• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün781
mod_vvisit_counterDünən997
mod_vvisit_counterBu həftə5858
mod_vvisit_counterBu ay29687
mod_vvisit_counterÜmumi2496952

Tarix: 19 Apr., 2024

“NAXÇIVAN” UNİVERSİTETİNDƏ “ROBOTTEXNİKA VƏ STEAM KABİNƏSİ” YARADILIB

“Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muxtar respublikada təhsilin inkişafı istiqamətində mühüm işlər görülmüş, müasir standartlara cavab verən təhsil müəssisələri tikilmiş, həmin müəssisələrin maddi-tədris bazası möhkəmləndirilmiş, infrastrukturu yenilənmişdir. Məhz “Naxçıvan” Universitetidə bu diqqət və qayğıdan öz payını almışdır”.
Bu barədə “Naxçıvan” Universitetinin rektoru, dosent Nurlana Əliyeva universitetdə yaradılan ”Robottexnika və STEAM kabinəsi”nin açılış tədbirində danışıb. Rektor bildirib ki, müasir təhsildə mütəxəssis hazırlığının əsas istiqamət kimi götürüldüyü STEAM metodlarının Naxçıvan şəhərində tətbiqinə 2020- ci ildən başlanılıb. 2020-2021-ci tədris ilindən etibarən isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərində STEAM təhsil metodunun tətbiqinə start verilib.

Sonra Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirib ki, təhsildə tətbiq olunan ən mühüm yeniliklərdən biri də STEAM təhsil metodunun tətbiqidir. Nazir qeyd edib ki, STEAM təhsilinin muxtar respublikada əhəmiyyəti nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri 7 iyun 2021-ci il tarixdə “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərancam imzalamışdır.
Təhsil naziri pedaqoji fəaliyyətlə məşğul olan müəllimlərlə yanaşı sabahın müəllimlərinində ali təhsil pilləsində kurikulum vasitəsi ilə STEAM mövzularına yaxşı yiyələnmələrinin zəruriliyindən bəhs edərək vurğulayıb ki, məhz bu baxımdan “Naxçıvan” Universitetində STEAM təhsil metodu üçün hərcür imkanlara malik kabinənin yaradılması olduqca əhəmiyyətlidir.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən “Naxçıvan” Universitetinə STEAM dərslərinin tədrisi üçün 1 ədəd xətt izləyən robot, 1 ədəd eketron dövriyə dəsti, 1 ədəd arduino, 5 ədəd 3D çap materialı hədiyyə edilib.
Sonda isə tələbələr tərəfindən hazırlanmış STEAM layihələrin təqdimatı olub.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg