• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün510
mod_vvisit_counterDünən1452
mod_vvisit_counterBu həftə7039
mod_vvisit_counterBu ay30868
mod_vvisit_counterÜmumi2498133

Tarix: 20 Apr., 2024

Ümumtəhsil müəssisələrində STEAM kabinələri yaradılır, kabinələr lazımi avadanlıqlarla təchiz olunur

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə 2019-2020-ci tədris ilindən  muxtar respublikanın təhsil müəssisələrinin VI və VII siniflərində STEAM təhsil metodunun tətbiqinə başlanılmışdır. Bu məqsədlə,  ümumtəhsil müəssisələrində STEAM kabinələri yaradılır, kabinələr lazımi avadanlıqlarla təchiz olunur və  müəllimlər STEAM təlimlərinə cəlb edilir.

2021-2022-ci tədris ilində Culfa şəhər 2 nömrəli və 3 nömrəli tam orta məktəblərində də  STEAM kabinələri yaradılıb, həmin kabinələr elektron lövhə, kompüter, 3D printer, mikrobit, arduino setləri və digər öyrədici STEAM qurğuları ilə təmin olunub.

STEAM təlim metodunun tətbiqi, STEAM kabinəsinin yaradılması müəllimlərə müasir metodlarla işləməyi öyrətməklə yanaşı, şagirdlərin yeni texnologiyaları mənimsəməsinə, tədrisdə yeni təlim üsullarının tətbiqinə və inkişafına geniş imkanlar yaradıb.

Bu tədris metodunun məqsədi şagirdlərin bacarıqlarını düzgün istiqamətə yönəltmək və fənlərarasındakı fərqi aradan qaldırmaq və bu təhsil yanaşması ilə araşdırma, istehsal və ixtiraçı nəsil yetişdirməkdən ibarətdir. STEAM təhsil metodu şagirdlərə beş sahənin - elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın birgə inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulub. Elmin və texnologiyaların öyrədilməsində ənənəvi yanaşmadan fərqli olaraq STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərir.  Məktəblərdə həyata keçirilən STEAM təhsilinin ən vacib fərqi təhsil ilə yanaşı, sənəti və dizaynı təhsil modelinin ayrılmaz hissəsi halına gətirməsi olur.

STEAM təhsil metodunda ənənəvi yanaşmadan fərqli olaraq, uşaqlar praktik üsullardan istifadə edərək öyrənirlər. Bu vasitə ilə daha yaxşı qavrayır, robot yaratmaqla, kodlaşdırmaqla və yaxud hər hansı layihəni tətbiq etməklə riyaziyyat, fizika, kimya və biologiya elmlərinin dərinliklərini dərk edirlər. Bu yanaşma ilə yetişən şagirdlər gələcəkdə yeniliklər edə bilir, düşünən, yaradan və sağlam təfəkkürlü bir nəsil kimi formalaşır.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg