• 1 6.jpg
  • 1.jpg
  • 3 li mekteb.jpg
  • 003.jpg
  • 5 nom9.jpg
  • 005.jpg
  • 20.jpg
  • 22.jpg
  • 24.jpg
  • 25.jpg
  • 26.jpg
  • 27.jpg
  • 28.jpg
  • 111.jpg
  • 112.jpg
  • 112u.jpg
  • 152.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 603.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün767
mod_vvisit_counterDünən2349
mod_vvisit_counterBu həftə5254
mod_vvisit_counterBu ay37435
mod_vvisit_counterÜmumi1182923

Tarix: 25 May, 2022

Məktəbəqədər təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında tədris aparan müəllimlər üçün seminar təşkil olunmuşdur

Yanvarın 15-də Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə məktəbəqədər təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında tədris aparan müəllimlərinə seminar təşkil olunmuşdur.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Heyran Əhmədova təhsilə göstərilən dövlət qayğısından danışmışdır. Qeyd olunmuşdur ki, bu gün muxtar respublikamızda təhsilin inkişafı sahəsində aparılan uğurlu islahatlar, təhsilin xüsusi diqqət və qayğı ilə əhatə olunması bu sahənin günü-gündən inkişafına ən layiqli töhfəsini verməkdədir. Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikasında dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında” 22 dekabr 2021-ci il tarixli Sərancamına əsasən məktəbəqədər təhsil müəssisələri Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilmişdir. Təhsil Nazirliyi tərəfindən Sərəncamdan irəli gələn məsələlərin icrası istiqamətində bir sıra tədbirlər həyata keçirilir.

Heyran Əhmədova məktəbəqədər təhsil müəssisələrində həyata keçirilən yeniliklər, işə qəbulla bağlı qaydalar haqqında seminar iştirakçılarını məlumatlandırmış və onlara uğurlar arzulamışdır.

Sonra Təhsil Nazirliyi Aparatının aparıcı məsləhətçisi Ayşənur Salmanlının seminarın məqsəd və vəzifələri ilə bağlı çıxışı dinlənilmiş, Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Vəfa Xəli̇lova, 10 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Həyat Paşayeva, 15 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Lalə Həsənova, 17 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimləri Rəfayə Quliyeva və Aliyə Babayeva müəllimlərə müəllim peşəsinin xüsusiyyətləri, müəllimlərin etik davranış qaydaları, uşaqların məktəbə hazırlanması və məktəb sənədlərinin işlənməsi üsulları, qrup rəhbərinin vəzifələri, pedaqoji şuranın strukturu və əyani vəsaitlərdən səmərəli istifadə yolları haqqında məlumat vermişlər.

Seminarda muxtar respublikanın məktəbəqədər təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında tədris aparan 36 müəllimi iştirak etmişdir. Seminar elektron lövhəli siniflərdə 2 qrup üzrə təşkil olunmuş, mövzular seminar iştirakçılarına slaydlar və metodik vasitələrlə geniş şəkildə çatdırılmışdır.

Müəllimlər seminarda qazandıqları təcrübələrlə öz fəaliyyətlərini müasir tələblərə uyğun təkmilləşdirməklə şagirdlərin məktəbə hazırlığını yüksək səviyyədə təşkil edəcəklər.

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg