• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün4898
mod_vvisit_counterDünən1304
mod_vvisit_counterBu həftə9083
mod_vvisit_counterBu ay41415
mod_vvisit_counterÜmumi2508680

Tarix: 25 Apr., 2024

Naxçıvan Dövlət Universitetində “Ənənəvi incəsənət və sənətkarlıq nümunələri” sərgisi keçirilib

İki gün davam edən sərginin açılış mərasimində çıxış edən universitetin rektoru Elbrus İsayev qonaqları salamlayaraq sərginin işinə uğurlar arzulayıb.

Rektor universitetin İncəsənət, Memarlıq və mühəndislik, Pedaqoji fakültələrinin iştirakı ilə keçirilən tədbirdə ümumilikdə 1000-dən çox sənət nümunəsinin sərgiləndiyini diqqətə çatdırıb. Rektor qardaş ölkənin universiteti ilə birgə keçirilən sərginin mühüm əhəmiyyətini qeyd edib. Bu cür görüşlərin gələcək təcrübə mübadiləsinə mühüm töhvə verəcəyinə əminlik ifadə olunub.

Türkiyənin Naxçıvandakı baş konsulu Mehmet Emin Kiraz Türkiyə və Azərbaycan arasında bütün sahələrdə olduğu kimi təhsil sferasında da qazanılan uğurlardan  bəhs edib.

İğdır Universitetinin rektoru Mehmet Hakkı Alma 2008-ci ildə yaradılan ali təhsil ocağı haqda məlumat verib. Bildirilib ki, ilk dəfə Naxçıvanda keçirilən sərginin sonra İğdırda, İranda, Gürcüstanda keçirilməsi planlaşdırılıb. Rektor bir çox sahələrdə Naxçıvan Dövlət Universiteti ilə birgə iş birliyinin əhəmiyyətindən danışıb.

Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov maddi-mədəniyyət abidələrini qorumaq, yaşatmaq və gələcək nəsillərə çatdırmaq məqsədilə təşkil edilən sərgini yüksək qiymətləndirib. Qeyd edilib ki, muxtar respublikada yaradılan şəraitin nəticəsidir ki, şagirdlər müasirliklə yanaşı qədim adət-ənənələrimizə hörmət ruhunda tərbiyə olunurlar. Nazir şagirdlərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində innovativ dərnəklərin əhəmiyyətini xüsusilə qeyd edib.

Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov, Naxçıvan Universitetinin rektoru Nurlana Əliyeva təşkilatçılara minnətdarlıq edib və sərginin işinə uğurlar arzulayıblar.

Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva gələcəkdə bu istiqamətdə Rəssamlar Birliyində də sərgilərin keçirilməsi barədə öz təkliflərini çatdırıb.

Sonra sərgiyə baxış olub.

Sərgidə universitetin İncəsənət fakültəsi rəssamlıq və heykəltaraşlıq nümunələri, ağac üzərində rəsmlər, dekorativ tətbiqi sənət növləri, zərgərlik məmulatları, təbii daşlardan hazırlanmış aksesuarlarla iştirak edib.

Memarlıq və mühəndislik fakültəsi ötən ilin ən uğurlu və  möhtəşəm layihəsi olan Texnopark, eskiz layihələri, ənənəvi və kompüter qrafikası ilə hazırlanan maketlər təqdim edib.

Sərgidə Pedaqoji fakültənin kollektivi dekorativ tətbiqi sənət nümunələri, metal və ağacdan hazırlanmış əl işləri, divar hanasında toxunmuş müxtəlif ölçülü xalçalar, dekorativ qurama güllər, sabun və şam nümunələri ilə təqdim ediblər. Sərgidə həmçinin qonaqlara fakültənin qış tədarükü üçün hazırlanmış turşu və mürəbbələri, dərman bitkiləri, Naxçıvan mətbəxinə aid ədviyyatlar, quru meyvə və çərəz də təqdim olunub.

Sərgidə qardaş ölkədən gələn sənət sahibləri də maraqlı əl işlərini nümayiş etdiriblər.  Dəridən hazırlanan müxtəlif çantalar, keçədən hazırlanmış tablolar, şüşə boruları əritməklə hazırlanan muncuqlar və suvenirlər tamaşaçıların diqqətinə səbəb olub.

Tədbir Pedaqoji fakültənin müəllim və tələbələrinin hazırladığı şirniyyat və çay süfrəsi ətrafında davam edib. Universitetin İncəsənət fakültəsi və Musiqi kolleci tələbələrinin ifasında musiqi və rəqs nömrələri tədbirə xoş ovqat bəxş edib.

Sərginin ikinci günündə workshop təşkil edilib. Burada sərgilənən əl işlərinin hazırlanma texnikası və texnologiyası əyani sürətdə göstərilib.

Sərgidə təşkilatçılar İğdır Universiteti tərəfindən təşəkkürnamə ilə təltif ediliblər.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg