• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün600
mod_vvisit_counterDünən831
mod_vvisit_counterBu həftə4680
mod_vvisit_counterBu ay28509
mod_vvisit_counterÜmumi2495774

Tarix: 18 Apr., 2024

Yeni işə başlayacaq müəllimlər üçün təlimlər başladı

Müəllimin səriştəli bir mütəxəssis kimi yetişməsində təlimlərin,  ixtisasartırma kurslarının, treninqlərin, elmi-praktik konfrans və seminarların müstəsna rolu vardır. Pedaqoji kadrların mütəmadi olaraq təkmilləşdirilməsi onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və hazırlığının keyfiyyətcə yüksək səviyyədə olmasını təmin edir. Məhz bu səbəbdən yanvarın 25-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən yeni işə qəbul olunan müəllimlər üçün 3 günlük “İnnovativ müəllim” təliminə start verilmişdir. Təlimə Dövlət İmtahan Mərkəzi tərəfindən ümumtəhsil müəssisələrinə vakant vəzifələrə işə qəbul üçün elan edilmiş müsabiqənin 14-17 dekabr 2021-ci il tarixlərində keçirilən test imtahanlarında müvəffəqiyyət qazanaraq yeni fəaliyyətə başlayacaq 75 gənc müəllim cəlb edilmişdir.

Yanvarın 27-dək davam edəcək təlimlərdə gənc müəllimlərə Təhsil Nazirliyi Aparatının əməkdaşı Sahil Əlizadə “İnnovativ müəllim necə olmalıdır?”, “Səmərəli təlim mühitinin yaradılması”, “Ümumi təhsilin təşkilinə dair ümumi pedaqoji tələblər”, Ayşənur Salmanlı “Müəllimlərin etik davranış qaydaları”, “Cari, perspektiv planlaşdırma və sinif jurnalının aparılması”, “Sinfin idarə olunması”, Gültəkin Rüstəmli “Müəllimlərin hüquq və vəzifələri”, “Müəllimin pedaqoji qabiliyyətləri”, “Məktəbdaxili qiymətləndirmənin aparılması qaydası” mövzusunda təlimlər keçəcəklər.

Təlimdə keçiriləcək mövzular müəllimlərin fəaliyyətlərini düzgün qurmalarına müsbət təsir göstərəcək.

Təlimi uğurla başa vuran müəllimlərə sertifikat veriləcəkdir.

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg