• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1594
mod_vvisit_counterDünən1157
mod_vvisit_counterBu həftə5930
mod_vvisit_counterBu ay34308
mod_vvisit_counterÜmumi2464797

Tarix: 29 Mart, 2024

“Milli mənəvi dəyərlərimiz: ənənə və müasirlik” mövzusunda tədbir keçirilmişdir

Yanvarın 13-də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Milli-mənəvi dəyərlərimiz: ənənə və müasirlik” mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Heyran Əhmədova təhsilə göstərilən dövlət qayğısından danışmışdır. Qeyd olunmuşdur ki, bu gün muxtar respublikamızda təhsilin inkişafı sahəsində aparılan uğurlu islahatlar, təhsilin xüsusi diqqət və qayğı ilə əhatə olunması bu sahənin günü-gündən inkişafına və gələcəyimiz olan yeniyetmələrin istedadlı, bilikli və vətənpərvər kimi yetişməsinə ən layiqli töhfəsini verməkdədir.

Vurğulanmışdır ki, muxtar respublikada uşaqların təhsili ilə yanaşı asudə vaxtlarının səmərəli təşkili, onların istedad və bacarıqlarının üzə çıxarılması, hərtərəfli yetişdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Eyni zamanda innovativ dərnəklər üzrə açıq dərslər təşkil olunur, dərnək üzvləri arasında müxtəlif müsabiqələr və sərgilər keçirilir. Bütün bunlar isə şagirdlərin müasir texnologiyaların mənimsənilməsinə, yeni bilik və bacarıqlara yiyələnməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, xalq yaradıcılıq sahələrinin və yeni sənət növlərinin öyrənilməsinə geniş imkanlar açmışdır. Uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün yaradılan innovativ dərnəklər milli-mənəvi dəyərlərin qorunmasını, gələcək nəsillərə çatdırılmasını, uşaqların intellektual səviyyələrini inkişaf etdirmələrini təmin etməklə bərabər, onlara gələcəkdə peşə seçimində düzgün qərar verməyə kömək edir.

Qeyd olunmuşdur ki, muxtar respublikanın məktəbdənkənar təhsil müəssisələrində milli-mənəvi dəyərlərimizi əks etdirən, onları qoruyub saxlayan və inkişaf etdirən “Xalçaçılıq”, “Dulusçuluq”, “Bədii tikmə”, “Metal üzərində bədii döymə”, “Ağac üzərində oyma”, “Ağac üzərində yandırma”, “Bədii dəri işləmə sənəti” və “Bacarıqlı əllər” dərnəkləri fəaliyyət göstərir.

Sonra “Sosial şəbəkələrin ailə dəyərlərinə təsiri” mövzusunda Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Baba Əliyev, “Heydər Əliyev və milli dəyərlər” mövzusunda AMEA Naxçıvan Bölməsinin Tarix və Arxeologiya İnstitutunun şöbə müdiri, Tarix üzrə fəlsəfə doktoru, dossent Asəf Orucov, “Müasir dövrdə qədim el sənətinin təbliği” mövzusunda Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin Milli dəyərlər, toxuculuq və dekorativ-tətbiqi sənət şöbəsinin müdiri İsmayıl Qəhrəmanov, “Ümumtəhsil məktəblərində milli mənəvi dəyərlərin təbliği” mövzusunda Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin direktoru Nazim Rəhimov və “İnnovativ dərnəklərin milli-mənəvi dəyərlərin yaşadılmasında rolu” mövzusunda Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin tədris işləri üzrə direktor müavini Minayə Axundovanın çıxışları dinlənilmişdir.

Çıxışlardan sonra milli-mənəvi dəyərlərimizi və dərnəklərin fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş olunmuşdur. Sonda dərnək üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilmiş və tədbir iştirakçılarının innovativ dərnəklərə ekskursiyası təşkil olunmuşdur.

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg