• 1 6.jpg
  • 1.jpg
  • 3 li mekteb.jpg
  • 003.jpg
  • 5 nom9.jpg
  • 005.jpg
  • 20.jpg
  • 22.jpg
  • 24.jpg
  • 25.jpg
  • 26.jpg
  • 27.jpg
  • 28.jpg
  • 111.jpg
  • 112.jpg
  • 112u.jpg
  • 152.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 603.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1667
mod_vvisit_counterDünən2529
mod_vvisit_counterBu həftə8849
mod_vvisit_counterBu ay1667
mod_vvisit_counterÜmumi1519269

Tarix: 01 Dek., 2022

Payız-qış mövsümünə hazırlıqla əlaqədar kollegiya iclası keçirilmişdir

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən kollegiya iclasını təhsil naziri Rəhman Məmmədov açaraq məruzə edib.

Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində avqustun 4-də “2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələr”lə əlaqədar keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə payız-qış mövsümündə təhsil müəssisələrinin fasiləsiz fəaliyyətinin təmin olunması, yaradılan müasir təhsil infrastrukturlarının qorunması və onlardan səmərəli istifadə olunması tapşırılıb.

Vurğulanıb ki, muxtar respublikada bütün sahələr kimi, təhsil də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə əhatə olunub. Aparılan təhsil quruculuğu təkcə rayon mərkəzlərini deyil, eyni zamanda ucqar dağ kəndlərini də əhatə etmişdir ki, bu da tədrisin yüksək səviyyədə təşkilinə əlverişli şərait yaratmışdır.

Tikilən və ya əsaslı şəkildə yenidən qurulan təhsil müəssisələri müasir istilik sistemi ilə təchiz olunmuşdur ki, bu da payız-qış mövsümündə həmin müəssisələrin fasiləsiz fəaliyyətini təmin etmişdir. 2018-ci ildə aparılan tikinti-quruculuq işləri başa çatdıqdan sonra şəhər və rayon təhsil şöbələri də daxil olmaqla ümumilikdə 239 təhsil müəssisəsi istilik sistemi ilə işləyəcəkdir. Ötən il təhsil müəssisələrinin 85 faizi istilik sistemi ilə işləmişdirsə, bu il təhsil quruculuğu sahəsində aparılan işlərin nəticəsində bu göstərici 91 faiz təşkil edir.

Hazırda istilik sistemi quraşdırılmayan təhsil müəssisələrinin sayı 25-dir. 2018-2019-cu tədris ilinin payız-qış mövsümündə bu təhsil müəssisələrində tədrisin fasiləsizliyini təmin etmək üçün yanacaq, mal və materiallara olan tələbatı müəyyənləşdirilmişdir.

Qeyd olunub ki, yeni məktəblərin tikilməsi və müasir istilik sistemlərinə qoşulması birnövbəli məktəblərin də sayının artmasına səbəb olmuşdur. Belə ki, 2018-2019-cu tədris ilində muxtar respublikada fəaliyyət göstərəcək 215 ümumtəhsil məktəbindən 208-i, yaxud 97 faizi bir növbəli rejimdə işləyəcəkdir. Bu da öz növbəsində tədrisin keyfiyyətinin əhəmiyyətli dərəcədə yüksəlməsinə öz töhfəsini verəcəkdir.

Muxtar respublikanın təhsil müəssisələrində istilik sistemlərinə 363 nəfər nəzarət edir ki, onların da 314-ü müvafiq sertifikatı olanlardır. Digər 49 nəfərin  sertifikat alması üçün isə payız-qış mövsümünə qədər zəruri tədbirlər görüləcəkdir. İstilik sistemlərində çalışan texniki işçilərin peşə kurslarına cəlbi diqqətdə saxlanılacaq, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl edilməsi,  məktəblərdə elektrik enerjisindən səmərəli istifadə olunması, istafçılığa yol verilməməsi məqsədilə maarifləndirici söhbətlər aparılacaqdır.

Təhsil naziri bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı əsasında Təhsil Nazirliyi və  aidiyyəti orqanların nümayəndələrinin iştirakı ilə təhsil müəssisələrinin yeni tədris ilinə hazırlığı ilə bağlı reydlər aparılmışdır. Reydlər zamanı təhsil müəssisələrinin binalarının saxlanılması vəziyyəti ilə yanaşı, istilik sistemlərinin mövcud vəziyyəti də araşdırılmış, bir sıra nöqsanlar aşkar edilmişdir. Hazırda mövcud nöqsanların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Kollegiya iclası məruzə ətrafında çıxışlarla davam edib.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg