• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1391
mod_vvisit_counterDünən1304
mod_vvisit_counterBu həftə5576
mod_vvisit_counterBu ay37908
mod_vvisit_counterÜmumi2505173

Tarix: 25 Apr., 2024

“Mənim sevimli məşğuliyyətim” devizi altında ekskursiya təşkil edilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan  şəhər ümumtəhsil məktəblərinin IV-VI   sinif  şagirdləri üçün yanvarın 18-dən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Mənim sevimli məşğuliyyətim” devizi altında innovativ dərnəklərə ekskursiyaya start verilib.

Ekskursiyada şagirdlərə mərkəzdə yeni yaradılan innovativ dərnəklər haqqında  ətraflı məlumat verilib. Bildirilib ki, 2019-cu ildə “İnnovativ dərnəklər” layihəsi əsasında mərkəzdə 12 adda yeni innovativ dərnəklər yaradılıb. Şagirdlərin asudə vaxtlarının səmərəli təşkili, onların yaradıcılıq qabiliyyətlərinin və istedadlarının üzə çıxarılması üçün dərnəklər lazımi avadanlıqlarla təmin edilib və nümunəvi tədris şəraiti yaradılıb.

Bu ekskursiyanın təşkil olunmasında əsas məqsəd şagirdlərin innovativ dərnəklərə cəlb edilməsi, asudə vaxtlarının düzgün təşkil edilməsi, onların intellektual inkişafı və istedadlarının üzə çıxarılması, onlar arasında milli mənəvi dəyərlərimizi əks etdirən dekorativ tətbiqi sənət və əlavə peşə sahələrinə maraq oyatmaqdır.

Şagirdlər ekskursiyada iştirak edərək dərnəklər barədə nəzəri biliklər əldə etməklə yanaşı dulusçuluq dərnəyində gildən qablar düzəldir, xalçaya ilmə atmağı öyrənir, rəsm və ebru sənəti ilə tanış olaraq, qum sənəti dərnəyində işıqlandırılmış masa üzərində qumla maraqlı şəkillər çəkərək, idman edərək, musiqi dinləyərək, STEAM və robotexnika otaqlarında robot texnologiyasını izləyərək, mental aritmetika dərnəyində zehində sürətli riyazi hesabalamaları mənimsəyərək  sevimli məşğuliyyətlərini tapmağa çalışıblar.

Qeyd edək ki,  Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi ilə yanaşı Şərur, Ordubad və Culfa rayonlarında da fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinə məktəblilər üçün təşkil edilmiş ekskursiyalar yanvarın 25-dək davam edəcəkdir.

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg