• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün889
mod_vvisit_counterDünən1973
mod_vvisit_counterBu həftə2862
mod_vvisit_counterBu ay35194
mod_vvisit_counterÜmumi2502459

Tarix: 23 Apr., 2024

Dərnək üzvləri arasında şeir müsabiqəsi keçirilib

Azərbaycan Respublikasının xalq şairi, görkəmli publisist Məmməd Arazın anadan olmasının 88-ci ildönümü muxtar respublikanın məktəbdənkənar təhsil müəssisələrində qeyd olunub. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə oktyabrın 14-də keçirilən “Həyatın və sözün rəngləri” adlı şeir müsabiqəsində Uşaq-Gənclər Yaradıcılıq və Turist Diyarşünaslıq mərkəzlərinin dərnək üzvləri şairin şeirlərini bədii qiraət etmişlər.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Heyran Əhmədova çıxış edərək ədəbiyyata öz səsi, öz nəfəsi, öz dəsti-xətti ilə gələn, müasir poeziyamızda sağlam lirikanın ən gözəl nümunələrini yaradan istedadlı şairimiz Məmməd Arazın həyat və yaradıcılığı barədə dərnək üzvlərini məlumatlandırmış, müsabiqənin şərtlərini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Müsabiqənin əhəmiyyətindən danışan Heyran Əhmədova bildirib ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd məktəblilərin asudə vaxtlarını səmərəli təşkil etməklə yanaşı şagirdlərdə vətənpərvərlik tərbiyəsini formalaşdırmaq və onlarda yaradıcılıq potensialını inkişaf etdirməkdən ibarətdir.

Çıxış edən Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev müsabiqənin əhəmiyyətindən danışaraq bu cür müsabiqələrin keçirilməsinin şagirdlərin vətənpərvərlik ruhunda formalaşmasına müsbət təsirlərini qeyd etmiş, onları yaradıcılığa sövq elətdirən şair və yazıçıların yubiley və ildönümlərinin qeyd olunmasına öz müsbət münasibətini bildirmişdir.

Şeirlər dərnək üzvlərinin ifasında bədii qiraət olunduqdan sonra münsiflər heyəti tərəfindən qiymətləndirmələr aparılmış, nəticələrə uyğun olaraq bir şagird   I yer, iki şagird II yer, üç şagird III yer, üç şagird isə həvəsləndirici yer olmaqla,   ümumilikdə 9 qalib müəyyən edilmişdir.

Sonda şeir müsabiqəsinin qalibləri diplomlarla mükafatlandırılıblar.

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg