• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün803
mod_vvisit_counterDünən699
mod_vvisit_counterBu həftə3982
mod_vvisit_counterBu ay32360
mod_vvisit_counterÜmumi2462849

Tarix: 28 Mart, 2024

“Dram” müsabiqəsinin növbəti rayon mərhələsi Ordubadda keçirilib

Şagirdlərin ədəbiyyata olan marağının artırılması, oxunması zəruri olan kitabların mütaliəsi, istedadlı şagirdlərin üzə çıxarılması, onlarda nitq bacarıqlarının inkişafı məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə həyata keçirilən məktəblilərin “Dram” müsabiqəsi davam edir.

“Dram” müsabiqəsinin növbəti rayon mərhələsi yanvarın 25-də Ordubad Rayon Mədəniyyət Evində keçirilib. Müsabiqədə Ordubad Rayon Təhsil Şöbəsinin tabeliyində olan 18 məktəb və 1 məktəbdənkənar müəssisə üzrə ümumilikdə 140-a yaxın şagird iştirak etmişdir. Kollektivlər müxtəlif əsərləri böyük həvəs və aktyorluqla canlandırmış, tamaşaçıların diqqətini özlərinə cəlb etmişlər.

Cəfər Cabbarlının “Solğun çiçəklər”, “Sevil”, Səməd Vurğunun “Vaqif”, Zahid Xəlilin “Bizi Qarabağa aparan yol”, Cəlil Məmmədquluzadənin “Anamın kitabı”, “Poçt qutusu”, “Çay dəstgahı”, “Ölülər”, “Oyunbazlar”, Nizami Gəncəvinin “İsgəndərnamə”, Süleyman Rüstəmin “Ana və poçtalyon” əsərləri çıxışlar işərisində xüsusi maraqla izlənilib.

Müsabiqənin rayon mərhələsində yaradıcılıq bacarığı, səhnə davranışı və geyimi ilə seçilən komandalar müsbət qiymətləndirilib. Belə ki, Vənənd kənd tam orta məktəbinin kollektivi Cəfər Cabbarlının “Solğun çiçəklər” əsəri ilə I, Aşağı Əylis kənd tam orta məktəbinin kollektivi Zahid Xəlilin “Bizi Qarabağa aparan yol” əsəri ilə II, Kələki kənd tam orta məktəbinin kollektivi isə Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” əsəri ilə III yerə layiq görülüb.

Müsabiqənin muxtar respublika mərhələsində qalib olan Vənənd kənd tam orta məktəbinin komandası öz tamaşası ilə bir daha çıxış edəcəkdir.

Qeyd edək ki, müsabiqənin şəhər və rayon mərhələsi yanvar ayı ərzində davam etdiriləcəkdir.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg