• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün261
mod_vvisit_counterDünən5078
mod_vvisit_counterBu həftə10793
mod_vvisit_counterBu ay41856
mod_vvisit_counterÜmumi2509121

Tarix: 26 Apr., 2024

Məktəblilər arasında mikrobitlə hazırlanan “Mancanaq robot” müsabiqəsi keçirilib

Yanvarın 26-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə muxtar respublika məktəbliləri arasında STEAM layihələrindən ibarət növbəti “Mancanaq robot” müsabiqəsi keçirilib.

Müsabiqə Təhsil Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində keçirilib. Şagirdlərin mühəndislik, proqramlaşdırma və texnoloji biliklərinin tətbiqinə şərait yaratmaq məqsədilə mikrobit ilə idarə olunan və kodlaşdırılan mancanaq robot müsabiqəsində şəhər  və  rayon  məktəblərinin VI-XI sinifləri üzrə 32 komanda olmaqla, ümumilikdə 90 şagird iştirak edib.

Müsabiqədə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov STEAM təhsilinin muxtar respublikada tətbiqi ilə bağlı görülən işlər haqqında danışmışdır. Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 7 iyun 2021-ci il tarixli Sərəncamına əsasən bugünədək 53 təhsil müəssisəsində STEAM kabinəsi yaradılıb, əlavə olaraq 50 ümumtəhsil məktəbində STEAM kabinələrinin yaradılması işləri davam etdirilir, “STEAM təhsil festivalı”nın keçirilməsi ilə bağlı hazırlıq tədbirləri görülür, Naxçıvan şəhərində “STEAM Təlim-Tədris Mərkəzi” yaradılır.

Qeyd olunub ki, STEAM təhsil metodunun tətbiqinə başlandığı gündən bu sahədə peşəkar mütəxəssislərin hazırlığı  diqqətdə saxlanılıb, ilkin olaraq STEAM təhsilinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə STEAM təlimlərinə start verilib. Təhsil Nazirliyinin təşkilatçılığı ilə yerli STEAM təlimçiləri və Beynəlxalq təcrübəyə malik mütəxəssislər tərəfindən 325 müəllimə təlimlər keçirilib. Eyni zamanda STEAM dərslərinin tədrisi üçün Təhsil Nazirliyi tərəfindən qısa müddətdə 7 kitab çap olunmuş, müəllim və şagirdlərin istifadəsinə verilmişdir.

Rəhman Məmmədov STEAM təhsilinin əhəmiyyətindən danışaraq bildirib ki, hədəf şagirdlərdə yüksək mütəşəkkil düşüncəni inkişaf etdirmək, əldə olunan biliklər vasitəsilə layihələr hazırlamaq və fənləri daha dərindən mənimsədilməsinə nail olmaqdır. Artıq şagidlərimiz yaradılan imkanlardan səmərəli istifadə edərək muxtar respublika və ölkə səviyyəli yarışlarda öz layihələri ilə iştirak edir və uğurlu nəticələr qazanırlar. Belə ki, şagirdlərimiz dekabr ayında Bakı şəhərində ölkə üzrə keçirilən “STEAM Azərbaycan Festivalı 2021”-də 3-cü yerin qalibi olmuşlar. Hazırda VII sinif şagirdlərindən ibarət komandalarımız may ayında Bakı şəhərində keçiriləcək “Teknofest-2022” festivalında iştirak üçün layihələr hazırlamağa başlayıblar.

Təhsil naziri keçirilən müsabiqənin əhəmiyyətini yüksək qiymətləndirib, müsabiqə iştirakçılarına uğurlar arzulayıb.

Daha sonra məktəbli komandaların “Mancanaq robot” müsabiqəsi üçün microbit modulundan hazırladıqları robotlara baxış olub, şagirdlər robot layihələri haqqında məlumat veriblər. Sonra koordinatorlar yarışa start verib, komandalar 2 metr məsafəyə top mərmisini atmaq üçün hazırladıqları robotları işə salıblar. Şagirdlər  mancanağı qoyulduğu masadan 2 metr məsafədə olan 30 sm diametrində dairəvi qutuya top mərmisini salmaq üçün mikrobitlə kodlaşdırdıqları mancaq robotla yarışıblar.

Müsabiqənin ümumi qaydalarına görə hər komanda robotu ilə 3 dəfə yarışıb. Yarışda hər komandaya 10 ədəd top mərmisi verilib, 6 dəqiqə müddətində daha çox top mərmisini qutuya atan komanda qalib olub. Bərabər olan komandalara isə 5 top və 2 dəqiqə əlavə vaxt verilib.

Sonda, müsabiqədə təyin olunan vaxtı ən qısa müddətdə və ən çox top mərmisini qutuya   salan   komandalar   münsiflər   heyəti   tərəfindən    qalib  elan   olub.  Yarışın 3 mərhələsində uğur qazanan Naxçıvan Dövlət Texniki Kolleci, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi, Naxçıvan şəhər, Ordubad və Culfa rayon komandaları medal və hədiyyələrlə mükafatlandırılıblar.

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg