• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün4995
mod_vvisit_counterDünən1304
mod_vvisit_counterBu həftə9180
mod_vvisit_counterBu ay41512
mod_vvisit_counterÜmumi2508777

Tarix: 25 Apr., 2024

Ordubad şəhər tam orta İnternat məktəbində sosial qayğıya ehtiyacı olan şagirdlərə hədiyyələr verilib

Dekabrın 29-da Ordubad şəhər tam orta İnternat məktəbində sosial qayğıya ehtiyacı olan məktəblilərlə görüş keçirilib.

Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov, Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edib. Bildirilib ki, muxtar respublikada yaşayan bütün kateqoriyadan olan uşaqlara, o cümlədən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı göstərilir. Onların təhsili, milli  ruhda təlim-tərbiyəsi, dünyagörüşünün formalaşması, sağlamlıqlarının  qorunması daim diqqət mərkəzində saxlanılır. Uşaqların yalnız tədris prosesindəki fəaliyyəti deyil, eyni zamanda asudə vaxtlarının səmərəli təşkili, yaradıcılıq mühitində böyüməsi, intellektli və sağlam yetişmələri diqqətdə saxlanılır, istedadlı şagirdləri üzə çıxarmaq, onlardakı tədqiqatçılıq qabiliyyətini inkişaf etdirmək üçün innovativ layihələr tətbiq olunur.

Vurğulanıb ki, dövlətimizin göstərdiyi diqqət və qayğının nəticəsidir ki, bu kateqoriyadan olan uşaqlara məktəbli formaları və dərs ləvazimatları verilir, həmçinin qış geyimləri ilə təmin olunurlar. Onların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə tarix-memarlıq abidələrinə, muzeylərə, istirahət guşələrinə ekskursiyaları təşkil edilir, uşaqlara teatr tamaşaları, film nümayiş olunur, həmçinin yay tətili günlərində istirahətləri təmin olunur. Sevindirici haldır ki, muxtar respublikada valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların hər biri sağlam böyüyür, milli dəyərlər əsasında tərbiyə olunur, intellektual səviyyələri inkişaf edir və ən əsası da ali və orta ixtisas müəssisələrində təhsil alaraq layiqli vətəndaş kimi yetişirlər.

Sonra təşkilatçılar tərəfindən sosial qayğıya ehtiyacı olan məktəblilərə hədiyyələr verilib, onları bayram münasibətilə təbrik edərək təhsillərində uğurlar arzulayıblar. Tədbir Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının aktyorlarının ifasında səhnəcik və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvlərinin ifasında konsert proqramı ilə davam etdirilib.

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg