurğunun “Vaqif”, Mirzə Fətəli Axundzadənin “Müsyo Jordan və Dərviş Məstəli Şah”, Nizami Gəncəvinin “Sultan Səncər və qarı”, Nəcəf bəy Vəzirovun “Müsibəti Fəxrəddin”, Əbdürrəhim bəy Haqverdiyevin “Ağa Məhəmməd Şah Qacar” əsərləri tədbir iştirakçıları tərəfindən maraqla izlənib. Müsabiqədə məktəb şagirdlərinin qiymətləndirilmə mərhələsi onların geyimi, aktyor oyunu və obrazlı ifasına, səhnə danışığına riayət edilməsi, səhnə və musiqi tərtibatı meyarlarına görə aparılmışdır.

Müsabiqənin rayon mərhələsində I yerə Əlincə kənd tam orta məktəbi,       II yerə Culfa şəhər 3 nömrəli tam orta məktəb, III yerə Gülüstan kənd tam orta məktəbi layiq görülmüş, digər məktəblər isə həvəsəndirici yerləri tutaraq Təhsil Şöbəsinin diplomları ilə mükafatlandırılmışdır.

Müsabiqədə I yerə layiq görülən Əlincə kənd tam orta məktəbinin kollektivi Nəcəf bəy Vəzirovun “Müsibəti Fəxrəddin” əsəri ilə müsabiqənin muxtar respublika mərhələsində iştirak edəcək.

Qeyd edək ki, dram müsabiqələrinin təşkil olunması eyni zamanda ümumtəhsil məktəblərinin müxtəlif məktəbdənkənar istiqamətlər üzrə aktiv yaradıcılıq fəaliyyətinə cəlb olunması ilə fərdi potensiallarının sistemli inkişafını formalaşdırmaqda mühüm rol oynayır.

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg