• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün4781
mod_vvisit_counterDünən1304
mod_vvisit_counterBu həftə8966
mod_vvisit_counterBu ay41298
mod_vvisit_counterÜmumi2508563

Tarix: 25 Apr., 2024

“Sən qalibsən, Azərbaycan!” adlı şeir müsabiqəsi keçirilib

Bu gün Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında “8 Noyabr-Zəfər Günü”nə həsr olunmuş "Sən qalibsən, Azərbaycan!" adlı şeir müsabiqəsi keçirilib.

Müsabiqənin keçirilməsində məqsəd Vətən müharibəsində torpaqlarımız uğrunda canından keçmiş şəhidlərimizin qəhrəmanlıq yolu ilə yaxından tanış olmaq və onların əziz xatirəsini daim anmaq, qazanılan zəfəri bütün Türk dünyasının qələbəsi olduğunu geniş ictimaiyyətə çatdırmaq, gələcəyimiz olan şagirdlərin vətənpərvər ruhda formalaşdırılması işinə təkan vermək, məktəblilərdə nitq mədəniyyətini formalaşdırmaq və bədii qiraət sahəsində xüsusi istedada malik olan uşaqları aşkar etməkdən ibarətdir.

Tədbiri giriş sözü ilə açan Təhsil Şöbəsinin metodiki kabinet müdiri Həsən Tağıyev Zəfər Günü haqqında şagirdlərə məlumat verərək, 44 gün davam edən Vətən müharibəsinin əhəmiyyətindən danışıb. O, qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu siyasəti, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu ölkəmizin qələbəsini təmin edən mühüm amillərdən oldu. Vurğulayıb ki,  Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı. İkinci Qarabağ müharibəsi bizim uğurlu tariximizdir. Biz gənclərimizi şəhidlərimizin, qazilərimizin vətənpərvərlik ruhunda tərbiyə etməliyik.

Müsabiqədə 24 məktəbli iştirak edib.

Şagirdlər şeirlərdə doğma Qarabağa məhəbbəti, xalqımıza Zəfər qazandıran igid əsgərlərimizin, şəhidlərin, qazilərin qəhrəmanlığını poetik dillə tərənnüm ediblər.

Şeir müsabiqəsinin qalibləri seçilmiş şeirin mövzuya uyğunluğu, məzmuna uyğun jest və mimikalardan, səs tonundan məqsədyönlü istifadə edilməsi, nitqin aydınlığı, səlisliyi, təqdimetmə bacarığı və ifa üçün ayrılmış vaxta riayət edilməsi meyarlarına görə müəyyənləşdirilib.

Müsabiqənin yekun nəticələrinə əsasən, Xok kənd tam orta məktəbinin şagirdi Sehri Məmmədova I, Yeni Kərki kənd tam orta məktəbinin şagirdi Roza Süleymanova II, Yurdçu kənd tam orta məktəbinin şagirdi Filiz  Əliyeva III, Qarabağlar kənd 1 nömrəli tam orta məktəbin şagirdi Nərmin Quliyeva, Şaxtaxtı kənd tam orta məktəbinin şagirdi Məryəm Hüseynova və Böyükdüz kənd tam orta məktəbinin şagirdi Qumru Heydərli isə həvəsləndirici yerlərə layiq görülüblər.

Sonda qaliblər təşkilatçılar tərəfindən diplomlarla mükafatlandırılıblar.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg