• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün627
mod_vvisit_counterDünən831
mod_vvisit_counterBu həftə4707
mod_vvisit_counterBu ay28536
mod_vvisit_counterÜmumi2495801

Tarix: 18 Apr., 2024

Naxçıvanda yeni qapalı suvarma şəbəkəsi qurulub

“Kənd təsərrüfatı ilə bağlı məsələlər xüsusi diqqət tələb edir... Çünki bu sahə həm məşğulluqdur, həm inkişafdır, həm də ixracdır”, - deyən ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın bütün sahələri ilə yanaşı, kənd təsərrüfatının inkişafı da diqqətdə saxlanılır. Muxtar respublikada torpaq ehtiyatlarından səmərəli istifadə olunur, meliorativ tədbirlərin həcmi genişləndirilir, mütərəqqi suvarma şəbəkələri qurularaq istifadəyə verilir. Uzun müddət suvarılmayan torpaq sahələrindən bol məhsul götürülür, əhalinin məşğulluğu və rifahı yaxşılaşdırılır.

Oktyabrın 14-də “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsin Kəngərli rayonundakı əkin sahələrində tikilən yeni qapalı suvarma şəbəkəsi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Yəhya Allahverdiyev məlumat verərək deyib ki, “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsin 364 hektar əkin sahəsini əhatə edən qapalı suvarma şəbəkəsinin tikintisi yerli mütəxəssislər tərəfindən aparılıb. Araz su anbarından götürülən su nasoslar vasitəsilə Böyükdüz kəndi ərazisində yerləşən hovuza vurulur və öz axını ilə müxtəlif diametrli borularla sahələrə verilir. Ərazidə 3800 metr ana xətt çəkilib və 34,7 kilometr paylayıcı boru xətti, 323 hidrant, 44 siyirtmə və 28 suboşaldıcı quraşdırılıb. Ərazidə qrunt sularını kənarlaşdırmaq üçün diametri 300 millimetr olan borularla 5590 metr qapalı drenaj xətti və 5250 metr açıq kollektor çəkilib. Ümumilikdə, “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsin 2069 hektar əkin sahəsində qapalı suvarma şəbəkəsi qurulub.

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin rəisi Müslüm Cabbarzadə məlumat verib ki, Kəngərli rayonunda əkinəyararlı torpaq sahələrinin 9293 hektarı və ya 97 faizi suvarılandır. Həmin torpaqlardan dövlət mülkiyyətində olan 2069 hektarı “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsin istifadəsinə verilib və yerquruluşu xəritəsi hazırlanıb. Ərazidə ibtidai boz, boz-çəmən, allüvial-çəmən torpaqlar daha geniş yayılıb. Arazboyu zonada səthə yaxın qrunt sularının, ətraf duz dağlarının təsiri nəticəsində şoranlaşan torpaqlara da təsadüf olunur. Aqrotexniki qaydalara ciddi riayət etməklə əkin aparılması, normalara uyğun üzvi və mineral gübrələrin verilməsi, suvarma normalarına əməl edilməsi nəticəsində ərazidəki torpaqların daha səmərəli istifadə olunması təmin olunub və münbitlik göstəriciləri yaxşılaşıb.

Sonra Ali Məclisin Sədri muxtar respublikada payızlıq taxıl əkininin gedişi ilə maraqlanıb.

Bildirilib ki, 2022-ci ilin məhsulu üçün cari ilin payızında muxtar respublikada 30 min hektar sahədə şum aparılaraq taxıl əkini keçirilməsi nəzərdə tutulur. Payızlıq taxıl əkini ilə əlaqədar şum və səpin aparmaq üçün 771 təkərli, 67 tırtıllı, 118 taxılsəpən, 38 toxumtəmizləyən, 403 kotan, 287 qoşqu, 78 çizel və şırımaçan texnika saz vəziyyətə gətirilib. Cari ildə bütün taxıl sahələrinin şırım üsulu ilə əkilməsi nəzərdə tutulur. Bu məqsədlə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində 7 və fiziki şəxslərdə olan 18 toxumsəpənə pulsuz olaraq şırımaçan aqreqatlar qoşulub. Hazırda muxtar respublika üzrə 15 min 118 hektar sahədə şum aparılıb ki, onun da 221 hektarı dəmyə sahələrdir. “Naxçıvan Toxumçuluq Mərkəzi”ndə 1200 hektar sahədə payızlıq taxıl əkini aparılması nəzərdə tutulub, 1065 hektarda şum, 300 hektardan artıq ərazidə isə səpin aparılıb. Mərkəzdə 88 texnika və texnoloji avadanlıq mövcuddur. Səpində 15 maşın, texnika və digər kənd təsərrüfatı aqreqatlarından istifadə olunur.

Payızlıq taxıl əkini zamanı hər hektara 180-250 kiloqram toxum səpilir. Bunun üçün muxtar respublikanın torpaq mülkiyyətçilərinə 6 min 500 ton arpa və buğda toxumları tələb olunur. Tələb olunan toxum “Naxçıvan Toxumçuluq Mərkəzi”ndə, “Araz” Elm-İstehsalat Birliyinin yardımçı təsərrüfatında və torpaq mülkiyyətçilərində mövcuddur. “Naxçıvan Toxumçuluq Mərkəzi”ndə 320, “Araz” Elm-İstehsalat Birliyinin yardımçı təsərrüfatlarında 128 ton buğda və arpa toxumları vardır. Əkin zamanı muxtar respublikanın torpaq iqlim şəraitinə uyğun sınaqdan keçirilmiş reproduksiyalı “Qobustan”, “Fatimə”, “Quality”, “Quadilop”, “Dağ-daş”, “Ceyhan-99”, “Bezostya-1”, “Konya”, “Bayraktar”, “Əhmədağa”, “Əkizlər” buğda və “Naxçıvandəni”, “Cəlilabad-19”, “Qarabağ-22” arpa və buğda sortlarından istifadə edilir.

Toxumların dərmanlanması və payızlıq taxıl sahələrində gəmiricilərlə mübarizə aparılması məqsədilə tələb olunan miqdarda dərman preparatları gətirilib, əkindən əvvəl toxumlar dərmanlanıb və toxumçuluq laboratoriyasında analiz olunaraq sertifikat verilib. Toxumların cücərmə qabiliyyəti 93-96 faizdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsin 364 hektar ərazisində qapalı suvarma şəbəkəsinin qurulması münasibətilə kollektivi təbrik edərək deyib: Ölkəmizdə gedən proseslərin tərkib hissəsi kimi muxtar respublikada da inkişaf, sabitlik və məskunlaşma təmin olunub. Əhali artımı nəzərə alınaraq müvafiq tədbirlər görülür, yeni torpaqlar əkin dövriyyəsinə qatılır, əkilən torpaqlardan aqrotexniki qaydalarda istifadəyə nəzarət və məhsuldarlıq artırılır. 2022-ci ildə ölkəmizdə torpaq mülkiyyətçilərinə subsidiyaların verilməsinin yeni qaydaları təsdiq olunub. Aid qurumlar yeni qaydaları əhaliyə izah etməli, subsidiyaların aqrotexniki qaydalara əməl edən şəxslərə veriləcəyi diqqətə çatdırılmalıdır.

Ali Məclisin Sədri deyib: Muxtar respublikada məhsuldarlığın artırılması üçün meliorativ tədbirlər görülür, əhaliyə lazımi texnikalar alınıb verilir, maarifləndirmə işləri aparılır, keyfiyyətli toxum sortlarından istifadə olunur. Məqsəd ondan ibarətdir ki, əkilən torpaqlardan bol məhsul götürülsün. Əgər yaxşı məhsul götürə bilmiriksə, bu, muxtar respublikamızın kənd təsərrüfatı sahəsində geriləməsinə, məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Eyni zamanda əkinçi də qazanc əldə bilmir. Ona görə də həm dövlət, həm də əhali birgə səy göstərməlidir ki, əkilən torpaqlardan səmərəli istifadə olunsun, yüksək məhsul götürülsün.

Qeyd olunub ki, qapalı suvarma şəbəkəsinin qurulmasına 2 milyon manatdan artıq vəsait sərf olunub. Bu işlər ona görə həyata keçirilir ki, muxtar respublikamızda əhali artımı ilə bərabər, ərzaq artımı da həyata keçirilsin. Əgər əhali artımı varsa, deməli, ona uyğun kənd təsərrüfatı və digər sahələr də inkişaf etdirilməlidir. Bu işlər bundan sonra da davam etdiriləcəkdir. Kəngərli rayonunun Xok kəndindən başlamış Naxçıvan şəhərinin Qaraçuq kəndinə qədər olan, təqribən 2 min hektara yaxın ərazidə də meliorativ tədbirlər aparılacaq və bu ərazilər də dövlət fondunda qalmaqla əhaliyə icarəyə veriləcəkdir.

“Həyata keçirilən tədbirlər ölkəmizdə ulu öndər Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi nəticəsində mümkün olub. Əgər ölkəmizdəki sabitlik, inkişaf və tərəqqi olmasaydı, bu işləri həyata keçirmək də mümkün olmazdı”,- deyən Ali Məclisin Sədri bildirib ki, muxtar respublikanın mövcudluğu dövründən bu ərazilər ilk dəfədir ki, əkin dövriyyəsinə qatılır. Çünki bu cür münbit torpaqların əkin dövriyyəsinə qatılması üçün ölkənin güclü iqtisadi imkanları olmalı idi. Bu gün ölkəmizin iqtisadi imkanları bu tədbirlərin görülməsinə imkan verir. Nəticədə münbit torpaqlar əkin dövriyyəsinə qatılır ki, bu da ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

Ali Məclisin Sədri bu işlərin həyata keçirilməsində əməyi olanlara təşəkkür edib, çəkilən zəhmətin hər bir muxtar respublika sakininin həyatında özünü göstərdiyini bildirib.

Sonra Ali Məclisin Sədri qapalı suvarma şəbəkəsinin tikintisində iştirak edənlərə hədiyyələr təqdim edib və suvarma şəbəkəsini işə salıb.

Ali Məclisin Sədri ərazinin pasportlaşdırılması, payız suvarma mövsümünə başlanılması, toxumçuluq təsərrüfatında təbii gübrəyə üstünlük verilməsi, subsidiyaların verilməsinə nəzarət olunması, sifarişə uyğun kənd təsərrüfatı texnikalarının gətirilməsi, meliorasiya və irriqasiya işlərinin davam etdirilməsi və ərazidə yaşıllıq zolaqlarının salınması barədə tapşırıqlar verib.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg